Страницы

06.02.2017

Pərvin Cəfərzadə - Hardasan?

1100 ildir ki, sənə sadiq məhəbbət saxladıq,
Çarəsiz qaldıq, görüb zülmü ürəklər dağladıq.
Biz səni heç görmədik, amma sənə bel bağladıq,
Ey İmam, sənsizliyə sənsizlər ağlar, hardasan?

Dünyanın hər bir üzündən mən ümidlər kəsmişəm,
Adıvı duyduqca, Mövla, kövrəlib mən əsmişəm.
Var atam, vardır anam, amma yetim bir kəsmişəm,
Ey İmam, sənsizliyə sənsizlər ağlar, hardasan?

Biz ki, səndən açmışıq söz, məclisə Zəhra gələr,
Yeddi qardaşın itirmiş Zeynəbi kübra gələr.
Həm Əbəlfəzlim gələr, həm o gözü şəhla gələr,
Ey İmam, sənsizliyə sənsizlər ağlar, hardasan?

Hər səhər döydüm qapından adi bir səs gəlmədi,
Gözlədim ki sən gələrsən, amma heç kəs gəlmədi.
Hər zaman sordum nənəndən Yusifin bəs gəlmədi?
Ey İmam, sənsizliyə sənsizlər ağlar, hardasan?..

Комментариев нет:

Отправить комментарий