Страницы

06.02.2017

Rəşad Şükri - Səni Şah seçib

Dilə gətdi ləbinin şövqü məni qəmnaki
Ahu-naləm bu gecə titrədəcək əflaki

Dil dəmadəm adını zikr eləyir əksi rüxün
Könül ayinəsinə bir kərə düşsün taki

Nəzərinnən uzaq olmaq elə bir vəhşətdir
Gətirir lərzəyə ey şux məni-bibaki

İncidir yarələrim kəsmə ki qəmzən oxunu
Bəlkə aram ola bir ləhzə bu sinəm çaki

Çəkmə nəzzarəni bu çaki-giribanımnan
Yoxsa al qan ilə rəngin edəcəkdir xaki

Can fədadır sənəma sən kimi ziba gözələ
Etdi eşqində sənin canı fəda Zəkzaki

Bu könül mülkünə ki Şükri səni Şah seçib
Qədəmin qoymağa qoymaz ora hər napaki

Комментариев нет:

Отправить комментарий