Страницы

18.04.2017

Mənsur Həqiqətpur: İmişlidə 100 min qaçqına kömək göstərdik

Vaxtilə İranın Bakıdakı hərbi atteşesi, Heydər Əliyevin hərbi məsələlər üzrə müşaviri işləmiş, hal-hazırda İran Parlamentinin milli təhlukəsizlik məsələləri üzrə müşaviri olan Mənsur Həqiqətpur:

-Biz Azərbaycanı qurtardıq, əks təqdirdə Ermənistan Bakını da alardı. Bakı Qarabağ müharibəsi dövründə aldığı silahlara görə hələ də İrana borcludur! Bu saat Bakının İrana 30 milyon dollar borcu var. Lakin İran çox təvazökardır və heç vaxt bu məsələni bəyan etmir. Əgər İranın yerinə Türkiyə olsaydı, indiyə qədər pulun özünü, yaxud da həmin borcun on qat dəyərindən çox bir imtiyaz almışdı. Qarabağ müharibəsi dövründə İranlı olan hərbi məsləhətçilərin rolundan bəhs edən “Azərbaycan sərkərdəsi” adlı iki dəqiqəlik bir video yazı yaydım. 2000 saat olduğunu, ancaq bunun sadəcə 2 dəqiqəsini yaymağımı bildirdim. Bakıda oturub əzəmətli İran dövlətinə qarşı mənfi təbliğat aparanların nə özü, nə də ailə üzvlərindən heç biri müharibədə iştirak etməmişdir. Lakin Qarabağ müharibəsində mənim maşınım mina üstünə çıxaraq, param-parça oldu. Biz Bakıda 6500 nəfərə hərbi təlim keçdik. O vaxtlar, əsgərləri Bakı küçələrində sıralayırdıq və Bakı sakinləri də bunun şahidi olmuşlar. Bu gün də Naxçivanın Bakı ilə əlaqəsi kimi Azərbaycan Respublikasının həyati məsələlərinin bir çoxu İran ərazisi vasitəsilə həll edilir. Əcəba, Bakı hakimiyyəti onun “siyasi həyatında” İranın əsas rola malik olmasını həqiqətən başa düşmürmü? Məncə bunlar başa düşmürlər. Buna görə də iqtisadi, siyasi və mədəniyyət sahələrində bizimlə ciddi əməkdaşlıq etməyəcəklər. Bunlar İsrailə bel bağlamış və elə zənn edirlər ki, Qərb Qarabağı onlara qaytara bilər. Halbuki bu bir səhv hesablamadır və Qərb Bakı üçün belə bir iş görməyəcəkdir.
***
-İmişlidə 100 min qaçqına kömək göstərdik. Qarabağda yaranmış vəziyyəti nəzərə alaraq, bu qaçqınların çoxunun bizim vətənə gələcəyini proqnozlaşdıraraq İran uyğun bir tədbir qıldı. Bu tədbir əsasında isə Qırmızı Aypara Cəmiyyəti sərhəd yaxınlığındakı İmişli adlanan rayonda yer hazırladı, oranı təzhiz etdi, qaçqınların orada yerləşdirilməsinə və oradaki yaşayış və təhsil imkanlarından faydalanmalarına nail oldu. Su, işıq, yemək və çadır xərcləri İran tərəfindən təmin edilirdi. O zaman müharibədən zərər çəkmiş məcburi qaçqın və köçkünu qəbul etmək imkanı olmayan Bakı üçün bu kömək həyati anlam kəsb edirdi. Qaçqınlara orada kömək göstərmək və dağılmalarına imkan verməmək bizim üçün də əhəmiyyət kəsb edirdi. İranın Bakıya göstərdiyi yardımlarının çox olması halda, onların İrana qarşı təbliğatının səbəbi Bakı rəsmilərinin və hakimiyyətinin nankorluğundan irəli gəlir. Əgər İran mənim vasitəmlə minalar və silahla dolu o təyyarəni Rövşən Cavadova yetirməsəydi, ermənilər qalan əraziləri də almışdılar. Əgər İran (Qırmızı Aypara Cəmiyyəti) mənim vasitəmlə yüz min Qarabağ qaçqınını İmişlidə yerləşdirməsəydi, suyunu, yeməyini və təhlükəsizliyini təmin etməsəydi, elə həmin qaçqınlar gedib prezident sarayını Heydər Əliyevin başına yıxardı. Ərazisinin dörddə birini itirmiş olan hakimiyyət indi durub dünya azərbaycanlılarının İrana qarşı konqresini düzənləyir!

badkubeh.com

Комментариев нет:

Отправить комментарий