Страницы

31.10.2017

Ayətullah Xamenei: Onlar planı cırarsa, biz onu tikə-tikə doğrayacayıq

Ali Rəhbər Ayətullah Xamenei minlərlə yüksək elmi intellekt və istedadı olan gənclərlə görüşüb.
Görüşdə Ayətullah Xamenei çıxış edərək asılılığın səfalətə səbəb olduğunu bildirib. “Bəziləri 100 il öncədən deyirdi ki, əgər inkişaf etmək istəyirsizsə, gərək Qərbin diqtəsi altına girəsiniz. Bu gün də onların tör-töküntüləri həmin sözləri deyir. 50 il Pəhləvi rejimi dövründə Qərbin himayəsi altında idik, hansı inkişafı əldə etdik?”
Ayətullah Xamenei bildirib ki, İslam İnqilabının bərəkəti ilə idi ki, siyasi asılılıq bitdi, amma digər asılılıqların məhv edilməsi çətindir: “Asılılıq səfalətə səbəb olur. Asılılıqdan qurtulmağın əsas ünsürlərindən biri elmi inkişafdır”.
Ayətullah Xamenei əlavə edib ki, ölkə sənayesi montaj probleminə düçar olub və bu sənət və universitetinin bir-biri ilə əlaqəsinin olmamasına görədir: “10 illik bir zaman kəsiyində ölkənin sənayesi montaj işlərindən innovasiyaya doğru yönəldirilməlidir”.
Çıxışının davamında Ayətullah Xamenei deyib ki, biz Amerikanın hakimiyyəti altından çıxıb, Qərbin bizə qarşı düşmən mövqeyinə baxmayaraq güclü inkişaf edə bilmişik: “Bütün bu inkişaf və uğurlarımız sanksiyalar dövründə baş verib. İstəmirəm vaxtı ABŞ prezidentinin boşboğazlıq və cəfəngiyatına cavab verməklə itirim. Ona cavab vermək vaxt itkisidir. ABŞ beynəlxalq sionizmin brokeri, İŞİD və təkfirçi cərəyanların yaradıcısıdır. Siz gözləyirsiniz ki, Amerika İŞİD-in qarşısında dayanan qüvvənin əlindən əsəbləşməsin? Əsəbləşiblər, çünki İslam Respublikası bu gün onların Livanda, Suriyada, İraqda və başqa yerlərdəki planlarını pozub. Hamı əmin olsun ki, bu dəfə də Amerikanın ağzına möhkəm yumruq dəyəcək. İran xalqı qarşısında məğlub olacaq. ABŞ prezidenti axmaqlıq edir, lakin bu bizi onların hiyləsindən yayındırmasın”.
Çıxışının davamında Ayətullah Xamenei bildirib ki, Avropa dövlətləri Hərtərəfli Birgə Fəaliyyət Planının (HBFP) icrasının zəruriliyini vurğuladı. O ABŞ prezidentinin bu barədə sözlərini pisləyib: “Biz bunu alqışlayırıq, amma yalnız “HBFP-ni cırmasın” demələri kifayət etmir. HBFP-nin icrası onların xeyrindədir. Qarşı tərəf bu planı pozmasa, biz də onu pozmayacağıq. Amma əgər onlar planı cırarsa, biz onu tikə-tikə doğrayacayıq”.
Ayətullah Xamenei deyib ki, Avropa əvvəl onların əməli addımlarının qarşısında durmalıdır. İkincisi bizim müdafiə məsələlərimizə müdaxilə etməməlidir: “Gəlib desinlər ki, İran nə üçün regiondakı proseslərə qarışır? Yaxşı edir. Və ya desinlər ki, İran nə üçün raketə sahibdir? Yaxşı, bəs siz niyə raketə sahibsiniz? Sizin niyə atom bombanız var?”

