Страницы

30.04.2017

Zamiq Səfai - Rəngi

Ey göz, yenə görsəndi pərvanələrin rəngi,
Məst etdi təmam bəzmi məstanələrin rəngi.

Heyrandı mənim könlümzülfündəki ecazə,
Bir dürri-mütərradur fərqanələrin rəngi.

Cəzb eylədin eşqinlə, qıldın bizi divanə,
Bir nuri təcəlladı divanələrin rəngi.

Məst oldu görən gözlərgördükdə təri-ruyin,
Övsafinə zivərdi dürdanələrin rəngi.

Yetmiş iki xaqanla yandırdılar əflakı,
Ey dil, nə rəva solsun həmxanələrin rəngi.

Sərməst olub, ey Şahim, bir piri-Məzahir ki
Qorxutmadı meydanda mərcanələrin rəngi.

Ey Kərbübəla Şahim, aləm sənə heyrandı,
Bir zərrədi mülkündə kaşanələrin rəngi.

Çırpındı fəraqundan divanələrün, ey gül,
Şeydalərə məxsusdu fərzanələrin rəngi.

Bir badə gətir, saqi, qoy nuş eləsin Zamiq,
Xoşdur bu şəhadətlə peymanələrin rəngi.

Комментариев нет:

Отправить комментарий