Страницы

27.03.2017

1960-1980-ci illərdə Daşkəsən, Cəlilabad, Abşeron, Quba və s. rayonlarda birinci katib işləmiş Şıxseyid Kərimov:
Xalq Cəbhəsi hərbi Müdafiə Şurası yaratdı, hərbiləşdirilmiş dəstələr təşkil etdi, onları silah və geyimlə təmin etməyə başladı. Hətta hərbi iş sahəsində səriştəsi olanların, hərbi cərrahların səfərbər olunmalarına çağırış vardı. Son mitinqlərdəki hərbi səfərbərliyə çağırışlardan hiss olunurdu ki, bütün bu çağırışlar dəhşətli bir fəlakətlə nəticələnəcək. Böhran vəziyyətini aradan qaldırmaq üçün dövlət aparatı nümayəndələri ilə Xalq Cəbhəsi nümayəndələri arasında danışıqlar planlaşdırıldı. Məqsəd nahaq qanların tökülməsinin qarşısını almaq, qoşunlar şəhərə daxil olarkən maneə törətməmək idi. Lakin Xalq Cəbhəsi danışıqların baş tutmasına imkan vermədi. Xalq Cəbhəsi üzvləri maşınlarla gəzərək mikrofonla əhalini müqavimətə səsləyir, MK-nın yanındakı mitinqdə yollardakı piketləri möhkəmləndirmək üçün səfərbərlik tələb edirdilər. Şəhər əhalisi, hətta rayonlardakı əhali tanklara və qoşunlara müqavimət göstərmək üçün səfərbər edilirdi. Bakının girəcəyində tanklar və qoşun güclü müqavimətlə rastlaşdı. Piketçilər maşınlarla birlikdə yolları kəsmişdi, ov silahları, qumbara və yandırıcı butulkalarla təchiz edilmiş adamlar səngər qurmuşdular. Söylənənlərə görə, qoşun komandirləri xeyli müddət dayanıb yola toplanmış adamlara müraciət ediblər ki, yolu tərk edin, müqavimət olmaz. Lakin Xalq Cəbhəsi üzvlərinin təhriki nəticəsində geri çəkilən olmadı, əksinə qoşun hissələrinə atəş açıldı, yandırıcı butulkalar tulladılar. Nəticədə faciə baş verdi, insan qanı töküldü. Günahsız qanlar töküldü. Nə üçün? Kimdir günahkar?..

Комментариев нет:

Отправить комментарий