Страницы

28.06.2017

Türk və fars qızı

Nadir Qocabəyli: "90-cı illərin əvvəllində təsadüfən Ərdəbildən gələn üç nəfər qonağım oldu. İkisi bekara adam idi, amma Mustafa adlı üçüncüsü çox ağıllı və məlumatlıydı. Onunla çoxlu söhbətimiz oldu. Bir dəfə soruşdum ki, Mustafa, farslardan qız alırsız? Dedi, baba, çoox. Soruşdum niyə? Dedi, baba, farsın xanımları çox yaxçi olur. Nəyi yaxşı olur, Mustafa? Cavab verdi ki, baba, evə gələndə səni qapıda qarşılar, kefini xəbər alar, su qoyar, ayağını yuyar, başını yuyar. Şirin danışar, yaxçi yemək bişirər, çay dəmlər... Dedim, yaxşı bəs farslara qız verirsiz? Dedi, almazlar ki, baba. Niyə? Ona görə ki, baba, türk arvadlar içəri girən kimi, səni sorğu-suala tutar. Hardaydın, niyə gec gəldin, niyə əliboş gəldin?.. Sənnən acı danışar, yeməyi yandırar, çayı qəynədərlər..."

Комментариев нет:

Отправить комментарий