Страницы

24.05.2017

Rusiya kazakları Suriyaya yola düşür


İslamazeri.com-un “İzvestiya” qəzetinə istinadən verdiyi xəbərə əsasən, bir qrup Stavropol kazakı Suriyanın Malülə şəhərinə getməyə hazırlaşır. Onların getmə səbəbi yerli sakinlərə dəstək vermək və elmi fəaliyyətlə məşğul olmaqdır..
Qeyd edilir ki, adıçəkilən şəhərin əhalisinin böyük hissəsi xristianlardan ibarətdir.
Stavropol şəhəri Kazak İcmasının atamanının müavini Dmitriy Tarasov bildirib ki, bu planda “kazakların üzərinə tarixi missiya düşür”.
Kazaklar bütün səfərləri boyu ilkin dövr xristianlıq dövrünə aid yazılı abidələri toplayaraq onları tərcümə etməyi planlaşdırır.
Qeyd edək ki, terrorçular 2013-cü ildə Malülə şəhərini 2 dəfə işğal etmişdilər. Nəticədə müqəddəs Fekla monastırı ciddi zərər görüb. Həmçinin terrorçular kilsələr üzərindəki xaçları, zəngləri sındırıblar.

Комментариев нет:

Отправить комментарий