Страницы

06.03.2017

İlkin Əkbərli - Əvvəlki deyil

Düşünüb ölkəyə saldım nəzər- əvvəlki deyil,
Məmurun sərvəti dünya qədər- əvvəlki deyil.

Niyə yoxsulluq içində batır öz millətimiz?
Neftimiz də, qazımız da məgər əvvəlki deyil?!

Torpaq işğaldadır, amma səsimiz çıxmayacaq,
Çünki bizlərdə cəsarət, hünər əvvəlki deyil.

Fəqət Allah elə dağ çəkdi bizim bəxtimizə,
Qarabağ getdi səbəbsiz, hədər- əvvəlki deyil.

Hanı o köhnə Bakı, köhnə Xəzər sahilimiz?!
Xəzəri zəbt eləyiblər, Xəzər əvvəlki deyil.

Olaraq şeytana qul, daim onun tək yaşadıq,
Olmadıq ali-əbaya nökər, əvvəlki deyil.

Nə qədər nazını çəksin axı vahhabilərin,
Boyanıb al-qana dünya, "Bəşər" əvvəlki deyil.

Boynuma qoymayın aləm dəyişib guya məni,
Ilkin əvvəlki adamdır, nətər əvvəlki deyil?!

Комментариев нет:

Отправить комментарий