Страницы

09.07.2017

X Diplomatik Seminar

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində X Diplomatik Seminar keçirilmişdir.
Seminarda çıxış edən A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun icraçı direktor müavini Roman Qrişenin demişdir ki, həyata keçirilən proqram gənc ekspertlərə Rusiyanın aparıcı mütəxəssislərinin beynəlxalq münasibətlərlə bağlı fikirləri ilə tanış olmağa imkan verir.
Seminarda çıxış edən RF XİN Diplomatik Akademiyasının elmi işlər üzrə prorektoru Oleq İvanov Rusiya ilə Qərb arasındakı gərginikdən danışaraq bildirmişdir ki, bu gərginliyin təməli 1980-ci illərdə NATO-nun şərqə doğru genişlənməsindən sonra qoyulmuş, 1999-cu ildə Yuqoslaviyanın bombalanmasından sonra isə kəskin xarakter almışdır. Onun sözlərinə görə, ikitərəfli əlaqələrin qurulması zamanı balanslı və praqmatik yanaşmalara üstünlük verilməlidir.
A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondu və “Rossotrudniçestvo” Federal Agentliyinin birgə həyata keçirdiyi tədbirə dünyanın 16 ölkəsindən 38 nümayəndə dəvət olunmuşdur. Tədbirdə ölkəmizi Avrasiya Hərəkatı Azərbaycan təşkilatının üzvləri təmsil etmişlər.

Комментариев нет:

Отправить комментарий