maide.az

Buzeyir kəndi

Lerik rayonu Zuvand bölgəsində külli miqdarda iri və xırda toponimlər - yer adları mövcuddur. Onlar özünəməxsusluğu ilə seçilir. Bu kəndin ərazisi əsasən 5 vahidlikdən ibarətdir: Niso, Çəkerə, Pedi-Hüləboğ, Mələton, Vişə.
“Niso” sözü kənd əhalisinin dilində “quzey” deməkdir. “Niso”, yəni ərazisi quzey olan torpaq sahəsidir. Bu ərazi vahidliyi özündə 30-a yaxın toponimi birləşdirir (Bu toponimlərin hamısının izahı “Buzeyir” adlı kitabda öz əksini tapıb). Məsələn, “Qıtitəpə”- Çiçəkli təpə, “İskanəhoni”- Stəkana oxşar bulaq, “Çaxmaxəhal”- çaxmaqlı dağ, “Məlohal”- Molla dağı, “Qərovidə”- Qoturlu bulağın olduğu yer, “Məjüəhi”- Mərci yeri və sair.
Çəkerə adlanan ərazi Buzeyir kəndindən şərq istiqamətdə yerləşir. “Çəkerə”, əsasən çılpaq dağlı əraziyə deyilir. Çəkerə Nicodan Bizzəyru- Bizzəyçay ilə ayrılır. Bu vahidlikdən Buzeyir avtomobil yolu keçir. Çəkerə özündə 49 toponimi birləşdirir: Pavəroton-Yolun döngəli olan hissəsi, Ovə koçon- Sulu kahalar, Hılıday koç- Dəlik olan ağac kahası, Kafteə koç- Göyərçin kahası, Voğbədül- Alov olan yer, Donəjən- Bəxtlərini sınayan təpə, Nemıkəsığon- Duzlu daşlar, Sipiəxok- Ağ torpaq, Piəjeni koç- Qoca arvadın kahası və digərləri.
“Pedi-Hüləbağ” - Yuxarı kənd-Armud bağı (“pe”- yuxarı, “di”- kənd, “hülə”- armud, “bağ”- bağ) deməkdir. Yaşlı kənd sakinlərinin deməyinə görə, bu ərazi kəndin köhnə yerlərindən biri olmuş, lakin burada su olmadığından əhali çox əzab çəkərmiş. Əhalinin ərazidən köçməsinə digər səbəb isə burada ilanların çox olmasıdır. Bu ərazidə kəndlərin olmasını və orada insanların yaşamalarını təsdiq edən köhnə tikili qalıqları və məişətdə istifadə olunan saxsı qab tullantıları var. Buralar aşağıdakı toponimləri özündə birləşdirir:
“Vankardəhal” - Səslənən dağ. Buzeyir kəndinin şimalındakı yüksəklikdə yerləşir. Kənd sakinləri hər hansı bir hadisəni həmkəndlilərinə çatdırmaq üçün bu dağın üstünə çıxarmışlar. “Çüqülüəkəykəm”- Ağac sürüşdürən evin yamacı, “Kubzə koç”- Vəhşi keçi kahası, “Kafteəbərə”- Göyərçin bərəsi, “Quləkuliş”- Qulaməlinin kolluğu deməkdir.
Mələton. “Moləton” - “mol” - heyvan, “ton” - yan tərəf deməkdir. Mələton ərazi vahidliyi kəndin heyvanlarının örüş yerlərindən ən başlıcasıdır. Burada kəndlilər qar əriyəndən qar düşənədək öz mal qarasını saxlayır və buranı örüş yeri kimi istifadə edirlər. Mələton aşağıdakı toponimləri özündə birləşdirir: “Avğon”- Buludlu yer, “Ziftiəli çol”- Ziftiəlinin çalasi, “Sığancədül”- Daşlıq, “Kumon”- Komalar, “Korəhoni”- Kar bulaq, “Bahari koç”- Baharın kahası, “Lüməpojon”- Lüt payalar, “Şinənozi morijəy”- Şinənazı ilan çalan yer, “Qomuşiqulibəy”- Camış diyirlənən yer, “Müzəlonə”- Milçək yuvası və başqaları.
Vişə. “Vişə” sözü meşə deməkdir. Bu ərazi Buzeyir kəndindən şimalda yerləşir. Ərazinin “Vişə” adlandırılmasına səbəb vaxtilə bu yerdə qalın meşəliyin olmasıdır. Lakin indi meşəlik yoxdur. Vişə 48 toponimi özündə birləşdirir: “Siosığ”- Qara daş, “Bilidə”- Ördək dərəsi, “Şonəsığidül”- Dağın darağa oxşar olan yeri. Əfsanəyə görə bu daşı Allah bir insanın (qadının) darağından yaratmışdır. Burada daşın üzərində «Lerik» sözünə oxşar “yazıya” bənzər izlər var. Bu təbii “yazı”, daşın eroziyaya uğraması nəticəsində yaranmışdur.
“Merdəhal” - Kişi dağı “Şonəsıdül”dədir. Əfsanəyə görə bir çoban Allaha yalvararaq ondan öz arzusunun çin olmasını diləyir. O Allaha bu ərazidə suyun, bulağın olmağını istədiyini söyləyir və ondan ötrü qurban kəsəcəyini bildirir. Allah da onu eşidərək bu yerlərdə bir neçə bulaq-çeşmə yaradır. Çoban qurban kəsməli qoyunun yerində bir neçə birə öldürərək Allahı lağa qoyur və deyir ki, mən sənə qoyunun yerində birə kəsirəm, lakin sən mənim arzularımı çin etdin. Nəticədə Allah-təala onu varı-dövləti ilə birgə daşa döndərir. “Vannəhal” - Vannaya oxşar dağ. “Amukulətirəğ”- Əminin abad etdiyi ərazinin təpəsi. “Hırsi tang”- Donuzun yeri, “Sükisıgivə”- Xoruzlu daşın qabağı və digərləri.

Habil Əliyev

Ay dəli, bambılı, bədbəxt!

