Страницы

07.04.2017

Bəşər Əsəd kimyəvi silahdan istifadə etmişdirmi?

Vüsal Sadıxov

Möhtərəm Altay Göyüşov yazır ki, biz səfehlər Amerika prezidentini belə tənqid edən xəbər agentliklərinə, televiziya kanallarına, bir sözlə KİV-ə inanmırıq, amma Suriya dövlət televiziyasının dediyinə inanırıq. Sonra yazır ki, bu nə axmaq məntiqdir deyirlər qalib olan kimyəvi silah işlətməz?
Mən şərh yazmağı xoşlamıram. Hərdən şərh yazaram. Odur ki, cavabı statusa yazıram.
Əvvəla, həmin TV, KİV və sairə idi ki, Səddamın bioloji və nüvə sahib olduğunu deyib ictimaiyyəti buna inandırdı. Daha sonra ABŞ İraqa hücum etdi və məlum oldu ki, Səddam alçaq adam olsa da, nə bioloji silahı, nə də nüvə silahı yox imiş. 
O ki qaldı Suriyaya, xatırladım ki, 2013-cü ildə eyni bu ittihamla Dəməşq yaxınlığında, Şərqi Ğutada eyni kadrları (eynidən məqsəd ağızdan köpük gəlmə və s.) Suriya ordusunun dinc əhaliyə qarşı kimyəvi silah işlətdiyi bildirildi. BMT-dən xüsusi nümayəndə heyəti yollanıb məsələni araşdırdı. Məlum oldu ki, kimyəvi silahdan bu iddianı edənlər özü, yəni terrorçular istifadə ediblər. Amma möhtərəm Altay Göyüşovun istinad etdiyi mətbuat təkcə iddianı tirajlayırdı. BMT nümayəndəsinin dediyini yalnız çox az xəbər agentlikləri qısa xəbər kimi verdilər.
ABŞ və Avropa bununla kifayətlənmədi. Suriyaya hücum planından danışmağa başladılar. Bu zaman Rusiya BMT vasitəçiliyilə bütün kimyəvi silahları Suriya hökumətindən təhvil alıb ölkə ərazisindən çıxardacağı missiyasını üzərinə götürdü. Belə də oldu. Bunu başda BMT olmaqla həm ABŞ, həm də Avropa da qəbul etdi ki, Suriyada daha kimyəvi silah yoxdur. Möhtərəm Altay Göyüşovun istinad etdiyi mətbuat da bunu işıqlandırdı. 
İdlibdə ordu kimyəvi silahdan istifafə edib xəbərini yayanlar hamısı başda Nüsrə Cəbhəsi olmaqla digər terrorçu dəstələrinin müxbirləridirlər. Hətta istinad edilən İdlibdəki həkim Nelə bir neçə il öncə Britaniya höküməti tərəfindən iki jurnalistin oğurlanmasında ittiham edilmişdi.
Və nəhayət, qalib gələnin ürəyi istəsə lap nüvə silahından istifadə edər məsələsi. Bunu ancaq ABŞ kimi alçaq ölkələr edə bilərlər. Necə ki, Yaponiyaya qalib gəldikləri halda nüvə bombasını və İraqı işğal etdiklərinə baxmayaraq kimyəvi silahlardan istifadə ediblər. Amma Bəşər Əsədə bu silahdan istifadə etmək bir neçə səbəbdən lazım deyil. Çünki əvvəla qalibiyyət son zamanlar onun tərəfindədir. İkincisi, başda Amerika olmaqla Avropa ölkələri üçün Əsədin özünün getməsi arxa plana keçmişdi. Üçüncüsü, Əsəd bu kimyəvi silahdan istifadə edən idisə, bunu döyüş meydanlarında terrorçulara qarşı istifadə edərdi. Daha şəhərdə dinc sakinlərin də yaxın olduğu yerlərdə terrorçulara məxsus obyekti vuraraq etməzdi. Terrorçulara döyüş meydanında bunu istufadə etməklə həm qalibiyyət sürətini artırar, həm də öz ordusunun itkisini azaltmış olardı. Heç kəsin də bundan xəbəri olmazdı. Amma dinc əhali olan yerə bunu etməklə özü hökümətinin ölüm hökmünü vermiş olur.

Комментариев нет:

Отправить комментарий