Страницы

19.04.2017

Möhsün Pakayin: Azərbaycan rəsmiləri anti-İran qrupların ölkədə fəaliyyətindən narazıdırlar

"Hər il təxminən bir milyon Azəri İrana səfər edir"

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı keçmiş səfiri Mohsün Pakayin
badkubeh.com saytına verdiyi eksklüziv müsahibəsində iki ölkə arasındakı münasibətlərə, regional əməkdaçlıq perspektivləri və bu kimi məslələrə dair süalları aşağıdakı kimi cavablandırmışdır.

-İlk öncə cənab Həsən Ruhaninin prezidentliyi dövründə İran və Azərbaycan Respublikasının əlaqələrinin mahiyyətini izah edərdiniz?
-Cənab Ruhaninin hakimiyyəyində, 11-ci iqtidarın qonşularla əlaqələrində etimad yaratma və münasibətlərin möhkəmləndirilməsi yönündə siyasətlərinin yerinə yetirmə mərhələsinin arxada qalmasını nəzərə alaraq, həmin mərhələdə Azərbaycan Respublikası ilə də münasibətlər uyğun şəkildə inkişaf etmişdir. 11-ci iqtidarın qonşularla dostluq münasibətlərin qarşılıqlı uduş prinsipinə dayanaraq möhkəmlndirilməsi istiqamətində düzgün xarici siyasət yürtməsi, İranın Azərbaycan Respublikası da daxil olmaqla qonşularla münasibətlərinin genişlənməsində öz təsirini göstərmişdir. İki prezidentin son dörd ildə 8 dəfə görüşməsi, münasibətlərimizin tarixində yeni bir rekord göstəricisidir. Prezident Ruhani və Prezident İlham Əliyevin bir-biri ilə olan yaxın əlaqələri hər iki dövlətin xüsusilə də təhlükəsizlik məsələlərində və özəlliklə terrorçuluğa, eksterimizm və nakotik maddələrə qarşı mübarizə sahəsində  beynalxalq və regional əməkdaşlığının mökəmlənməsinə səbəb olmuşdur və regionda sabitliyin bəqərar olması ilə nəticələnəcəkdir. Bu müddətdə Qəzvin-Rəşt-Astara dəmir yolunun tikintisi sürətlənmişdir və Azərbaycanı Fars körfəzinə qovuşduracaq bu marşrutun açılması üçün aparılan işlərdə Azərbaycan tərəfinin iştirakı da artmalıdır. İran-Azərbaycan-Rusiya üçtərəfli sammitinin keçirilməsi və onlarla əməkdaşlıq sənədinin imazalanması isə iki ölkənin iki tərəfli, regional və beynalxalq sahədə qarşılığlı maraq doğuran maəsələlərdə maksimum dərəcədə anlaşdıqlarının göstəricisi olaraq, Tehran-Bakı arasında dərin həmrəyliyi əks etdirən önəmli faktordur. Fikrimcə, İranla Azərbaycanı birləşdirən faktorlar onları bir-birindən ayıran faktorlardan daha çoxdur.

-İki tərəf arasında siyasi, iqtisadi və ticarət sahəsindəki potensiallar barəda hansı məsələlərə diqqət yetirilməlidir? Qarşılıqlı ticarət perspektivini necə dəyərldimək olar?
-Mənim qənaətimə görə, ticarət, tranzit və energetika əhəmiyyət kəsb edən əsas üç sahədir ki, iki ölkə bu sahələrdəki əlaqələrini inkişaf etdirə bilər. Tranzit sahəsində Azərbaycan Respublikasının İranla fəaliyyət göstərən 4 gömrük məntəqəsi vardır və bu ölkəni Avropa, Asiya və Fars körfəzi, oradan isə Afrika ilə birləşdirən ən qısa yol isə İrandan keçkir. Başqa sözlə, İran marşrutu həm iqtisadi, həm də təhlükəsiz və daha yaxındır. Bu səbəbdən də, tranzit daşımaları sahəsində marşutların açılması üçün iki ölkənin əməkdaşlığı və sərmayə qoyması hər iki dövlətin də xeyrinə olardı. “Qəzvin-Rəşt-Astara” və Astara (İran)-Astara (Azərbaycan) dəmiryolunun tikintisi latihəsi prioritetdir və yaxın zamanlarda Azərbaycan ərazisində Astaraya birləşdirilməsi nəzərdə tutulan dəmiryolunun tikintisinə yönəlik işlərə start veriləcəkdir ki, bu da çox əhəmiyyətli addımdır. Azərbaycan Respublikası İranı Qafqaz regionu ilə birləşdirən qapı rolunu oynaya bilər, özü isə İrandan keçməklə Fars körfəzi və Oman dənizi vasitəsilə dünyanın digər regionlarına çıxış imkanı əldə edə bilər. Bu noqteyi-nəzərdən sözügedən potensialdan istifadə edərək əməkdaşlığımızı gücləndirməliyik. Hazırda ticarət sahəsində əlaqələrimizin həcmi rəsmi olaraq təxminən 600 milyon dollara bərabərdir ki, bu balans da İranın xeyrinədir. Hər il təxminən bir milyon azəri İrana səfər edir və onların adam başına ən az 500 dollar xərclədiyini hesablayanda, gözəçarpacaq rəqəm əldə edilir. İki ölkənin özəl sektorları və tacirlərinin də əlaqələrinin günü-gündən genişləndiyini nəzərə alaraq, iqtidi münasibətlərin, eləcə də ticarətin həcminin artmasını proqnozlaşdırmaq olar. Təbii ki, burada lazımi səviyyəyə çatmaq üçün səy göstərilməli və əmək sərf edilməlidir. Mənim fikrimcə İran və Azərbaycan Respublikası bir-biri ilə ortaqlıqları və potensiallarına söykənərək, regionda əbədi müttəfiqlərə çevrilə bilərlər.      

