Страницы

30.04.2017

ABŞ-ın hər saat başı borcu 168 milyon dollar artır

Sahil Qənbərli

Amerika Birləşmiş Ştatları! Dövrümüzün ən güclü dövləti! Dünyanın ən böyük iqtisadiyyatı! Dünyanın ən güclü silahlı ordusu! Və əhalisinin böyük əksəriyyətinin artıq yağlanmadan əziyyət çəkdiyi ölkə.
ABŞ dolarlı dünyanın 1 nömrəli pul vahididir. Onlar bunu hər gün deyirlər. Amma Amerikanın iflas etmiş ölkə olduğundan heç danışmazlar.
ABŞ-ın rəsmi borcu 15 trilyon dolardan daha çoxdur. Hətta 1 trilyon dollar belə çox böyük bir rəqəmdir. Keçmişdən bu günə qədər çıxarılan bütün qızılların toplam ümumi dəyəri 8 trilyon doları keçmir. Dövlətin borclarından başqa, digər borclar da çox böyük rəqəmlərlə hesablanır. İctimai borclar, şirkət borcları, Ştatların borcları, pensiya və səhiyyə üçün lazım olan nadir gördüyümüz rəqəmlər…
Bəzi ekspertlər ABŞ-ın ümumi borcunun 100 trilyon dolardan daha çox olduğunu deyirlər. 2008-ci il krizisindən sonra ABŞ-ın borcu ən üstün səviyyəyə çatdı. ABŞ-ın hər saat başı borcu 168 milyon dollar artır. ABŞ 2012-ci il büdcəsinin yarısını borc alaraq bağladı. Yəni 1.6 trilyon dollar- bunu geri ödəmək sadəcə mümkün deyil! Onsuz da ABŞ bu borcu geri ödəməyi ağlının ucundan belə keçirtmir. Hədəf sadəcə daha az borc almaqdır.
ABŞ-ın borc problemini həll etməsinin iki yolu var: 
1.Borcu ödəməkdən imtina etmək. 
2.Hiperinflyasiya ilə dolarlı dəyərsizləşdirmək.
Bəs Amerika daha çox borc almazsa nə olar? İflas dalğalarından sonra dünyanın ən böyük iqtisadiyyatı (!) şişirilmiş şar kimi partlayar. Dünya iqtisadiyyatının təməli olan “Amerikan istehlakı” tarixi eksponat olar. Əgər ödəmə yoxdursa, mal verən də olmaz (Bəsit tələb təklif funksiyası). Beləcə dünyanın ən güclü ordusu dağılmağa başlayar. Çünki Amerikanın ordusunun böyük əksəriyyəti muzdludur. Muzdlu əsgərlərə pul ödəməyincə nələr baş verir tarix kitablarına bir baxın. Köhnə əsgərlər daha az təhsilli olan xalqın üzərində hegemoniya quracaqlar. Amerikanların bu gün fəxr etdikləri o bahalı silahlar pulsuzluqdan tez bir zamanda köhnələcək. Dəmirçilər də bunlardan geridə qalanları istifadə etmək üçün toplayacaqlar. Borc pul ala bilməyən Ştatlarda xaos başlayacaq. On milyonlarla işsiz insan ortaya çıxacaq. 50 milyondan çox pensiyaçı ay sonu əli boş evə dönməyə məhkum olacaq. Səhiyyə xidmətlərindən faydalanmaq tez bir zamanda bəzi qisim insanlar üçün lüks sayılacaq. Xalqa verilən köhnə kreditlər silinib yeni kreditlər verilməsə, xalqın fərdi ekonomikası məhv olacaq. Yoxsulluq içində boğulan xalqın böyük əksəriyyəti evlərindən atılacaq (Bu onsuz da hal-hazırda da baş verir.) Ümidsizlik ictimai narahatlığı artıracaq, bəlkə də toqquşmalar yaranacaq. Amerikalıların əlində çoxlu silah var. Bu silahlar atmağa başlayacaq. Təbii ki ABŞ höküməti vəziyyətə əl qoymağa çalışacaq. Təcili fövqəladə hal elan olunacaq, istədikləri adamları məhkəməsiz-filansız həbsxanalara salacaqlar. Həmin dövrdən Amerika hökumətinə çoxlu əsir koloniyası və saysız-hesabsız plastik tabutlar lazım olacaq. Amerikan mifi uçub gedəcək. Ölkəni dağılma vəziyyətinə gətirən höküməti heç kim dinləmək istəməyəcək və heç kim bağışlamayacaq. Beləcə hər kəs başlı-başına olacaq. Amerikadakı qorxunc krizisə heç bir dövlət reaksiya verməyəcək. Çünki Amerikanı məhv edən bu iqtisadi böhran bütün ölkələrə təsir etmiş olacaq (Ölkələrin sıfır reaksiya verməsinin digər səbəbi də ABŞ-ın yaxın tarixdə ən çox müharibə edən və qan tökən ölkə olmasıdır). 
Amerikanın gələcəyi ümidsizliklə məhv olmaqdadır.
ABŞ bütün gücünü və ən böyük dövlət olma funksiyasını borc aldığı dolarlar üzərində qurmuşdur.
ABŞ çoxdandır borcla yaşamaqdadır.
Borcu isə artıq ödəmək lazımdır.
Və sadəcə pulla deyil...

Комментариев нет:

Отправить комментарий