Страницы

18.04.2017

Arzu Abdulla: Allah bəsirət gözünüzü açsın!

Əsrin əvvəllərində Bakıya neft iyinə gələn Nobel qardaşları Balaxanıda Qoturluq Xəstəxanası açırlar. Balaxanıda yerdən çıxan bulaqda bir dəfə çimən hər hansı dəri xəstəliyinə tutulmuş kəs o anda sağalır. Bu kimi əvəzsiz bulaqlar təkcə Balaxanıda deyil, Azərbaycanın çox bölgəsində var. Elə götürək, Astaradakı yanar suyu və ya Lənkəranda, Masallıda, Kəlbəcərdə, Naftalanda, Kürdəmirdəki İsti suyu, Zığ qəsəbəsində yerləşən Duzlu göl, Xaltan sularını.  Xarici ölkələrdən firma dərmanlarını gətirib zavallı xalqa sırıyanlar çox yaxşı bilirlər ki, bu firma dərmanlarının heç bir xeyri yoxdur. Daha ucuz və keyfiyyətli başa gələn müalicəni isə Tanrı bizə göndərib, özü də pulsuz, əziyyətsiz. Sanki uca göylərdən müqəddəs bir əl bir səbət şəfalı bulaqları, gölləri, çayları ölkəmizin üstünə səpib və bu müjdədən bütün bölgələrimizə pay düşüb. Bəs kimdir bizim ilahi payımızı yeyənlər? O kəslərdir ki, onlar bir dəstə "millətçi", "türkçü", "vətənpərvər" yetişdirib salıblar üstümüzə. Bu əslində baş qatmaq, gözdən pərdə asmaq üçün işlənmiş siyasətdir. Eynən Amerikanın siyasətinə bənzəyir. Gözümüzdən pərdə asırlar və bu pərdənin arxasında bizim hamımıza verilən sərvəti çırpışdırıb ciblərinə yığırlar.
***
Bir dəstə ağıldankəm "qoçaqlar" hər gün İranı İsraillə Amerikanın nə zaman bombalayacağını gözləyir. Daha anlamır ki, onun uşağına zəhər yedirdən, təhsilini və məmləkətini viran qoyan İran deyil. Daha bu zavallılar anlamır ki, bu gün Azərbaycan təhsilini məhv edən kurikulum sistemini də ölkəmizə İran sırımayıb, Amerika sırıyıb. Kurikulum təhsil sistemi Amerikada yaradılmış və dünya ölkələrində təhsili sıradan çıxarılması üçün xüsusi olaraq hazırlanan sistemdir ki, Azərbaycan kimi ölkələrdə tətbiq etməklə xalqı məhvə sürükləyirlər.  
Tibbdə belə bir fikir var ki, dünyada heç bir xəstəlik yoxdur. Bütün xəstəliklərin başlanma səbəbi var- immun çatışmazlığı. Bütün problemlərin bir həlli var, hədəfi düz tapmaq. Bundan ötrü mütləq bəsirət gözünü açmalısan. Allah bəsirət gözünüzü açsın!

 Arzu Abdulla

Комментариев нет:

Отправить комментарий