Страницы

23.05.2017

Talışlar və azərbaycanlılar- eyni xalqdırlar

Təəssüflər olsun ki, bu gün nəinki Azərbaycan xalqının düşmənləri, eləcə də Azərbaycanın bir çox siyasi liderləri Azərbaycanın həqiqi tarixinin yazılmasını istəmirlər. Mən daha çox Azərbaycan tarixinin İqrar Əliyev tərəfindən yazılmış versiyasına inanıram. Talışlar və azərbaycanlılar- vahid xalqdırlar. Monqol-tatarların Qafqaza gəlişindən sonra azərbaycanlılar təkcə dillərini dəyişərək türk dilini qəbul etmişlər. Düzənlik yerdə yaşayanlar türkcə danışmağa başlamış, dağlıq ərazilərdə yaşayanlar- talışlar isə öz dillərini saxlamışlar. Talışlarla azərbaycanlıların başqa heç bir fərqi yoxdur. Mən bütün məsələlərə klassik fizika qanunları prizmasından baxıram. Bax bu prinsip əsasında azərbaycanlı və talışların eyni xalq olması fikrimin düzgünlüyünü yoxlayaq. Azərbaycanın müxtəlif regionlarından 100 azərbaycanlı, talışlar yaşayan rayonlardan isə 100 talış yığaq. Onları bir yerə toplayaq və dəstə halında bir-birinə qarışdıraq. Sonra istənilən kənar adamı çağıraq və bu dəstədən azərbaycanlıları ayrı, talışları isə ayrı yığmağı xahiş edək. Bir şərtlə ki, dəstədəki talışlar və azərbaycanlılar sussunlar. Bu adam səhvlər buraxacaq, talışın kim, azərbaycanlının kim olduğunu müəyyənləşdirə bilməyəcək. Ona görə ki, talışlar və azərbaycanlılar görünüşcə oxşardırlar. Ona görə ki, onlar eyni xalqdırlar. Sonra isə eyni prinsiplə 100 azərbaycanlı və 100 türkü bir yerə toplayıb qarışdıraq. Yenə də kənar adamı çağıraq və onları bir-birindən ayırmağı xahiş edək. Bu adam cəmi 10 faiz səhv buraxacaq, türkləri azərbaycanlılardan asanlıqla ayıra biləcək. Ona görə ki, türklər və azərbaycanlılar xarici görünüşcə tam fərqlidirlər.

Tanınmış Rusiya jurnalisti və politoloqu Mehman Qafarlı

Комментариев нет:

Отправить комментарий