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -70

Mahmud Babayev: Mənə elə gəlir ki, uzaq qohumdan yaxın qonşu dəfələrlə yaxşıdır. Azərbaycana nə Türkiyə, nə də Avropa lazımdır. Yaxın qonşularımızla qonşuluq əlaqələrimizi qarşılıqlı münasibətdə qursaq, güzəranımız çox gözəl və firavan olar. Sadəcə bir az siyasətdə ağıllı hərəkət etmək lazımdır.
Rahib Hətəmov: Bayaq göldəydim, Bakının təbii landşaftı məhv edilir, Qanlı göl tam qurudulur, ordakı balıqlar və qaz, ördək, qaşqaldaq kimi quşlar məhv olur. Bakıda göl qalmayıb hamısını qurudub göydələn tikirlər.
Rüstəm Hüseynov: Sovet İttifaqının dağılmasının başlıca səbəbi onun həddindən artıq humanizmi idi. Əgər Sovet hökuməti xalqla indiki milli hakimiyyətlər kimi rəftar etsəydi heç bir zaman dağılmazdı...
Cəbrayıl Cəbrayılov: Hacıqabuldan üzü o tərəfdə (Sabirabad, Saatlı, İmişli, Beyləqan) olan bütün su kanallarında su yoxdur. Kənd təsərrüfatı ilə məşğul olan adi kənd adamlarının vəziyyəti çox ağırdır, məhsulları zay olur. Birinci dəfə idi ki, kanalların bu qədər qurumuş olduğunu görürdüm. Elə bil ki, həmin kanallarda heç su olmayıb. Bütün su mənbələri monopolistlərin əlindədir. AzTV isə kənd təsərrüfatının inkişafı barədə nağıl danışmağına davam edir.
İlqar Bədəlov: Kim Rusiyanın dağılmağını istəyirsə, əvvəl həmin adamın atasının yurdu dağılsın!
Mirhafiz Cəfərzadə: İnternetdə Şimali Koreyadan çəkilmiş bir verilişə baxdım, indiyə qədər Qərbin bizə soxuşdurduğu xəbərlərin yalan olduğuna əmin oldum. Nöqsan bütün ölkələrdə var, hətta Amerikanın özündə də saysiz-hesabsızdır. Amma koreyalıları acından qırılanlar kimi göstərmək cəfəngiyyatdır. Bizdən fərqli olaraq hamısının iş yeri var. Qanunlar kağız üzərində deyil. Paytaxtdakı müasir binalara baxanda heç bir Avropa şəhərindən fərqlənmir...
Namizəd Səfərov: “Sınıq körpü” ilə həmsərhəd olan Gürcüstan gömrük keçid məntəqəsini 1 dəqiqəyə keçdik. Azərbaycan tərəfdə isə 2 saat yarım növbə gözləməli olduq. Aydın Əliyevdən soruşuram: Bir nazir kimi öz fəaliyyətini necə qiymətləndirir?
Famil Əhədi: Ağamız Seyyid Sistani İraq əhli üçün bir difai-cihad fətvası verdi, 2 milyon şiə bir ordu yaratdı. İndi təsəvvür edin Ayətullah Xamenei cihad hökmü versə neçə milyonluq ordu yaranar! Tak şto, əziz şiələr, narahatçılığa heç bir səbəb yoxdu. Rəhmətlik İmam Xomeyni demişkən, Amerika heç bir qələt edə bilməz. Əsas məsələ bizim ixlaslı olmağımız və vəzifəmizə doğru əməl etməyimizdi.
Musarza Mirzəyev: Stalin dünyaya nümunədir, kütlənin, kasıbların, məzlumların pənahıdır.
Sevinc Babayeva: Bakıya hücum olunub, yadellilər zəbt ediblər, yerlə- yeksan ediblər, yerli camaatı kölə ediblər.
Elxan Xəlilov: Tariximizdə iki lider olub, ikisi də milləti ən çətin dövrdə qoyub qaçıb. Biri Elçibəy olub, digəri Rəsulzadə...
Roma Əliyev: Ruslar bizimçun neyləməlidir ki, millyonlarla azərbaycanlı Rusiyada işləyib burda ailə saxlayırlar. Buna da min şükür!
Rəhim Həsənli: Azərbaycanda bir milli elm var, o da kulinariya...
Rusif Qarayev: Pampersin biri 40 qəpikdir, günə 5 pampers alsam bu edir 2 manat. Elə günə 4-5 pampers gedir. Mən indi hər gün 2 manat versəm bu aya 60 manat edir. Aya da 300 manat maaş alsam 240 manat pul qalır. Mən bu 240 manatla necə dolana bilərəm? Bir azərbaycanlı gənc ailə 300 manatlıq maaşla necə dolana bilər? (Maaşı mən almıram, sadəcə orta hesablı maaş deyə yazdım).
Midiya Atropatena: Tarixən Moskva ətrafindakı kiçik xalqaları himayəsinə alıb, elm, mədəniyyət və ədalət verib. Amma Avropa, xüsusən də ingilislər ancaq talan ediblər. Hindistanın tarixinə baxsaq kifayət edər. İndinin özündə də koloniyaları var İngiltərənin.
Müttəqi Bərməki: Tikintidə işləyən bir qardaş var. Deyir Xırdalanda 16 mərtəbəli bina tikirdik. Bu gün bir fəhlə yüksəklikdən gəldi yerə. Yazıq can verirdi, tez başına qoruyucu kaska taxdılar, belinə təhlükəsizlik kəməri bağladılar, ağzını zorla açıb mədəsinə bir şüşə araq doldurdular. Beləcə bir fəhlənin evin yıxıb ev tikməyə davam edirlər.