-İllik ticarət həcminin orta dəyəri nə qədərdir?
-Qeyri-neft sektor sahəsində ticarət əlaqələrin həcmi 600 milyon dollardır. Bu əlaqələr o cəhətdən əhəmiyyətlidir ki, qeyri-neft sektordakı ticarət sahələrini əhatə edir. Üstəlik, hər il Azərbaycan qazının Naxçıvana svop əməliyyatından 250 milyon dollar və Xəzər dənizində “Şahdəniz” neft yatağına investisiya qoyuluşundan da 250 milyon dollar gəlir əldə edirik və bunları üst-üstə gələndə, iqtisadi mübadilələrimizin həcmi bir milyard dollardan da artıq olur.

-İki ölkə arasında yaxşı əlaqələr bəxımından həll edilməsi lazim olan məslələr hansılardır? Bəzi anti-İran dairələrin Bakıda fəaliyyət göstərməsi bizə məlumdur. Bu dairələrin mövcudluğu iki dövlətin əlaqələrində hər zaman pozucu təsir göstərib və bu əlaqələri ciddi problemlərlə üzləşdirmişdir. Digər tərəfdən, İrandakı siyasi ekspert və strateqlər Azərbaycan Respublikasındakı anti-İran siyasətləri görməzliyə vuraraq, strategiya müəyyənləşdirə bilməzlər. Buna görə də, hər zaman bir növ qorxu və ümid arasındayıq. Ümumiyyətlə Bakı rəsmiləri bu məsələ barədə necə düşünür və faktiki olaraq hansı addımları atırlar?
-Bakıdakı anti-İran dairələr siyasi ölüyə çevrilmişlər. Bu dairələrin panazərizm düşüncəsi və etnosentrist xarakterli təbliğatı Azərbaycan xalqı arasında artıq heç bir yeri yoxdur və Milli Məclis seçkiləri zamanı da Azərbaycan xalqının belə şəxslərə göstərdiyi münasibət, onlara öz yerini göstərdi. Separatçı və anti-İran ünsürlərin bu seçkilərdə ağır məğlubiyyəti, belə təfəkkürün çürük olmasının, Azərbaycan xalqının isə həmin şəxslərin radikal düşüncələrinə qarşı çıxdığının göstəricisi idi. ABŞ konqresinin dollarları ilə nəfəs alan etnosentrist dairələr eyn zamanda Azərbaycan hakimiyyətinin də əleyhinədir və Azərbaycan rəsmiləri dəfələrlə bizimlə görüşlərində belə dairələrin fəaliyyətindən narazı olduqlarını bildiriblər. Azərbaycan hakimiyyəti separatçı və etnosentrist dairələri qəbul etmir və iki ölkənin yaxşı münasibətləri də bəzi anti-İran dairələrin tərəfindən dəstəklənməsinə imkan vermir. İki ölkənin rəsmiləri bugün belə qənaətə gəlmişlər ki, separatçı dairələr nə Tehranın, nə də Bakının dostudur və müəyyən zaman kəsimlərində insanların duyğuları, atifəsi və tarixi dəyərlərindən sui-istifadə edən və iki ölkənin əlaqələri pozmaq istəyən bu dairələrin fəaliyyətini nəticəsiz qoymaq üçün ayıq olmalıyıq.

