Страницы

12.02.2017

Politoloqlarımız İranı niyə bu qədər "sevirlər"?

Famil Burxanoğlu

Lider kanalında dörd ekspert (İranı ən çox sevən Fazil də onların arasındadır) İranın mövcud vəziyyətini, beynəlxalq durumunu, strateji mövqeyini, gələcək fəaliyyətini, dünyada baş verən proseslərdən sonra onu hansı nəticələrin gözləyəcəyini müzakirə edirlər.
Sadəcə, mənə bir məsələ maraqlıdır ki, niyə bunların əsas müzakirə obyekti həmişə İran olur? Bizim politoloqlarda nədir bu İran sevgisi? Telekanalları açırsan, müzakirə mövzusu İran, müsahibələrin ana mövzusu İran, məqalələr İran, şüarlar İran, ittiham subeyktlərinin obyektləri, predmetləri İran.
Çox vaxt düşünürəm bu ölkədə ki bu qədər İrandan danışılır, kənardan baxan da zənn edir ki, bura İrandır. Təsəvvür edin, xaricdən bir qonağınız gəlib. İndi açmısınız Lider kanalını- İranın müzakirəsi gedir! Sən də tərcümə edirsən. Çevirirsən o biri kanala İran, açırsan mətbuatla tanış etməyə İran. O vətəndaş çaşıb-qalır ki, deyəsən səhvən İrana gəlib. Bu ölkə vətəndaşlarının öz problemləri, işləri gücləri yoxdur bəgəm?
Nədir bunlarda bu İran sevgisi, nədir bunlarda İrana bu qədər məsləhət vermək, yol göstərmək eşqi? Politoloqların söhbətlərində oturursan- müzakirə mövzusu İran. Partiyaların qərargahlarında İran-ABŞ mövzusu. Sanki ölkəmizin heç bir problemi yoxdur...
Arada bir bu ölkənin beynəlxalq durumunu da müzakirə edin. Nədənsə ölkəmiz müzakirəyə çıxarılanda da tərifləmək üstündə yarış gedir...
Bir az arada iqtisadiyyatı, kənd təsərrüfatı, ümumdaxili istehsalı, ümumdaxili məhsul, ictimai, siyasi, beynəlxalq vəziyyəti, hərbi gücü, texnologiyası, regional mövqeyi qat-qat güclü olan İranı tənqidin 1/3%-ni də özümüz haqqında edin!

Комментариев нет:

Отправить комментарий