Müşfiq Heybətov: Deyir adında iki mobil nömrə olduğu üçün sənə sosial yardım düşmür. Ölkə deyil e, “Maski Şou”du, qardaş canı!
Zahid Mikayılov: Əslən kürd olub zorən saxtakalıqla bizə türkçülüyü pərçim edən Əbülfəz Əliyev də sonradan türklərin bizə qarşı saxtakarlığını etiraf etməyə məcbur oldu.
Nadir Qocabəyli: Rus dilindən dünyanın təxminən üçdə birinə bərabər bir ərazidə istifadə olunur. Rus dilinin verdiyi təhsilin keyfiyyəti də bizimkindən xeyli üstündür. Rus dili dünya dillərindən biridir. O dil olmasaydı, biz hamımız indikindən qat-qat savadsız olardıq. Bizdəki milli təhsilin keyfiyyəti artsa belə, yenə rus dilini öyrənməyə ehtiyacımız olacaq. Amma təəssüf ki, təhsilimizin keyfiyyəti aşağıdır. Ona görə də insanlar uşaqlarına heç olmasa bir dil artıq öyrətmək istəyirlər ki, o dil vasitəsilə elmlərə müstəqil şəkildə yiyələnə bilsinlər. Ana dilimizi onlar gündəlik danışıqdan, televiziyadan, valideynlərindən də öyrənirlər. Rus dili onları öz köklərindən qətiyyən ayırmır.
Əli Şərif: Kürdlərin metr və ölçüləri gen enli şalvarlarıdı; onlar belə düşünür ki nə qədər geniş olsa, o qədər yaxşıdı. Amma daha bilmirlər ki bu tuman dallarına böyükdü!
Qəmlo Əsədullah: Son 25 ildə Azərbaycan Rusiyadan daşıdığı pulu öz iqtisadiyyatına yönəltməyib, əvəzinə Türkiyənin iqtisadiyyatına 11 milyard dollar pul qoyub.
Zərdüşt Əlizadə: Azərbaycanda hər şey məzhəkədir, elə müstəqilliyimiz də...
Pərvin Cəfərzadə: Həsən keçəl, keçəl Həsən- fərqi nədir ki? Elə, ya belə- biz günü gündən məhvə gedirik.
Rauf Qubadov: Azərbaycanlıların dünyada ən pis yaşadığı ölkənin Azərbaycan oldugunu deyə bilməyənlər azərbaycanlıların çox yüksək səviyyədə yaşadığı ölkələri pisləməkdə görürlər vətənpərvərliyi!
Hikmət Babayev: Təsəvvür edin bir vaxtlar Lider TV-də Qotur şou verilişi aparan adam indi ATV-də politologiya verilişi aparır. Əcəb günlərə qalmışıq!
Aftandil Babayev: Bilirdizmi Krım türkləri niyə Krımdan, mesxeti türkləri niyə Gürcüstandan sürgün edilmişdi? Əksəriyyətiniz bilmirsiz. Deyim bilin. Həmin tayfaların ağsaqqalarının faşistlərə cəsusluq etdiklərinə görə. İndi bu yaziq SSRİ neyləsin, bunlara çox sağ ol deməliydi?!
Mina Məmmədova: Sovet dövründə hər şeyimiz var idi. Banklarda nə qədər ehtiyat pulumuz olurdu. İndi səhərə çörək almağa millət pul tapmır.
Səxavət Əliyev: 1548-də Osmanlı Azərbaycana nəyə gəlmişdisə, 1918-də də Nuru paşa ona gəlmişdi. Cəhənnəm olub gedəndə də hər yerdə qırğınlar törətdilər. Yalandan ermənidən əjdaha qayırmayın.
Cəmil Şirvanov: Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər cəmi 67 ali təhsilli var idi. Hansı ziyalı təbəqəsinun məhvindən danışırsız?
Ceyhun Mirzəyev: Bu gün Azərbaycan modeli sırf Türkiyəni təkrarlayır. Türkiyədəki mövcud iyrənc yaşam tərzi bizə birbaşa təsir edir.
Fərhad Həsənzadə: Rus çarığı atıb, qaloş geyindirib buna, kaloşu atdırıb, tufli geyindirib. Pinə içində şalvarını atdırıb troyka kastyum, qalstuk geyindirib. Bu nankor qayıdıb deyir ki, imperiya bizi məhv elədi! Yaxşı, imperiya çıxıb getdi, səni tək qoydu, indi niyə pis günə düşmüsən, qul bazarında sülənirsən? Üzün gəlmir gedib o imperiyadan üzr istəyib deyəsən qayıt gəl, uşaqlarımı saxla, necə ki məni saxlayırdın... Ay dəli, bambılı, bədbəxt!!! Çox qulaq asmısan Türkiyənin cəsuslarına, onlar səni boş nağıllarla aldatdı! İndi öl, çabala, 250 manatlıq işi sənə 6 min manat rüşvətə verib, heç qarantiya da saxlamırlar ki, daimi işləyəcəksən, ya yox. Sənə bu da azdı, nankor!
İlkin Abbas: Sovet vaxtı İki babam ikisi də yetim olub, təkbaşına dövlət işində işləyib ev tikdiriblər, ailə qurublar, maşın alıblar. Bəy kefində də uşaqlarını böyüdüblər- nə az nə çox, hər biri 6 uşaq böyüdüb. Xülasə, onların o vaxt tikdirdiyi evi biz indi heç remont etdirə bilmirik. Bir maşın kreditlə götürüb, heç kreditini verə bilmirik! Dövlət işi yoxdu, olsa da maaşı işıqpulunu, qazpulunu zorla ödəyir. Məcbursan şəxsi bir iş qurasan, o da ki ölkə iqtisadiyyatı nə gündədirsə, ziyan etməyə məhkumsan.
