AZAL-ın Azərbaycan xalqına qarşı daha bir düşmənçilik faktını İngiltərədə yaşayan həmvətənimiz yolladı. Biletlərdən aydın görünür ki, eyni tarixdə LONDON - BAKI reysi 536 ABŞ dolları, LONDON - BAKI - MOSKVA reysi isə 202 ABŞ dollarıdır. Qeyd edim ki, hər iki reysi AZAL həyata keçirir. Görəsən bu fakta AZAL rəsmiləri hansı don geyindirəcəklər?! Bu cür müqayisələr yüzlərlədir. Bunun adı düşmənçilikdir. Yalandan "Aeroflot"un Moskva-Bakı reysinin menyusunda "ermənisayağı hinduşka" davası aparıb vətənşüvənlik etmək lazım deyil!
Комментариев нет:
Отправить комментарий