Страницы

09.02.2017

Səudiyyəlilərin ən seksual fətfası

Səudiyyə Ərəbistanı dünyada yeganə ölkədir ki, orada qadınlara avtomobil idarə etmək yasaq edilib. Bu barədə fətva verən ərəb şeyxləri əmindirlər ki, avtomobil idarə edən qadın sağlam uşaq doğa bilməz. Bunun heç bir tibbi sübutu olmasa da, şeyxlərin fətvası qüvvədədir. Bu səbəbdən ölkədə qadınlar üçün sürücülük məktəbi də yoxdur. Digər tərəfdən, qadına maşın sürmək yasaqdırsa, demək, onlara marketə, bazara alış-verişə getmələri üçün şəxsi sürücü tutmaq və ya taksi sifariş etmək lazımdır. Səudiyyə Ərəbistanında isə bu xidmətlər çox bahadır. Həm də bu zaman ortaya ikinci problem çıxır- taksi sürücüsü də, şəxsi sürücü də yad kişidir. Deməli, naməhrəmdir. Qadın isə naməhrəmlə maşında tək gedə bilməz. Kral ailəsinə yaxınlığı olan şeyxlərdən biri bu problemdən orijinal çıxış yolu tapıb. 2010-cu ildə verilən fətvaya görə, qadın ailəsinin işə sürücü kimi götürdüyü kişiyə döşündən süd verir. Belə olan halda həmin kişi qadının “süd oğlu” sayılır. “Süd oğlu” isə artıq naməhrəm deyil. Yənı sürücü ilə qadın artıq qohum sayılırlar.

Комментариев нет:

Отправить комментарий