Страницы

11.02.2017

Dünya gündəminə çevrilən Suriya həbsxanalarındakı işğəncə yalanı

Bir neçə gün əvvəl Qərb mətbuatında geniş işıqlandırılmış "Amnesty İnternational" (Beynəlxalq Əfv) təşkilatının yayımladığı hesabatın pərdəarxası sadəcə olaraq bu təbliğatın kimlər tərəfindən reallaşdırıldığını açıqlayır. Bu təşkilatın hesabatının simasını açan Bankoklu geopolitik Toni Cartaluccinin araşdırma cavabını sizə təqdim edirik.

"Amnesty International" təşkilatının bu 48 səhifəlik hesabatını oxumazdan əvvəl elə ilk girişdə yazılmış "Metodologiya" bölməsini oxumaq kifayətdir. Həmin bölmədə təşkilat bildirir ki, bu iddialar üçün heç bir maddi dəili yoxdur və yalnız əllərində həmin həbsxananın keçmiş işçilərinin, müxalifət nümayəndələrinin müsahibələri var.
Mediaya buraxılan material həbsxananın 3D görüntüsüdür. Təbii ki, baxan kimi bilinir Böyük Britaniyada hazırlanıb. Bu kimi fotolar müharibə təbliğatı kimi daim istifadə olunur. 
İndi qayıdaq yenə həmin "Metodologiya" bölməsinə. Yenə orada qeyd olunur ki, bu təşkilat və eləcə də bir çox beynəlxalq təşkilatlar 2011-ci ildən, yəni Suriya böhranı başlayandan bəri Suriya hökumətinin əlində olan ərazilərə buraxılmırlar. Elə öz sözləri ilə təşkilat təsdiqləyir ki, qətiyyən həmin ərazilərlə heç bir əlaqəsi yoxdur. 
Təşkilatın bildirdiyinə görə fotolar hamısı peyk vasitəsi ilə çəkilib. Lakin digər fotolar həmin həbsxanada guya öz çəkilərini itirən və Saidnayada yaxınlarını itirmiş ailərinin üzvlərinindi. İddia olunan sertifikatlar isə işğəncə və cəzalara sübut ola bilməz. Çünki bunları hər hansı bir şəxs də hazırlaya bilər. Bu sadəcə olaraq Qərb mediası üçün hazırlanmış xüsusi bir materialdır.
Bundan əlavə bu hesabatda araşdırılmamış başqa bir aspekt də var. Həmin aspekt budur ki, təşkilat öz hesabatında bildirir ki, bu hesabat həmin təşkilatın Britaniya ofisində hazırlanıb. Bunu da onunla əsaslandırırlar ki, həmin həbsxanana ilə əlaqadər heç bir fiziki və video əlaqə mövcud olmadığına görə "memarlıq ekspertizası"na ehtiyac olub.
Təşkilatın təqdim etdiyi bu videoda həbsxananın xarici vəziyyəti barədə heç bir foto yoxdur (peyk görüntüləri istisna). Həbsxananın daxilində də heç kəs yoxdur. Video boyunca danışan şəxs bildirir ki, biz şahidlərin dediyinə əsasən bildiririk ki, həbsxanada işğəncə və cəzalandırmalar var.
Yəni insan hüquqları uğrunda mübarizə aparan bu təşkilat bu həbsxana barədə materialı Suriyada toplamaq əvəzinə onu Britaniyada ofisdə oturub fantaziyalarından qurub.
Buna dair bariz sübut isə bu işin qurulmasında "memarlıq ekspertiza"sından istifadə olunmasıdır. Memarlıq Ekspertizasının qurulması uzun bir prossesdir və bu işdə memarlardan, siyasətçilərdən, İT üzrə ekspertlərdən və bura sığmayacaq qədər geniş mütəxəssislərdən istifadə olunur. /islaminsesi.info/

Комментариев нет:

Отправить комментарий