Страницы

01.03.2017

Rövşən Məmmədli - Göyərçin

Oturubdu pəncərəmdə yenə də bir ağ göyərçin,
Gətiribdi sevgilimdən deyəsən soraq göyərçin.

Çalaraq qanad səmada, necə də süzür gör azad,
Görəsən gəlibdi hardan buraya qonaq göyərçin?

Gözümün yaşın yox ikən, silə bir nəfər də burda,
Mənə həm ümid veribdir, həm olub dayaq göyərçin.

Gələcək işıqlı günlər, gələcək o xoş bahar da,
Bitəcək bu iztirablar, bitəcək sınaq, göyərçin.

Azaram, buraxma əsla əlimi bu zülmət içrə,
Bu sönük hәyatda sәn tut yoluma çıraq, göyərçin.

O zaman keçibdi, Rövşәn, bu qәzәl bitibdi, lakin
Oturubdu pəncərəmdə yenə də bir ağ göyərçin.

Комментариев нет:

Отправить комментарий