Страницы

08.02.2017

Rәfail Zülfüqarov - Dün gecә

Mәn dün gecә yarın fәrağında
Yatmaqda idim qәm qucağında

Gördüm yuxuda bir qara xalı 
Әndişә edir yar yanağında 

Sordum o xalın halini yardan
Әrz etdi ki alәm marağında 

İzn eylә ziyarət edim afәt
Diz çökmüşәm axır qabağında

Aldım o xalın iznini yardan
Zәvvar olub eşqin çırağında 

Öpdükdә o gül xalını yarın 
Görsәndi tәbәssüm dodağında

Bu hal ilә röyadan ayıldım  
Gördüm Qәrib ölmüş yatağında

Комментариев нет:

Отправить комментарий