Elman Məmmədov: Qaradağ metalkonstruksiyalar zavodu 9-cu aya keçir, maaşları vermirlər işdən çıxarılmağımıza baxmayaraq. Bunlar ancaq belə zavodlar tikə bilər.
Hacı Qüdsi: Bir hadisə göstərsinlər ki SSRİ vətəndaşına kölə deyilib. Amma ANS kanalında Vahidə intervü verən İsrail səfiri Heydərin vaxtında dedi ki, Azərbaycan xalqı bizim köləmizdir. Heç etiraz edən də olmadı.
Vüsal Həsənəli: Mənə görə sovet təhsil sistemi dünyada ən qüdrətli və ən möhkəm sistem idi. Biz nə öyrəndiksə o dönəmlərdə öyrəndik. Soyuq müharibə dövründə Sovet məktəbinin məqsədi gələcək üçün güclü və işıqlı beyinlər yetişdirmək idi. Məktəb təmiz ruhiyyəli insanların məbədinə çevrilmişdi.
Dadaş Vəliyev: Putinin çox gözəl, bacarıqlı və dünya liderlərinin psixologiyasından xəbərdar olan bir komandası var. Bu da Onun ən böyük nailiyyətidir.
Afiq Əliyev: Suriyanın ABŞ tərəfindən vurulmasına sevinən tərəf bircə Türkiyə oldu. Kül başına belə qonşu! Sənin və regiona dartıb gətirdiyin psixlərin əlindən İraq və Suriya neçə illərdir əziyyət çəkir.
Samir Tağıyev: Zehniyyəti xəstə Avropa gəlib bizə qanun dürüstlüyündən, insan haqlarından danışır.
Məhəmməd Nardarani: Sivaşdan bu yana olan bütün torpaqlar türkmanlara aiddir, çünki oralarda hələ də Şah İsmayılın ətri var.
İlkin Nəcəfov: Çox təqdirəlayiq haldır ki, artıq kütləvi psixoza meyllənməyən insanlar sionistlərin birbaşa nəzarətində olan KİV-lərin yalanlarına uymurlar. Çörəyi Qərbdən çıxan siyasətçilərin “Əsədin əhaliyə qarşı İdlibdə kimyəvi silah istifadə etməsi” kimi haray-şivən dolu statuslarının altında, belə gülünc iddianı bıçaq kimi kəsən rəyləri, psevdosiyasilərin bu rəylər müqabilində “quzuların səssizliyi” və ya hıqqanmaqlarını oxuyanda xüsusi zövq alıram. Müqavimət mütləq olmalıdır.
Əkrəm Məlikov: Ermənistandan və DQMV-dən gələn bütün soydaşlarımızın hamısı diplomu saxta yolla alıblar. Buna əyani sübut mənim kürd qonşularımdı. Kamaz sürücüləri, ot satanlar, qoyun otaranlar hamısı BDU-nun məzunlarıdır.
Elçin Məmmədov: Get-gedə lap pis günə düşəcəyik. Çünki irəli apara bilən insanlara şərait yaratmırlar, onlar da ölüb gedəndən sonra irəli apara bilən nəsil yetişməyəcək, çünki nə təhsil var, nə də vətənpərvərlik. Otur bu dünyadan gedəcəyin günü gözlə, vay gələcək nəsilin halına!
Ceyhun Salahov: Gəncədə bütün pensionerlər əllərində pensiya kartı düşüblər idarələrin canına, təkrar qeydiyyatdan keçirlər, hamısının da dilində qarğış. Bir qoca arvad deyir ruslar gəlib bizi işğal eləsəydi canımız qurtarardı bu zülmlərdən.
Könul Səid: İndi eşq-meşq zamanı yox, xalqa dəstək və güc verməkdir.
Adil Hüseynoğlu: Türkiyəlilərin ən axmaq adamı bizim üçün qəhrəman sayılır. Axı abilərmizdilər. Məsələn, Sultan Səlim, Fətullah Gülən, Ərdoğan və sairə.
Ruslan İslamzadə: Millətçiləri sevməm, ziddi-vilayətçiləri yola verərəm. Bir də var millətçi ziddoşlar. Bax bunlar fitnə əhlidirlər. Vahhabilərə nifrət edərəm, amma ən qansızları millətçi sələfilərdir, bunlar da fitnə əhlidirlər. Ateistlər murdardırlar, amma millətçi ateistlər ən murdarlarıdır, bunlar fitnə əhlinin başı, müsəlmanların ən böyük düşmənləridirlər.
İbrahim İmanlı: Assimilyasiya zorla olmur. Mədəniyyətdə, elmdə güclü olan xalqın içində zəif assimiliyasiya olur- hansı xalq hansının toqrpağını zəbt etməsindən asılı olmayaraq... Monqol-tatarlar 300 il Rusiyanı qul etdi, nəticədə özləri assimilyasiya olundu. Səlcuqların sarayında rəsmi dil fars dili olduğunu bilirdinizmi?
Əhməd Rəhmanov: Ay brat, istəyirsən göyə cıx, istəyirsən yerə gir, nə qədər ki, sənin evin Mingəçevirdən gələn elektrikin köməyi ilə İlic lampası ilə işıqlandırılır, Şura hökumətinin xəcalətindən çıxa bilməyəcəksən. Şura hökumətindən xoşun gəlmirsə, birinci onu dövründə aldıgın diplomu cır, işıgı söndür, yeni kursla roddumun və institutun pulunu və sənə verdiyi Xruşovkanın pulunu apar qoy Lenin rəhmətliyin qəbrinin üstünə, ondan sonra deyərəm ki, oldun pak...)))

