Страницы

05.05.2017

Kiflənmiş kolbasalar İNSANLARA SATILIR

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən publika.az-a verilən məlumata görə, bu gün alınmış məlumat əsasında Bakı Şəhər Baytarlıq İdarəsinin və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi 1 ünvanında yerləşən kolbasa məhsullarının satışı anbarına baxış keçirilib. Baxış zamanı 20 kvadrat metr sahəsi olan, havalandırma və soyuducu sistemi olmayan qarajda soyuducusuz, qeyri-qanuni, antisanitar şəraitdə ümumi çəkisi 100 kq olan kolbasa məmulatlarının saxlanıldığı və satıldığı aşkar olunub. İlkin araşdırma zamanı qarajda “Payim” firmasının istehsal etdiyi saxlanma müddəti bitmiş, kiflənmiş və insan qidası üçün təhlükəli olan “Doktorskaya”, bişmiş, yarım hisə verilmiş “Krakovskaya” və yarım hisə verilmiş ”Xlbmaya” kolbasa məmulatlarının olması müəyyən edilib.
Aşkar edilmiş kolbasa məhsullarından baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Obyektin qapısı komissiyanın iştirakı ilə bağlanaraq, möhürlənmiş və sahə polis müvəkkilinə təhvil verilmişdir.
Kolbasa məhsullarından götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada tədbir görüləcək.

Комментариев нет:

Отправить комментарий