Страницы

06.03.2017

Rusiyadan keçmiş MDB ölkələrinə jest: vizasız gediş-gəliş, pulsuz təhsil, iş....

Rusiya Dövlət Dumasında hazırlanan yeni qanun layihəsinə əsasən keçmiş Sovet İttifaqı vətəndaşları Amerikanın "qrin kart”ına analoq olan "Rus kartı” əldə edə bilmək imkanına malik olacaqlar.
baku.ws-in Rusiya mətbuatına istinadən verdiyi xəbərdə bildirilir ki, deputat Vladimir Sısoyevin müəllifi olduğu qanun layihəsi, Sovet İttifaqı dağıldıqdan sonra onun sərhədlərindən kənarda yaşayan bütün vətəndaşları dil, qohumluq və bir sıra digər dəyərləri özündə birləşdirəcək. Ehtimal olunur ki, bu cür karta sahib olan keçmiş soydaşlar Rusiya Federasiyası ərazisində ölkəyə vizasız daxil olmaq, pulsuz təhsil, tibbi yardım, iş və s. bu kimi bir sıra əlavə imkanlara malik olacaqlar. 
"Bu SSSR-nin dağlması ilə onun hüdudlarından kənarda qalan milyonlarla soydaşlara uzadılan kömək əlidir. Onlar digər vətəndaşlar kimi bizinm olkəmizdə oxuya və işləyə bilərlər”- deyə layihənin müəllifi deyib.
Digər ölkələrin vətəndaşlarına Rusiya kartının verilməsinin əsas şərtlərindən biri şəxsin özünün və  ya atasının, anasının, nənə, babası kecmiş SSSR vətəndaşı olmasıdır.
Başqa bir şərt isə şəxsin rus dilini yaxşı bilməsidir. Bundan əlavə, namizəd Rusiya və rus xalqının əleyhinə bir sıra fəaliyyətlərdən kənar olmalıdır. Həmcinin də Rusiya vətəndaşları bu kartı əldə etmək imkanına malik deyillər.
Qeyd edək ki, bir sıra, məsələn  Polşa, Slovakiya kimi ölkələrdə bu cür təcrübədən istifadə olunur. Əgər bu qanun layihəsi Rusiyada da qəbul edilsə o zaman rus kartı 2018-ci ilin yanvar ayında qüvvəyə minəcək.

Комментариев нет:

Отправить комментарий