30.10.2017

ABŞ əsgərlərinin başına çuval keçirən türklər cəzalandırıldı

İstanbulda 2 Amerika əsgərinin başına çuval keçirilməsi ilə əlaqədar keçirilən məhkəmə prosesi başa çatıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Gənclik Birliyinin (TGB) 13 üzvünün mühakimə olunduğu prosesdə qərar açıqlanıb.
Məhkəmə 5 şübhəlini 4 min lirə (təxminən 1350 dollar) cərimə ödəməyə məhkum edib.
Xatırladaq ki, 2003-cü il iyulun 4-də Amerika əsgərləri İraqın Süleymaniyyə şəhərində Türkiyə zabitlərinin olduğu qərargaha basqın təşkil edib. Amerika əsgərləri türk əsgərlərinin başlarına çuval keçirib onları Bağdada aparıb. Buna cavab olaraq 2014-cü ildə Türkiyə Gənclik Birliyinin (TGB) üzvləri İstanbulda ABŞ əsgərlərinin başına çuval keçirmişdilər.

Amerikanlar türk əsgərlərinin başına çuval keçirdilər

ABŞ əsgərləri İraqın şimalındakı türk xüsusi təyinatlılarının bazasına hücum etmişlər və 11 türk əsgərini əsir götürmüşlər. Türk həbrçilərinin başlarına çuval keçirilmiş və onlar əlləri bağlı şəkildə ABŞ-ın Kərkükdəki hərbi hissəsinə gətirilmişlər.
Həbs zamanı türk əsgərləri heç bir müqavimət göstərməmişlər. Onların avtomatları, qranatları, zirehli gödəkçələri və gecəgörmə cihazları müsadirə olunmuşdur. Jurnalistlərə açıqlama verən ABŞ ordusunun polkovniki Bill Meyvill bildirmişdir ki, türk əsgərləri regionda situasiyanı destabilizasiya etmək üçün İraq girmişlər: "Onlar bura bəd əməllər törətmək üçün gəlmişlər".
Türkiyə Baş Naziri Rəcəb Təyyub Ərdoğan tələb etmişdir ki, amerikanlar türk əsgərlərini təcili surətdə azad etsinlər. Türkiyə Xarici İşləri Naziri Abdulla Gül bildirmişdir ki, Türkiyə əsgərləri əmin-amanlığı qorumaq üçün İraq göndərilmişlər. Ankaradakı ABŞ səfirliyinin nümayəndəsi Robert Deyç demişdir ki, diplomatlar "yaranmış problemi mümkün qədər tez bir zamanda həll etməyə çalışırlar".
Türk xüsusi təyinatlılarının həbsinin səhəri günü Türkiyə öz qoşunlarını İraqla sərhəddən geri çəkməyə başlamışdır. Mexanikləşdirilmiş türk hərbi birləşmələri düşərgələrini sökmüş və dislokasiya ərazisini tərk etmişlər.

