Страницы

16.05.2017

Ağalar Qut:

-Maraqlıdır ki, osmanilər Əmir Teymura basılıblar, Şah İsmayılı isə udublar, ancaq buna baxmayaraq Teymura yox, İsmayıla nifrət edirlər, özü də 500 il keçməsinə baxmayaraq hələ də. Görəsən nə üçün? Səbəb Səlimin Şah üzərində namərd, qürur verməyən, adam içərisinə çıxarıla bilməyən, sui-qəsdə oxşar qələbə qazanmağa məcbur olmasıdır. Şah İsmayıl Xətainin ölkəsinə soxulub, Ona, yəni bir Şaha, “Ay qorxaq, niyə qabağıma çıxıb mənnən vuruşmursan?! Get başına ləçək bağla!” məzmunlu təhqiramiz məktublar göndərib, Onu inadla döyüşə çağıran və məktublarında Ona heç vaxt “şah” deyə müraciət etməyən (ancaq Çaldıranda qələbədən dərhal sonra dünyanın dörd bir yanına Şaha qalib gəldiyini fəxrlə xəbər verən) bu Səlim, Çaldıranda vuruşma vaxtı bilirsinizmi harada idi? Öz çadırında gizlənmişdi! Çadırın deşiyindən cəng meydanına tamaşa edir, Şahın topla vurulmasını əmr edirdi. Şah İsmayıl isə Çaldıranda şəxsən döyüşə girmiş, güllə yarası alıb yaralananadək vuruşa-vuruşa Səlimin çadırına yaxınlaşmışdı. Şahın Çaldıranda göstərdiyi bahadırlığı düşmən olmaqlarına baxmayaraq o vaxtkı Osmaniyyə qaynaqları da etiraf etmişlər.
Əvvəllər osmanilər, indi də türkiyəlilər onlara gecə ikən hücum etməyən, səhərəcən yatıb dincəlsinlər deyə vaxt verən Şah İsmayılın- bu igid adamın qılınc-qalxanlı atlılar ordusunu top-tüfəng atəşinə tutmaqla qalib gəlməyə məcbur olmaqlarını və ən əsası da Səlimin öz çadırından çıxıb Şahla vuruşmaqdan boyun qaçırmasını Şaha (qəribədir, Səlimə yox, Şaha!) bağışlaya bilmirlər. Şah İsmayıla əvvəllər osmanilərin, indi də türkiyəlilərin 500 ildir sönməyən kinlərinin səbəblərindən biri, bax budur. Səlimin vuruş meydanına girmədiyini bilə-bilə, osmanilərin Səlimi Çaldıran düzündə Şah İsmayılla guya at üstündə üz-üzə dayanmış miniatürlərini çəkməkləri də məhz həmin tarixi xəcaləti gizlətmək istədiklərindəndir.

Комментариев нет:

Отправить комментарий