Страницы

29.06.2017

Rusiya İsrailin məhvi planını hazırlayıb

Ukraynanın dialog.ua nəşrinin hərbi icmalçısı bildirmişdir ki, Kreml İsrailin məhvi üçün hibrid müharibəyə başlayır və bu məqsədlə İran, İraq, Livan döyüşçülərindən, o cümlədən Suriya ordusundan istifadə etmək niyyətindədir.
“Dialoq” bildirir ki, Rusiyanın birinci hədəfi Qolan yüksəkliklərini ələ keçirməkdir. Suriya, Livan və İran orduları Rusiya hərçilərinin dəstəyi ilə İsrail ordusuna qarşı əməliyyatlara başlayacaqlar. Hadisələrin gedişində İraq ordusu da onlara qoşulacaq. Hal-hazırda itirilmiş Qolan təpələrinin Suriyanın nəzarətinə keçməsi Rusiya mətbuatında ciddi müzakirə mövzularındandır. Ekspertlər bildirirlər ki, konfliktin nizama salınması Suriyaya 1967-ci ildə İsrailin işğal etdiyi Qolan təpələrini geri qaytarmağa imkan verəcək. İsrail aviasiyasının Suriya ordusunun mövqelərini bombalaması Suriya hökumətinə sionist rejimə qarşı tədbirlər həyata keçirməyə əsas yaratmışdır. Suriyadakı Rusiya hərbçiləri Bəşər Əsədə nəinki ölkəni terrorçulardan təmizləməkdə, həm də Qolan təpələrini geri qaytarmaqda kömək edəcəklər.
İran İslam Keşikçiləri Korpusunda Qolan təpələrinin azad edilməsi üçün xüsusi briqada yaradılmışdır. İraqın “Hərəkat Hizbullah əl-Nucəba” şiə qruplaşmasının mətbuat katibi Seyid Haşem Musəvi Rusiyanın “Sputnik” xəbər agentliyinə müsahibəsində Qolan təpələrinin azad edilməsi üçün hazırlıqlar gördüklərini bildirmişdir. “Hizullah” lideri Şeyx Həsən Nəsrulla isə demişdir ki, İsrail ilə müharibə başlayacağı təqdirdə Livanın yolu müsəlman ölkələrindən axışan yüz minlərlə döyüşçü üçün açıq olacaqdır. Əsasını iranlıların təşkil etdiyi şiə qruplaşması artıq Suriyanın İsrail ilə sərhədində cəmləşməkdədir.
Xatırladaq ki, İsrail öz ərazisindən 3 dəfə böyük ərəb torpaqlarını işğal etmişdir. Suriya hökuməti anneksiya məsələsini dəfələrlə qaldırmış və İsraildən Qolan təpələrinin geri qaytarılmasını tələb etmişdir. Bəşər Əsədin atası Hafis Əsəd o vaxtkı Misir prezidenti Qamal Abdel Naser ilə birgə “yəhudiləri dənizə tökəcəkləri” bəyanatını vermişdilər.

Комментариев нет:

Отправить комментарий