26.10.2017

Qambay Məmmədov - Heydər Əliyev münaqişəsi

“Respublikada işlərə yaxşı bələd olduğuma görə hər yerdə təriflənən nailiyyətlərin doğruluğuna şübhə edirəm. Əminəm ki, Azərbaycana bütün mükafatlar respublikada işlərin əsl vəziyyəti qabaqcadan yoxlanılmadan verilib”. Hökumətin iclaslarından birində Baş prokuror Zakir Qaralovun prezident İlham Əliyevə üzünü tutub belə bir çıxış eləməsini təsəvvür edə bilərsinizmi? Təxminən 30 il əvvəl, ötən əsrin 70-ci illərində o vaxtkı respublika prokuroru bu sözləri 1-ci katibin üzünə deyib.
1978-ci ildə Ali Sovetin sessiyasında çıxış edənlər Azərbaycan KP MK-nın 1-ci katibi Heydər Əliyevi “millət atası” adlandırır. Baş prokuror deputat Qambay Məmmədov replika üçün söz istəyir, ancaq sessiyaya sədrlik edən xalq şairi Süleyman Rüstəm ona söz vermir. Bu vaxt Qambay Məmmədov tribunaya çıxıb bildirir ki, respublika prokuroru kimi ölkə rəhbərliyinə kənd təsərrüfatı və sənaye sahəsində dövlət əleyhinə irimiqyaslı əməllər barədə dəfələrlə məlumat verib, ancaq tədbir görülməyib. KP MK Büro üzvlərinin, Təftiş Komissiyasının sədrinin qəbuluna da düşmək istəyib. O göstəricilərin şişirdilməsinə- “pripiska”ya etiraz edib: “Lakin məni əslində heç kəs qəbul etməmişdir. Respublikada işlərin vəziyyətinə yaxşı bələd olduğuma görə hər yerdə təriflənən nailiyyətlərin doğruluğuna şübhə edirəm. Əminəm ki, Azərbaycana bütün mükafatlar respublikada işlərin əsl vəziyyəti qabaqcadan yoxlanılmadan verilib”.
Nadir Ağayev “Fəlakətlərimizin baiskarı” kitabında yazır ki, həmin sessiyada Q.Məmmədovu susdurmaq üçün 17 deputat çıxış edib. Çıxışçılar Mərkəzi Statistika Komitəsinin məlumatına şübhəylə yanaşmağı “fitnəkarlıq” adlandırıblar. Komitənin sədri S.Abbasəliyev deyib ki, rəqəmlərin şişirdilməsinə qətiyyən yol vermirlər: “Rəqəmlərin dəqiqliyi məsələsində birinci dayağımız Heydər Əliyeviç Əliyev yoldaşdır”. Bu çıxışdan sonra Heydər Əliyev əsəbiləşib, tədbiri tələsik yekunlaşdırıb. Vəziyyəti gərginləşdirən həm də plenumda Kremldən gəlmiş şəxslərin iştirakı idi.
Bu çıxışdan sonra Qambay Məmmədovun işini yoxlamaq üçün SSRİ Prokurorluğundan komissiya gəlib. Onu prokurorluğu partiyaya qarşı qoymaqda ittiham ediblər. Vəzifəsindən, üç ildən sonra partiyadan çıxarıblar. Ancaq komissiya xırda pozuntulardan başqa bir şey tapa bilmədiyindən Q.Məmmədov barəsində 124 epizodluq cinayət işinə xitam verilir. 
Qambay Məmmədovdan sonra prokurorluğun iki idarə müdiri- İbrahim Babayev və İsgəndər Quliyev dövlət əmlakını mənimsəməkdə ittiham olunur, barələrində ölüm hökmü çıxarılır və hər ikisi güllələnir. “Kommunist” qəzetinin 1988-ci il 252-ci sayında qəzetin əməkdaşı Rəfail Nağıyev “Qərəz çaşqınlığı” başlıqlı məqalədə Qambay Məmmədovun qohumlarının məruz qaldığı repressiyalardan yazıb. Müəllifə görə, məşhur çıxışdan sonra Q.Məmmədovun qohumları bir-birinin ardınca vəzifədən çıxarılıb, bəzilərinə cinayət işi açılıb. Bacısının əri Vəli Əliyevi tutub, 12 il cəza kəsiblər, yeddi il yatandan sonra dünyasını dəyişib. Rafael Nağıyev yazırdı ki, Qambay Məmmədovun təqribən 20 qohumunu repressiyaya məruz qoyublar.
Bəzi mənbələr Qambay Məmmədov - Heydər Əliyev münaqişəsinin daha dərin olduğunu iddia edir. Q.Məmmədovdan əvvəl Respublika prokuroru vəzifəsi H.Əliyevə təklif olunubmuş, ancaq sonuncu imtina edib. Həmin vaxt Q.Məmmədov KQB-də istintaq idarəsinin, H.Əliyev əks-kəşfiyyat idarəsinin rəisi olub. H.Əliyev hüquq təhsili almadığını deyərək respublika prokurorluğundan imtina edəndən sonra Q.Məmmədov həmin vəzifəyə təyin olunub. Heydər Əliyevsə 1969-da 1-ci katib kürsüsünə gətirilib. Hərçənd Qambay Məmmədovun 2-ci Dünya müharibəsində Stalinqrad döyüşlərində iştirakı, qəhrəmanlıq göstərməsi onun üstünlüyü sayılırdı.
Qambay Məmmədovun məşhur çıxışından bir neçə gün sonra Gürcüstana, ordan Leninqrada getdiyi bildirilir. Bəzi məlumatlara görə, o bir müddət Leninqrad şəhər Partiya Komitəsinin 1-ci katibi, o vaxtlar Heydər Əliyevlə kəskin münaqişədə olan Romanova sığınır. Qambay Məmmədov rus mətbuatına müsahibələrindən birində deyirdi ki, diabet xəstəsi olduğundan Bakıda onu nə gözlədiyini bilirdi. Çıxışından dərhal sonra insulin vurdurduğu xəstəxanaya ona tibbi xidmət göstərməyi qadağan edirlər. Bundan sonra iynələrini başqa yerdə vurdurub ölkəni tərk edir. Keçmiş prokuror 80-ci illərdə “Literaturnaya qazeta”ya şikayət göndərir, Azərbaycan rəhbərliyinin işinin araşdırılmasını istəyir. Ancaq Bakıya gələn komissiyalar heç nə tapmırlar. Komissiyanın rəhbəri gələcəkləri barədə məlumatı əvvəlcədən Heydər Əliyevə çatdırdığından, arxivlərdən onun haqqında materiallar yığışdırılır.
Arkadi Vaksberq 1988-ci ildə “Literaturnaya qazeta”da həmin illərdə Qambay Məmmədovla Bakıda görüşdüyünü yazır. Yazır ki, Qambay artıq öz vətənində qorxmadan yaşayırdı, ancaq hələ də partiyada deyildi, xəstəhal görünsə də, döyüşçü əzmi qalırdı. Hüquqşünas Əyyub Kərimov deyir ki, 1990-cı ilin parlament seçkilərində Qambay Məmmədov namizədliyini Ağdamdan verib. “Ədalət” qəzetində şöbə müdiri işləyən Əyyub Kərimov Qambay Məmmədovun platforması çap olunmuş qəzet nüsxələri ilə rayona gedirmiş, elə qatarda da onunla rastlaşıb: “Qatarda mən Qambay Məmmədovdan soruşdum ki, niyə siz prokuror olduz? Siz o zaman başqa şöbənin işiylə bağlı istintaq aparmışdınızmı? O isə cavab vermirdi. Belə başa düşdüm ki, mübahisələri daha əvvəl olub”.
Dissident Nadir Ağayev də 1990-cı illərdə Bakı bulvarında Qambay Məmmədovla görüşünü xatırlayır. Onun dediyinə görə, keçmiş prokurorun dövrünün şişirdilmiş rəqəmlərindən narazılığı hələ də qalıbmış...
Qambay Məmmədovun 1990-cı illərdə Bakıda vəfat etdiyini öyrənsək də, tarixini dəqiqləşdirə bilmədik. 
Dissident Nadir Ağayev deyir ki, Qambay Məmmədov 1978-ci ildəki çıxışını məhz Leninqradın 1-ci katibi Romanova arxayın olduğu üçün edib. Əksər siyasətşünaslarsa bu fikirdədir ki, keçmiş prokuror sıradan adam olmayıb, ancaq ondan mif düzəltmək də lazım deyil.
Bu yazını hazırlayarkən Qambay Məmmədovun Bakıda yaşayan yaxın qohumlarını, onunla vaxtilə bir yerdə işləmiş adamları tapdıq. Ancaq nə yaxın qohumları, nə də keçmiş həmkarları Q.Məmmədov barədə xatirələrini bölüşmək istəmədilər. Hətta onlar bircə dəfə də olsun “Qambay” sözünü işlətmədilər, sadəcə bu barədə danışmaqdan qəti imtina etdilər. Elə bil ki, onlara ya Qambay Məmmədov barədə danışmaq qadağan edilib, ya da özləri könüllü bundan imtina ediblər...

