Страницы

28.03.2017

1960-1980-ci illərdə Daşkəsən, Cəlilabad, Abşeron, Quba və s. rayonlarda birinci katib işləmiş Şıxseyid Kərimov:
Millət arasında çoxlu uydurmalar yayır, əhalini qızışdıran və son dərəcə narahat edən şayiələr buraxırdılar. Xalqı silahlanmağa, dövlət tədbirlərinin həyata keçirilməsinə maneçilik törətməyə təhrik edirdilər. Dəmir yollarında blokadalar təşkil edirdilər- xalqa ərzağın və başqa məhsulların vaxtında çatdırılmamasının bir səbəbi də budur. Fəhlə və ziyalıların işə getməsinə maneçilik törədirdilər. Bəzi rayonlarda abidələri dağıdır, rus millətini köçüb getməyə təhrik və məcbur edirdilər. Xalq Cəbhəsinin üzvləri rayonlarda dövlətin ahəngdar işləməsinə maneçilik törədir, açıqca hökumət işçilərinin səlahiyyətlərini əlindən alır, hörmətdən salır, onlara ciddi təzyiq göstərirdilər. Xalq Cəbhəsi tətillər təşkil edərək, “istefa” şüarları qoyaraq, hökumət işçilərinə böhtanlar yağdıraraq respublika rəhbərliyi ilə xalq arasında ziddiyyətləri kəskinləşdirirdi. İş hətta o yerə çatdırıldı ki, respublika və ittifaq rəhbərlərinin ünvanına ləyaqətsiz sözlər deyildi, dövlətə qarşı şüarlar ortaya atıldı. Respublika və rayon rəhbərlərinin ultimatum şəklində istefa vermək şüarları səsləndirildi, hakimiyyət orqanlarına təzyiq göstərildi, silahların oğurlanması halları baş verdi, silah almaq üçün adamlardan pul toplanması təşkil edildi. Xalq Cəbhəsi yerli orqanların işini pozdu, iqtisadiyyata güclü zərbə vurdu, nəticədə hərc-mərclik yarandı. Millətlərarası münasibətlər qızışdırıldı, cinayətlər törədildi, cəzasızlıq hökm sürdü. Camaatı işləməyə buraxmadılar, millətlərarası ədavətə, dövlətə qarşı intizamsızlığa, tabesizliyə təhrik etdilər. Şəhərdə qarətlər törədildi, evlər talan edildi, zülm ərşə qalxdı. İnsanlar Allahdan imdad gözləyirdilər. Cəbhə üzvləri öz ləyaqətsiz hərəkətlərinə zorla bəraət qazandırdılar.

Комментариев нет:

Отправить комментарий