Страницы

06.03.2017

Osmanlı tulalarına

Elxan Zaman

İndiyə qədər İran bircə dəfə də olsun deməyib ki, Azərbaycan İrana birləşməlidir, halbuki Azerbaycan, məhz Rus-İran müharibəsində Rusiyaya qatılıb. 
Xameneyi bu yaxınlarda açıq mətnlə dedi ki, hər bir müsəlman ölkəsi özü-öz modelini qurmalıdır, bizim model isə müstəsna olaraq bizə aiddir... 
Deməyim odur ki, İran İslam Respublikası bir qonşu dövlət kimi heç vaxt Azərbaycana iddia etməyib, etmir, etməyəcək də... 
Ancaq Türkiyəden dəfələrlə belə fikir və təkliflər gəlib ki, Azərbaycan Türkiyənin tərkibinə keçməlidir...
Paranoyaya mübtəla olmuş türkçülər, daha doğrusu osmançılar nədənsə dövlət müstəqilliyimizi təhdid mənbəyi kimi İranı görürlər, Türkiyəni yox!!!
Əgər bizim ölkənin hansısa ölkəyə birləşməsi qaçılmaz olsa, mən Azərbaycanın Türkiyəyə deyil, Rusiyaya birləşdirilməsinin tərəfdarı olaram... Ruslar ən azından Məhəmməd Əmin, Xoyski, Ağaoğlu, Hüseynzadə, Nərimanov, Hacıbəyov kimi çox şəxsiyyətlərin yetişməsinə səbəb olublar... Türkiyəlilərin isə ən yaxşı formalaşdırdığı adamlar Elnur Aslanov, Rövnəq Abdullayev, Gündüz Osmanov və mediamıza doluşmuş sevil-nuriyeva kimilər dəstəsi olub...
Rusların işğalı bizi millət kimi formalaşdırdı. Türkiyəyə qoşulsaq, assimilyasiyaya uğrayıb kimlik və mədəniyyətimizi itirəcəyik, hətta x, ä kimi hərflər də dilimizdən silinəcək... 
İndi türkçülərə bir sual verim: türk millətinizə mənsub qırğız erməni ilə qardaşlaşır, Türkiyə Azərbaycanı bir dövlət kimi görmək istəmir, fikirləşir ki, buraları da sultan Ərdoğan idarə etməlidir... Niyə səsiniz çıxmır? İndi görürsüz kimdir tula? Osmanlı tulaları...

Комментариев нет:

Отправить комментарий