Страницы

03.04.2017

Bakının azad olunması, yoxsa işğalı?

Müttəqi Bərməki

Hələ 1915-ci ildə Osmanlıların Təbrizi, ordan da Bakını işğal etmək planları var idi. (Автор: Алексей Шишов. "Персидский фронт")

Osmanlı ordusunun Bakını guya azad etmək üçün gəlməsi faktı uydurulmuş mifdən başqa bir şey deyil....
Şəhidlər xiyabanında "Xilaskar" türk əsgərinə qoyulmuş abidəyə baxın, onun üzərində müasir Türkiyə Cümhuriyyətinin bayrağı dalğalanır. Onlar tarixi saxtalaşdırmağa elə burdan başlayıblar. Əslində isə 1918-ci ildə Bakıya Türkiyə Cümhuriyyətinin yox, Osmanlı imperiyasının ordusu daxil olmuşdur. Bəlkə kimlərsə başını bulayıb "nə fərqi var" deyəcək. Fərqin nə qədər böyük olduğunu görmək üçün sadəcə bir faktı xatırlatmaq kifayətdir ki, Osmanlı imperiya məhkəməsi Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkü vətən xaini elan etmiş, onu dar ağacından asılmaqla qiyabi edama məhkum etmişdi...
Bəli, bu o Osmanlı imperiyasıydı ki, Atatürk onun nəzərlərində dar ağacından asılacaq cinayətkardan başqa bir kəs deyildi, elə Azərbaycana da Osmanlının münasibəti bundan uzağa getmirdi. Osmanlılar Azərbaycan xalqının görkəmli dövlət xadimi Şah İsmayıl Xətaini kafir elan etmiş, onun qurduğu dövləti tanımamış, və Azərbaycanı işğal etmək üçün təkcə Səfəvilərə qarşı 100 illik işğal müharibəsi aparmışdılar. Dəfələrlə Təbrizi, Bakını tutub talan etmiş, sonra isə xalq üsyanları nəticəsində geri çəkilmişdilər. Osmanli imperiyası 1918-ci ilin mayında paytaxtı İrəvan şəhəri olmaqla Azərbaycan torpaqlarında erməni dövləti yaratmış və təzyiqlər yoluyla müsavatçıları bu «bic» dövləti tanımağa məcbur etmişdi. 1918-ci il Bakıya daxil olan həmin bu Osmanlı imperiyasıydı- erməniləri qovub Azərbaycan torpaqlarında erməni dövləti yaradan Osmanlı.
Osmanlı imperiyası 1918-ci ildə Bakıya nə üçün gəlirdi? Soyqırımı önləmək üçünmü? Axı bu hadisələr mart-aprein ortalarında olub başa çatmışdı və Osmanlı gələndə qırğınlar yox idi. Bəlkə Bakıda Azərbaycan Xalq Cümhuriyyətini qurmaq üçün? Qətiyyən yox. Çünki Osmanlı imperiyası Azərbaycan Xalq Cümhuriyyətini heç vaxt tanımamışdı və Bakını işğal edən kimi Nuru paşa bəyan etdi ki, heç bir müstəqillikdən söhbət gedə bilməz, biz Osmanlı əyalətini azad edib Osmanlı sərhədlərini bərpa etmişik. 1918-ci ilin oktyabrında bağlanmış Mudros müqaviləsində isə Osmanlı Azərbaycanı öz müstəmləkəsi kimi İngiltərə imperiyasına bağışladığını rəsmən elan edirdi.
Deməli Bakının azad olunması yox, işğal edilməsi gündəmdəydi. Məhz M. Əzizbəyov bu işğalçı imperiyaya qarşı vuruşurdu. O, doğma şəhərini min kilometr qət edib Azərbaycana soxulmuş çağrılmamış "qonaqdan" müdafiə edirdi...

Комментариев нет:

Отправить комментарий