Страницы

05.03.2017

Fariz Fəryad - Zövq alar

Ey mehparəm, sənin hüsnündən aləm zövq alar
Çəksə də aşiq sənin hicrində min qəm zövq alar

Pak nurundan səni xəlq eləyib Rəbbi-cəlil
Ol səbəbdəndir camalından hər adəm zövq alar

Yetmək üçün vəslinə göydən yerə təşrif qılıb
Dövrənə külli-məlaiklər olub cəm zövq alar

Kim bu nə sevdadı ki, dərk eyləməz cahil bunu
Aşiqin hicrində həm fəryad edər, həm zövq alar

Biz sevən yarə gedən yol çox məşəqqətdən keçir
Kim bizə həmrah olarsa bizlə bahəm zövq alar

İntizarın öyrədibdir Farizə səbr etməyi
Göz dikər sən getdiyin rahə dəmadəm zövq alar

Комментариев нет:

Отправить комментарий