Страницы

18.04.2017

Vaxtilə İranın Bakıdakı hərbi atteşesi, Heydər Əliyevin hərbi məsələlər üzrə müşaviri işləmiş, hal-hazırda İran Parlamentinin milli təhlukəsizlik məsələləri üzrə müşaviri olan 
Mənsur Həqiqətpur:

-Biz Azərbaycanı qurtardıq, əks təqdirdə Ermənistan Bakını da alardı. Bakı Qarabağ müharibəsi dövründə aldığı silahlara görə hələ də İrana borcludur! Bu saat Bakının İrana 30 milyon dollar borcu var. Lakin İran çox təvazökardır və heç vaxt bu məsələni bəyan etmir. Əgər İranın yerinə Türkiyə olsaydı, indiyə qədər pulun özünü, yaxud da həmin borcun on qat dəyərindən çox bir imtiyaz almışdı. Qarabağ müharibəsi dövründə İranlı olan hərbi məsləhətçilərin rolundan bəhs edən “Azərbaycan sərkərdəsi” adlı iki dəqiqəlik bir video yazı yaydım. 2000 saat olduğunu, ancaq bunun sadəcə 2 dəqiqəsini yaymağımı bildirdim. Bakıda oturub əzəmətli İran dövlətinə qarşı mənfi təbliğat aparanların nə özü, nə də ailə üzvlərindən heç biri müharibədə iştirak etməmişdir. Lakin Qarabağ müharibəsində mənim maşınım mina üstünə çıxaraq, param-parça oldu. Biz Bakıda 6500 nəfərə hərbi təlim keçdik. O vaxtlar, əsgərləri Bakı küçələrində sıralayırdıq və Bakı sakinləri də bunun şahidi olmuşlar. Bu gün də Naxçivanın Bakı ilə əlaqəsi kimi Azərbaycan Respublikasının həyati məsələlərinin bir çoxu İran ərazisi vasitəsilə həll edilir. Əcəba, Bakı hakimiyyəti onun “siyasi həyatında” İranın əsas rola malik olmasını həqiqətən başa düşmürmü? Məncə bunlar başa düşmürlər. Buna görə də iqtisadi, siyasi və mədəniyyət sahələrində bizimlə ciddi əməkdaşlıq etməyəcəklər. Bunlar İsrailə bel bağlamış və elə zənn edirlər ki, Qərb Qarabağı onlara qaytara bilər. Halbuki bu bir səhv hesablamadır və Qərb Bakı üçün belə bir iş görməyəcəkdir.

Комментариев нет:

Отправить комментарий