Страницы

02.02.2017

Doktor Əli Şəriəti - Müharibə

"Nə bizi tanıyan, nə də bizim tanıdığımız insanlara qarşı müharibəyə soxdular bizi. Heç vaxt xor baxmadığımız insanları öldürməyə məcbur edildik. Bəziləri bizimlə eyni sinif, din və ya irqdən olub eyni taleyi bölüşürdülər. Uzun vaxt ərzində kimsəsiz, qoca ana və atamız bizimlə əlaqə yaratmağın yollarını axtardılar. Lakin axtaran gözləri heç bir yerdən məlumat ala bilmədi. Bu müharibələr bir-birilərini yaxından tanıyan iki qrupun davası idi. Öldürənlər də, öldürülənlər də bir-birilərini heç tanımırdılar. Amma eyni taleyi paylaşırdılar. Onlar məzlum insanlardı. Və bir-birilərinə düşmən deyə xitab edirdilər. Bu məzlum insanlar düşmənlərini özləri seçmə haqqına sahib deyildilər. Məzlum xalqı idarə edənlər düşmənin kim olduğuna da qərar verənlər idilər. Nəticə etibarilə idarə edənlərin düşmənləri onların da düşməni olurdular. Amma bu düşmən və dostlar idarə edənlərin öz taxtlarını qoruması üçün vaxtaşırı dəyişdirilirdilər. Vaxtilə çox pis təqdim olunanlar yaxşı, yaxşı təqdim olunanlar isə pis təqdim olunurdu. Bəzən dost bildiklərimiz düşmən, düşmən bildiklərimiz dost elan olurdular. Və biz dostumuzla düşmənimizi tanıya bilmədik. Məzlum xalqlar bunun səbəbini soruşmağa heç vaxt cəsarət edə bilmədilər. Təbiətdəki digər canlılardan bizi fərqləndirən xüsusiyyəti istifadə etməyə bizə icazə vermədilər. Bizi müharibə etməyə məcbur etdilər. Ölməyə, öldürməyə məcbur etdilər. Əgər qalib gəlsəydik, başqaları idi qənimətlərə sahib duranlar, biz deyil. Bizlərə isə kasıbçılığımıza heç faydası olmayan medallar və qəhrəmanlıq nitqləri təqdim olundu".

Комментариев нет:

Отправить комментарий