Страницы

27.03.2017

20 Yanvar faciəsini Xalq Cəbhəsi törətdi


Millət arasında çoxlu uydurmalar yayır, əhalini qızışdıran və son dərəcə narahat edən şayiələr buraxırdılar. Xalqı silahlanmağa, dövlət tədbirlərinin həyata keçirilməsinə maneçilik törətməyə təhrik edirdilər. Dəmir yollarında blokadalar təşkil edirdilər- xalqa ərzağın və başqa məhsulların vaxtında çatdırılmamasının bir səbəbi də budur. Fəhlə və ziyalıların işə getməsinə maneçilik törədirdilər. Bəzi rayonlarda abidələri dağıdır, rus millətini köçüb getməyə təhrik və məcbur edirdilər. Xalq Cəbhəsinin üzvləri rayonlarda dövlətin ahəngdar işləməsinə maneçilik törədir, açıqca hökumət işçilərinin səlahiyyətlərini əlindən alır, hörmətdən salır, onlara ciddi təzyiq göstərirdilər. Xalq Cəbhəsi tətillər təşkil edərək, “istefa” şüarları qoyaraq, hökumət işçilərinə böhtanlar yağdıraraq respublika rəhbərliyi ilə xalq arasında ziddiyyətləri kəskinləşdirirdi. İş hətta o yerə çatdırıldı ki, respublika və ittifaq rəhbərlərinin ünvanına ləyaqətsiz sözlər deyildi, dövlətə qarşı şüarlar ortaya atıldı. Respublika və rayon rəhbərlərinin ultimatum şəklində istefa vermək şüarları səsləndirildi, hakimiyyət orqanlarına təzyiq göstərildi, silahların oğurlanması halları baş verdi, silah almaq üçün adamlardan pul toplanması təşkil edildi. Xalq Cəbhəsi yerli orqanların işini pozdu, iqtisadiyyata güclü zərbə vurdu, nəticədə hərc-mərclik yarandı. Millətlərarası münasibətlər qızışdırıldı, cinayətlər törədildi, cəzasızlıq hökm sürdü. Camaatı işləməyə buraxmadılar, millətlərarası ədavətə, dövlətə qarşı intizamsızlığa, tabesizliyə təhrik etdilər. Şəhərdə qarətlər törədildi, evlər talan edildi, zülm ərşə qalxdı. İnsanlar Allahdan imdad gözləyirdilər. Cəbhə üzvləri öz ləyaqətsiz hərəkətlərinə zorla bəraət qazandırdılar. Xalq Cəbhəsi hərbi Müdafiə Şurası yaratdı, hərbiləşdirilmiş dəstələr təşkil etdi, onları silah və geyimlə təmin etməyə başladı. Hətta hərbi iş sahəsində səriştəsi olanların, hərbi cərrahların səfərbər olunmalarına çağırış vardı. Son mitinqlərdəki hərbi səfərbərliyə çağırışlardan hiss olunurdu ki, bütün bu çağırışlar dəhşətli bir fəlakətlə nəticələnəcək. Böhran vəziyyətini aradan qaldırmaq üçün dövlət aparatı nümayəndələri ilə Xalq Cəbhəsi nümayəndələri arasında danışıqlar planlaşdırıldı. Məqsəd nahaq qanların tökülməsinin qarşısını almaq, qoşunlar şəhərə daxil olarkən maneə törətməmək idi. Lakin Xalq Cəbhəsi danışıqların baş tutmasına imkan vermədi. Xalq Cəbhəsi üzvləri maşınlarla gəzərək mikrofonla əhalini müqavimətə səsləyir, MK-nın yanındakı mitinqdə yollardakı piketləri möhkəmləndirmək üçün səfərbərlik tələb edirdilər. Şəhər əhalisi, hətta rayonlardakı əhali tanklara və qoşunlara müqavimət göstərmək üçün səfərbər edilirdi. Bakının girəcəyində tanklar və qoşun güclü müqavimətlə rastlaşdı. Piketçilər maşınlarla birlikdə yolları kəsmişdi, ov silahları, qumbara və yandırıcı butulkalarla təchiz edilmiş adamlar səngər qurmuşdular. Söylənənlərə görə, qoşun komandirləri xeyli müddət dayanıb yola toplanmış adamlara müraciət ediblər ki, yolu tərk edin, müqavimət olmaz. Lakin Xalq Cəbhəsi üzvlərinin təhriki nəticəsində geri çəkilən olmadı, əksinə qoşun hissələrinə atəş açıldı, yandırıcı butulkalar tulladılar. Nəticədə faciə baş verdi, insan qanı töküldü. Günahsız qanlar töküldü. Nə üçün? Kimdir günahkar?..

1960-1980-ci illərdə Daşkəsən, Cəlilabad, Abşeron, Quba və s. rayonlarda birinci katib işləmiş Şıxseyid Kərimov

Комментариев нет:

Отправить комментарий