Страницы

01.03.2017

Hər il milyonlarla vəsait oğurlanaraq xaricə çıxarılır

İlkin Əkbərli

Yaşamaq... Bu ifadə Azərbaycan üçün bir az fərqli anlayış kəsb edir. Bəli, hamı yaşayır, yaradır. Amma Azərbaycanda yox. Azərbaycandan başqa hər yerdə. Əlbəttə ki bütün bunların səbəbləri var. Ardıcıllıqla sıralayaq.
1. Azərbaycan hüquqi dövlətdir və hakimiyyət xalqa məxsusdur. Amma bu fikir öz təsdiqini tapırmı? Əsla. Çünki ölkədə monarxiyavari hakimiyyət idarəetməsi mövcuddur. Parlament, bələdiyyə və prezident seçkilərində xalqın səsləri kütləvi surətdə saxtalaşdırılaraq diqqətə alınmır. Hakimiyyət icraçılarına hansı namizəd, hansı partiya sərf edirsə, onu da seçirlər. Adı da olur “Azad seçki”...
2.  Xalq aclıqdan səfalət bataqlığında batmaq üzrədir. Amma ölkədə hər il müxtəlif  lüzumsuz idman yarışları keçirilir. Hələ bu azmış kimi, bu yarışlara milyonlarla manat vəsait ayrılır. Bununla da qurtarmır. Yarışlarda iştirak eləməkdən imtina edən ölkələrin bütün ehiyacları qarşılanır ki təki gəlsinlər, iştirak eləsinlər. Halbuki bu vəsaitlə bütün ölkə əhalisinin kreditlərini bağlamaq və tələbatlarını lazımınca qarşılamaq mümkündür. Axı nəyə və kimə lazımdır bu yarışlar? Yəqin ki "bəzi oliqarxlara". Həm də çox lazımdır...
3. Ölkə qeyd elədiyimiz kimi, harınlamış quldur dəstəsinin əlindədir. Bilirsinizmi niyə? Çünki xalq hələ də yatıb. Xalqın yatmağından istifadə eləyən bu klan ölkədəki vəziyyəti istədiyi şəkildə idarə edir. Hamı bir tikə çörək qazanıb ailəsini dolandırmaq istəyi ilə öz həyatına davam edir. Təəssüf ki Azərbaycanın və Azərbaycan xalqının başının üstünü qara buludlar elə alıb ki, çox çətindir belə yatmaqla o buludlardan xilas olmaq. Haqq səsimizi çıxarmalıyıq.
4.  Avropa standardları ilə ayaqlaşmaq istəyən Azərbaycanın bir çox şəhər və rayonlarında hələ də qaz, su və işıq problemləri mövcuddur. Hətta paytaxt Bakının da bir çox kənd və qəsəbələri bu problemlərdən əziyyət çəkir. Müasir dövr və müasir ölkə üçün bu problemlər qətiyyətli şəkildə qəbulolunmazdır. Erməni kilsələrinə qaz verib Azərbaycanın bir çox hissəsini qazsız qoyan bir hökumətin rəhbərlik elədiyi ölkənin vətəndaşlarıyıq.
5.  Ölkədən hər il milyonlarla vəsait oğurlanaraq ölkə xaricinə çıxarılır. Məmurların dünyanın bir çox ölkələrində xalqdan oğurlanmış pullar hesabına əldə elədikləri mülkləri dünya birliyi dəfələrlə tənqid edib. Lakin heç bir məmur bu tənqidlərə, xalqın səfil vəziyyətinə məhəl qoymur.
6.  Azərbaycanın ‘Dağlıq Qarabağ’ adlı ağrılı yarası hələ də davam edir. 1992-93-cü illərdə Azərbaycanın 20% torpağı Ermənistan Silahlı Qüvvələri tərəfindən işğala məruz qalmışdır. Bu işğal prosesi bu gün də öz “imicini” qorumaqdadır. Lakin Azərbaycan hökuməti 25 ilə yaxındır “LAZIM” müəllimi gözləyir. Lazım gəldikdə torpaqlarımızın azad ediləcəyini bəyan edir. Məzlum xalq da bu nağıllara inanmaqda davam edir. Amma 25 ildir göydən 3 alma düşmür ki, düşmür...
7.  Davam edir 37... Haqqsızlığın və özbaşınalığın hakim olduğu ölkədə əhaliyə qarşı repressiyalar da davam edir. Haqq səslərini ucaldanlar, etiraz edərək xalqın demokratik söz azadlığı hüququndan faydalanmaq istəyənlər müxtəlif bəhanələrlə- narkotiklə, qanunsuz silahlarla, oğurluqla və digər cinayət əməlləri ilə şərlənərək həbs olunurlar. Avropa Birliyinin Azərbaycan hakimiyyətinə qarşı iradları da bu quldur rejimi öz məkrli addımlarından döndərmir. Cavan-qoca demədən səsini yüksəldən hər kəs həbs edilir. Amma ən maraqlı məqam budur ki, islam oyunlarının keçiriləcəyi bir ölkədə xeyli sayda dindar məhbus var...
Yoxdur, cənablar, Azərbaycanda ümumiyyətlə AZADLIQ yoxdur və xalqın həyati rıçaqları da qapanmaqdadır artıq!
Xülasə, sadalamaqla qurtarmaz Odlar Yurdunun problemlərini. Və getdikcə daha da dərinləşir. Vəziyyət get-gedə ağırlaşır. Nə vaxta kimi belə davam edəcək?! Bax bunu zaman göstərəcək.
Xalqın cəhalət yuxusundan oyanmağı ümidi ilə...

Комментариев нет:

Отправить комментарий