-Son zamanlar İsrailin Azərbaycan Respublikası ilə əlaqələri normal səviyyədən irəli gedərək, (Azərbaycanın Vaşintondakı səfirinin təbirincə desək) strateji əlaqəyə çevrilmişdir. Bakı eyn zamanda İranla yanaşı İsraillə də müttəfiq ola bilərmi?
-İsrail mətbuatı, eləcə də bəzi azəri siyasi şəxsiyyətlər İsrailin Azərbaycan Respublikası ilə olan əlaqələrini olduğundan daha çox şişirdir. İsrailin Bakı ilə olan əlaqəsi adi əlaqədir, qeyri-adi xarakter daşımır və strateji əlaqə ola bilməz. Azərbaycan müsəlman dövlət olaraq İslam Konfransı Təşkilatının üzvüdür və müsəlmanların birinci qibləsi, Fələstinin torpaqları hazırda İsrailin işğalında olduğuna görə, heç bir müsəlman dövlət sionist rejimlə strateji əlaqələr qura bilməz. Bu rejimin regiondakı mövcudluğu barədə yayılan xəbərlərə diqqətli yanaşdıqda, həmin məlumatların mənbəyinin daha çox sionist mətbuatı olduğunu görürük. Azərbaycanın Vaşinqtondakı səfirinin bu sözlərini qəbul etmirəm. Sionist təmayüllü Qərb mətbuatı İsrailin region dövlətləri ilə əlaqələrini hər zaman şişirdir. İsrailin Azərbaycanla olan əlaqələri Qərbin Azərbaycanla əlaqələrindən asılıdır və əgər Qərbin azərbaycanala münasibətləri zəifləyərsə, bunun mənfi təsiri özünü Bakı-Tel-Əviv münasibətlərinə də göstərər. Son illər ABŞ və Avropa dövlətləri və qurumlarının Azərbaycanın daxili işlərinə müdaxiləsi və Azərbaycana qarşı çıxan qrupları dəstəklədiyi nəticəsində, Bakı ilə Qərb dövlətləri arasında bir növ soyuqluq və inamsızlıq yaranmışdır. Qərbin yumşaq müharibəsi və Azərbaycanda rəngli inqilab təşkil etməyə səy göstərməsi anlaşılan və inandırıcıdır. Bu vəziyyət isə sionistlərin Azərbaycandakı mövqeyininin sarsılmasına səbəb olmuşdur. İranın qonşu ölkələrlə münasibətləri nə qədər yaxşılaşır və və inkişaf edirsə, İsrailin də bu ölkələrdə İrana qarşı provokasiyaları da bir o qədər neytrallaşır. Bunun əksini də söyləmək olar, yəni İranla dünya dövlətləri arasında gərginliyin yaranması isə sionist lobbisinin fəaliyyətinə zəmin yaradır.

-İki ölkə arasında mədəni mübadilə məsələsinə geçək. Azərbaycan Respublikasının bəzi müstəqil sənətçiləri İranın etinasızlığından şikayət edir. Onlar İrana səfər etmək və bu ölkədəki çox səhədə ortaq olduqları mədəniyyət və tarixi abidələrlə tanış olmaq istəyir. İranın Azərbaycan Respublikasındakı Mədəniyyət Mərkəzi bu istiqamətdə müstəqil yazarlar və sənətçilərə hansı xidmətləri göstərə bilər?
-Mədəniyyət sahəsində iki ölkənin əlaqələri genişlənməkdədir və il ərzində bir çox sənətçi və ədəbiyyatçı, xüsusilə də musiqi səhəsində İrana səfər edir. Mənim fikirimcə bu sahədə etinasızlıqdan söz gedə bilməz. Bu il Tehranda Azərbaycan mədəniyyət həftəsi keçiriləcəkdir. Turizm sahəsində isə, Azərbaycan vətəndəşları üçün İran tərəfindən vizanın ləğv edildiyinə görə, hər il təxminən bir milyon nəfər İrana səyahətə gəlir və bu ölkənin mədəniyyəti, sivilizasiyası və tarixi abidələri ilə tanış olur. Bu sahədə əsas rolu İranın Azərbaycan Respublikasındakı Mədəniyyət Mərkəzi oynayır və bu mərkəz mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsi üçün plan işləyib hazırlaya bilər.

-“Hz.Yusif” serialını mədəni-sənət-kino mübadilə sahəsində uğurlu təcrübə hesab etmək olar. Ötən il Azərbaycan Respublikasından olan teatr qruplarının İranda icra etdiyi tamaşalara şahid olduq. Lakin belə görünür ki, bu əlaqə birtərəfli xarakter alıb və İranl tərəf bu sahədə aktiv deyil. İran kinosu Bakı sakinləri tərəfindən rəğbətlə qarşılanır. Digər tərəfdən isə İran kinolarında yer alan ortaq mədəniyyət və tarixi xatirələr də onlar üçün cəlbedicidir. Mədəniyyət işləri üzrə məsullarımız, o cümlədən Mədəniyyət Mərkəzi hansı səbəbdən İranın kino və serial istehsal edən şirkətlərinin Azərbaycan Respublikasında fəaliyyət göstərməsi üçün şərait yaratmır? Bir halda ki, Türkiyə bu işi yerinə yetirir.
-Bəli, qəbul edirəm ki, Azərbaycan Respublikasından olan sənətçi və yazarların İranda fəaliyyəti daha çoxdur. Bizimlə Türkiyə arasında olan fərq burasındadır ki, onların kinoları türk dilindədir və dublyaja ehtiyacı var. Lakin fars kinoları azəriyə tərcümə edilib göndərilməlidir. İranlı sənətçilər üçün viza problemi də mövcuddur. Lakin proqram əsasında və diqqəti artırmaqla bu sahənin fəaliyyətini əvvəlkilərə nisbətən daha da artırmaq olar. İran Teleradio Təşkilatı, xüsusilə də “Səhər” kanalı dublyaj edilmiş kino və serialları baxımından bu sahədə fəaliyyət göstərə bilərlər.

Комментариев нет:

Отправить комментарий