Страницы

03.04.2017

İki dövlət, bir proqram

Gamlo Asadullah

Deyirlər niyə Türkiyəni tənqid edib aşağılayırsınız. Cavab verirəm. Mən Türkiyəni tənqid edirəm; bu dövlətin siyasətinə və elə binövrəsinə qarşıyam. Niyə? Cavab verirəm. İlk öncə onu qeyd edim ki mən Türkiyə millətinə və türklərə qarşı deyiləm. Əvvəldən bunu qeyd edirəm ki söhbəti fırladıb başqa yerə aparmasınlar. Bütöv bir millətə qarşı olmaq axmaqlıqdır. Bir milləti əsassız olaraq aşağılamaq faşızmin bir təcəssümüdür. Türkiyədə milyonlarla Əhli-Beyt sevgisi ilə yaşayan qardaşlarımız var. Biz necə onlara düşmən ola bilərik? Heç cürə. Mən əksinə, şiələrin və sünnülərin vəhdəti tərəfdarıyam; içində farslar, türklər, ərəblər və başqaları olmaq şərti ilə. Türkiyənin əsl İslam dövləti olub ədalətin tərəfində olduğu təqdirdə onu canla başla dəstəkləyəcəm. Amma indi yox... İndi Türkiyə Azərbaycanda İsrailin bir əlidir.
Millət məsələsinə nöqtə qoyub keçirəm ümumi məsələyə. İndiki Türkiyənin binövrəsi türk millətçiliyi ilə qoyulub. Bunu çox rahatlıqla sübuta yetirmişəm. Türkiyənin Anayasasnı dostlarımın önündə açıqlamışam və düşmənlərin gözünə soxmuşam. Nə etiraz edəcəklər ki? Bu Anayasa onların ruhiyəsidir, sevgisidir. Bunlar eyni o cür Azərbaycanda da siyasət aparırlar. Sadəcə Türkiyədən fərqli olaraq Azərbaycan Konstitusiyası zahirən Türkiyənin Anayasası kimi millətçiliyi, mədəni soyqırımı bəyan etmir. Amma reallıqda bu baş verir. Pantürkçülük dövlət səviyyəsində dəstəklənir və bu işdə mən Türkiyədən (İsraildə pərdə arxasında) gələn havaları görürəm. Proqram orda yazılıb. Bu proqramın banisi isə sionistlərdir. Elə bu proqramla da Osmanlını dağıtdılar. Azərbaycanda hər hansı bir xalq öz milli hüquqlarının təmin edilməsindən narazıdırsa, bilsin ki bu sırf Türkiyə-İsrail proqramıdır. Eyni bu siyasət və bundan daha vəhşi forması Türkiyədə həyata keçirilib. Yəni bilin ki bu pantükçülük və millətçilik ordan gəlir və bu Azərbaycanı uçuruma aparır. Artıq daxili parçalanma baş verib və artmağa doğru gedir. Burda günahkar olan ancaq pantürkçülüyü dəstəkləyən qüvvələrdir. Heç bir müxalifət partiyası, heç bir cəmiyyət, heç bir ictimaiyyətdə tanınan şəxs bu məsələyə toxunmur və dindarların çoxusu da susub. Ya xoşlarına gəlir, ya da heç veclərinə deyil. Elə bil yoxdur bu problemlər. Yəni bu mövzuda ədalətsilik iliklərinə kimi işləyib. Ona görə heç kimin haqqı yoxudr ki buna etiraz edəni susdursun.
Bundan başqa Türkiyə İslam aləminə böyük zərbə vurub. Necə? İraqda ABŞ siyasətini dəstəkləməklə və Suriyanın dağıdılmasında birbaşa rolu ilə. Türkiyə ruhanisi Arpaslan Kuytul da bu haqda çoxlu dəlillər ortaya qoyub. Heç kimə sirr deyil ki Suriyadaki o vəhşi "müxalifət"in kislorodu, havası həm də Türkiyədən gəlir. Türkiyənin siyasəti birbaşa şiəliyin mənafeinə ziddir. Məndə bir şiə kimi buna qarşıyam. Şiə olub Türkiyənin bu siyasətini dəstəkləyən adam ya münafiqdir, ya da din nədir indiyə kimi qanmayıb, ya da ruhi xəstədir, ya da ən yaxşı halda siyasi təhlili çox bərbad səviyyədədir, ya da heç əsl şiə deyil.
