Страницы

06.05.2017

...Нülakü xan (Xulaqu) Yaxın Şərqə yürüşə çıxdı. Monqollar (muğanlılar) yerli slavyan qövmün kökünü kəsməklə məşğul olan və şiələrin qəniminə çevrilmiş Abbasilər Xilafətini darmadağın edib Yer üzündən sildilər. Bağdadı tutduqdan sonra Abbasilər İmperiyasının sonuncu xəlifəsi əl-Müstəsim Billahı xalçaya büküb atlarla tapdalamaqla, digər versiyaya görə isə var-dövlətini saxladığı xəzinəyə salıb bağlayaraq ac-susuz saxlamaqla öldürdülər. Hülakü xan xəlifənin Bağdad sarayını nestorian patriarxına bağışladı. Muğannanın ağ geyimli mujiklərinin və Babəkin hürrəmilərinin qisası alındı. İraqdakı kürd çapqınçı dəstələrini darmadağın etdikdən sonra Hülakü xanın tərkibində erməni, gürcü və səlcuqların da olduğu qoşunu Suriyaya gəlib, burada şiələrin qanına susamış və məmlüklərlə çarpışmaqda olan kürd Əyyubi hakimlərinə ağır zərbələr endirdi. Beləcə, Hülakü xan Fatimi şiələrinin də qanını aldı. Şərqdə qoy xalqların ərəb-semit-kürdlər tərəfindən genosidinə son verildi. 1262-ci ildə isə 30 minlik xazar qoşunu Dərbəndi keçib Şirvana hücum edəndə yenə də Hülakü xanın Qızıl Ordası onların üstünə yeridi. Monqollar xazarları darmadağın etdilər və qovub Qafqazdan çıxardılar. Həmin dövrdə Hülakü xan bütün dünyada adlı-sanlı, şah-şöhrətli qəhrəman kimi tanınmışdı. O faktiki olaraq qoy xalqların iudeylərə qarşı mücadiləsinə rəhbərlik edirdi. Qərbdə onu və nestorian məzhəbli həyat yoldaşı Doqquz xatunu xristan müqəddəsləri Konstantin və Yelenaya bərabər tuturdular. 1265-ci ildə vəfat edən Hülakü xan, mənbələrdə göstərildiyinə əsasən, Şah dağında Tala adlı qalada dəfn edilmişdir ki, sonradan həmin yer qoruq ərazisi elan olunmuşdur.

İbrahim Sel, "Avrasiya tarixi"

Комментариев нет:

Отправить комментарий