Və nəhayət. Azərbaycanda yeridilən türkiyəçilik siyasəti istilanın bir mülayim növüdür. Daha doğrusu başlanğıcıdır, ilk mərhələsidir. AKP-çilər Azərbaycanı Türkiyəyə birləşdirmək haqqında fikirləri açıq şəkildə söyləyirlər. Deyərlər ki "bəs İranda bunu etmək istəyir də". İnandırıram sizi ki İran bu Azərbaycanı heç yerinə birləşdirmək istəmir. Belə təfəkkürlü, bu düşüncəli Azərbaycan İrana min ildir lazım deyil. Özlərində fasiqlər, dinsizlər var. Kifayət qədərdir. Əgər Azərbaycan düzəlsə belə istəməz, çünki onlar üçün dost olan müttəfiqlər lazımdır. Onlar Azərbaycanı MDB məkanında şiəliyin qalası kimi görmək istəyirdilər. Türkiyə buna mane oldu. Hətta Türkiyə Məclisində millət vəkili çıxış edib dedi ki bəsdirin Azərbaycanda Səudiyə Ərəbistanı ilə birgə şiələrə qarşı siyasət apardız, siz məzhəb davası salacaqsınız. Hal-hazırda İran Azərbaycanı Rusiyanın maraqları dairəsində görür və onlar üçün belə rahatdır. Həm də hansı siyasətlə? İrandan Azərbaycana çox vaxtı "kolxoz" təfəkküründə olan səfirlər gəlib. Ən zəif siyasətləri Azərbaycanda olub. Azərbaycanda İrana qarşı 20 ildir təbliğat gedir və İran buna qarşı heç bir təsirli tədbir görmür. İran bu siyasətlə Azərbaycanı özünə birləşdirmək istəyir? Türklər demişkən "Allah aşkına"... bəsdirin. Əksinə Türkiyə siyasəti elə bir fon və görüntü yaratmaq istəyir ki güya Azərbaycan əhalisinin 40-50%-i Türkiyə ilə birləşmək istəyir.
Türkiyə özü bir İsrailin əli olaraq Azərbaycanı Rusiyaya və İrana qarşı qoydu. İsrail özü bir başa bunu edə bilməzdi, amma Türkiyə vasitəsi ilə bunu etdi. Azərbaycan bundan ancaq uduzdu. Və nəticədə Azərbaycanın ərazi bütövlüyünə böyük zərbə vuruldu. Axırda Türkiyə özü çətin vəziyyətə düşərək Azərbaycanı da iki div dövlətin arasında qoyur. Elə Türkiyənin özünü atacaqlar... Problem ondadır ki 20 illik pantürkçü təbliğatı, İsrail ilə müttəfqilik və başqa siyasi proseslər Azərbaycanın mövcudluğunu belə Rusiyanın və İranın təhlükəsizliyinə qarşı bir təhdidə çevirdi. Yəni söhbət məhz bu cür Azərbaycandan gedir. Bununla belə Qarabağın qayıtması da çox böyük sual altına alınır və mümkünsüz olur. Səbəbələri çoxdur. Tank, təyyarə almaqla deyil. Ən dağıdıcı silahlar elə Rusiyadan alınıb. Həm də bəlidir ki nəyə görə alınıb. Ermənilərə qarşı o T-90-lardan, o SMERÇ-lərdən, aprel ayında heç istifadə olunmadı. Nə isə...
Türkiyə həmişə Azərbaycana problem yaradıb. Ona görə mən bu ölkəyə qarşıyam. Bü cür Türkiyəyə qarşıyam. Başqa əsaslar da gətirə bilərdim. Amma elə bu arqumentlər də kifayət edir. Mən əxlaqsızlığın eksportu və düşüncə səviyəsinin cılızlaşması haqqında hələ yazmadım. Bir əlavə də edim ki Azərbaycanda hər hansı bir qüvvə bax bu cür Türkiyəyə arxalansa, heç şübhəsiz ki məğlub olacaq. Heç bir uğur qazanmayacaq. Müvəqqəti uğur qazansa da əvvəl axır aldanılıb çökəcək.

Комментариев нет:

Отправить комментарий