azadliq.org

25.10.2017

ВЫХОД МЕХРИБАН АЛИЕВОЙ?

Исмаил Шабанов
член комиссии Совета при Президенте РФ, президент РОО "Талышская диаспора"

До новых президентских выборов в Азербайджане остался всего лишь год. Безусловно, эти выборы пройдут в очень тяжёлой внешней и внутренней политической обстановке для властей. Разумеется, что многие силы уже строят планы насчёт намечающихся выборов, начали готовиться к ней, и первым делом сама Бакинская власть. Ильхам Алиев за всё время своего правления, к которому следует прибавить и десять лет нахождения у руля власти Гейдара Алиева, истратил полностью свои возможности для манёвров, как внутри страны, так и за её пределами. Правящие круги в Баку дают себе отчёт, что новый срок Алиева только прибавит накопившихся проблем, и настало время что-то менять. Но вот тут именно на верхах существуют серьёзное расхождение взглядов.
Ясно, что любой новый правитель будет вынужден отойти от линии отца-основателя режима Гейдара Алиева, так как эта линия привела к тупику, как внутри страны, так и во внешних отношениях. Придётся отойти и от радикальной позиции Ильхама Алиева в карабахском вопросе, которая никаких ощутимых результатов не дала, и начала работать против самой алиевской власти.
Прекрасно осознаёт сложившуюся ситуацию сам Алиев тоже, и понимает, что политическое наследство его отца и самого подлежит постепенному забвению, но может случиться так, если новым правителем станет кто-то не из семьи, то другой кто нибудь, ради своего личного выживания, и выживания новой команды, может сдать не только всё алиевское политическое наследие, но и саму семью Алиевых. Поэтому, ради безопасности своих детей, сам Алиев заинтересован в передаче президентского кресла своей супруге Мехрибан Алиевой (Пашаевой), для чего собственно и созданы возможности последних лет для неё, вплоть официального привода её на позиции второго человека в стране - первого вице-президента.
Но такому стечению обстоятельств сильно противится курдский (нахичевано-ермэнистанский) клан, во главе с Рамизом Мехтиевым и иже. Данный клан за все годы правления Алиева-старшего, начиная с советских времён, являлась его главной властной опорой, выходцами из которого являются сами Алиевы. Указанный клан всё ещё держит в руках огромные управленческие и материальные ресурсы, вернее, они почти полностью контролируют силовые министерства и административно-управленческий аппарат. И по некоторым информациям, если дела пойдут по нежелательным для них последствиям, то они готовятся дать серьёзный бой сторонницам первой леди.
Так уж традиционно сложилось, что главного претендента властей на президентское кресло (до этого были только отец и сын Алиевы) объявляет не сама единолично властвующая Партия Нового Азербайджана, а какие-то энтузиасты и активисты. В случае с Гейдаром Алиевым это был "комитет 91", которую создали 91 представителей "интеллигенции", а ради Ильхама Алиева первыми в бой рвалась молодёжная организация "Илхамла ирэли" (Вперёд с Ильхамом). В президентских выборах 2013-го года, насчёт кандидатуры Мехрибан Алиевой, почву зондировала на спешку организованная Партия Демократический Мир Азербайджана. Но впоследствии, под давлением нахичеванского клана, зачинщики данной затеи отказались от своей идеи, подставив, как козлов отпущения, другую группировку в партии, а правоохранительные органы начали проверку деятельности партии, заявив, что некоторые члены этой партии получали инструкции у российских и иранских спецслужб.
Ныне, на надобность выдвижения кандидатуры Мехрибан Алиевой в последнее время делал намёки первый, и единственный законно-избранный, президент Азербайджана Аяз Муталибов, но первым, кто публично, и во всеуслышание сделал такой заявление стал Хаджи Абдуль, известный в стране религиозный деятель, глава мечети имени Имама Хусейна (а.с.) и председатель общества "Товбэ" (Покаяние). 21-го октября, на мероприятие организованном в пятничной мечети, старого, крепостного города Баку, он призвал Мехрибан Алиеву баллотировать в предстоящих выборах, и если она даст на это согласие, то они, во главе с председателем ДУМК шейхуль-исламом Аллахшюкюром Пашазаде, поддержат её кандидатуру. Справедливости ради надо заметить, что Хаджи Абдюль с начала текущего года время от времени делает заявления такого рода. Он являлся одним из ярых сторонников вышеназванного Аяза Муталибова, в годы его правления.
Отметим, что, на данный момент, мечеть, главой которого он является, ремонтируется на средства из Фонда Гейдара Алиева, руководит которым Мехрибан Алиева, и весьма возможно данное мероприятие с трапезой для прихожан мечети тоже было профинансировано из этого фонда.  Разумеется, что такое заявление Хаджи Абдуля не последовало, если бы он чётко не знал о настроениях самого Шейха, прекрасно осведомлённого о подковёрной борьбе в высших коридорах власти, и, безусловно, чьи симпатии тоже могут быть на стороне именно госпожи Алиевой, так как у него самого, достаточно личных проблем с Мехтиевым и Ко. Наверное, противники тоже, будучи осведомлены, что первый выстрел может последовать именно из стана Шейха, с начальных дней октября приступили к психологической и информационной войне против него, тиражируя правдивые, или же выдуманные компрометирующие материалы против него.
С одной стороны выглядит забавно, что кандидатуру Мехрибан Алиевой заявляют из лагеря верующих, так как жизненный образ и её выход на свет противоположны тому моральному облику, которую должна иметь мусульманская женщина, она в этом даст сто вперёд даже многим представительницам западного мира. Но разбирающиеся в азербайджанских реалиях люди знают, что, ни Аллахшюкюр Пашазаде не является радетелем за исламские ценности внутри страны, ни Бакинский истеблишмент никакого отношения к истинному исламу и мусульманству не имеет, это всего лишь очередная игровая карта в их колоде. Что касается самой верующей массы, то для них хоть мехтиевцы, хоть пашаевцы, хоть другая властная группировка, все одного поля ягодки, даже можно сказать моральные уроды. Но тут, опять же, начинает играть роль региональный, клановый фактор.
Пашаевы косят под бакинцев, которые имеют родственные и близкие связи с талышами и гянджинцами, и стараются опереться именно на этот Ширвано-Талышо-Гянджинский электорат, а это более 70% населения Азербайджана, которые презирают курдский трайб, и именно из-за этих настроений могут поддержать Мехрибан Алиеву. Конечно же, многочисленность электорального фактора это сильная сторона госпожи Алиевой, но народ за все годы пресловутой "независимости", в этом базаре под названием республика, ничего не решал. Всё главным образом зависит от воли мировых центров силы, и самих ходов властных элит.
Зная это, Мехрибан Алиева и её сторонники, начали в последние времена посылать явные сигналы региональным, да и другим акторам, а главным образом России, что готовы учитывать все её национальные интересы, и тог далее... Прекрасно понимая, что в этих выборах решающую роль будет иметь именно позиция России, а договорённость между Москвой и Вашингтоном в сложившейся международной обстановке трудно достижима, госпожа Алиева старается в первую очередь своими месажами задобрить Кремль.
Ну, и, конечно же, огромную роль будут играть политические способности самой Алиевой и её команды, сможет ли она переиграть курдский клан. Ведь никому не секрет, что Мехтиев очень хитрый игрок, со скопленным в руках огромным административно-управленческим аппаратом, с которым пока что Алиева справляется именно благодаря позиции своего мужа. Приведу всего лишь один пример...
Раз уж мы затронули тему верующих и региональный расклад, то стоит отметить, что именно в тех регионах, на которую в электоральном плане собираются опереться госпожа Алиева и Ко, идёт мощное давление на религию, и репрессии против верующих, а используя агентурную сеть административных и силовых структур, данные действия населению подаются, как указания Мехрибан Алиевой, порождая гнев именно против неё. Это ей не выгодно, но она с этим не может ничего сделать. То есть, оставшись один на один с Мехтиевым, без своего покровителя-мужа, ей будет весьма тяжело справиться с этим "серым кардиналом" курдского трайба.
Подковёрная борьба и грызня в верхних эшелонах Бакинской власти идёт полным ходом, но противоборствующие группировки стараются, чтобы информация о ней не очень-то просочилась в СМИ, так как понимают, что это может сыграть против всех, но всё же устраивают провокации друг против друга, и стараются давать сигналы своим сторонникам и заинтересованным внешним игрокам. Смогут ли они в конце договориться, и опять поделить властные полномочия, или же одной из противоборствующих сторон всё же придётся уйти с политической сцены? Ответ на этот вопрос не за горами. Ясно лишь одно, господствующая за все последние годы внешне и внутриполитическая линия даёт последние вздохи, которые могут закончиться вместе с этим базаром.
Конечно же, у Ильхама Алиева остаётся и последний вариант, пойти ва-банк, и начать широкомасштабную войну в Карабахе, но это слишком рискованный вариант, и может положить конец всему, и слишком быстро. Вряд ли на этот раз Алиеву простят такую провокацию.
И под конец... В последнее время начали муссировать слухи, что, для участия в выборах, может вернуться из США известный представитель курдского клана нахичеванцев Расул Гулиев, который, в первые годы после возвращения к власти Гейдара Алиева, занимал второй пост во власти (до конституционных реформ), являясь председателем парламента. За годы нахождения в эмиграции, он отождествлял себя с прозападной пантюркистской оппозицией, при этом сам не скрывая, что всё ещё имеет много сторонников во властных структурах, с которыми держит связь. Означает ли это понимание курдским кланом ситуации, что они уступают Мехрибан Алиевой по численности электората, на которую могут опереться, и, сделав ставку на Расула Гулиева хотят перетащить прозападную пантюркистскую оппозицию в свою сторону, покажет ближайшее время.

iarex.ru

24.10.2017

В Академии наук Азербайджана обсуждают развал России по «языковому вопросу»

Намерение федерального Центра сделать изучение национальных языков в республиках России исключительно добровольным, как и ожидалось, встретило мощное противодействие. Застрельщиком, как и ожидалось, выступил Татарстан. Позицию защитников татарского языка от «имперской дискриминации» красноречиво озвучил в конце сентября активист националистического объединения «Азатлык» Фаниль Гилязов. По мнению Гилязова, в федеральном законе «Об образовании» не сказано, что национальные языки должны изучаться в России только добровольно. Позиция «Азатлыка» в этом плане созвучна курсу вице-премьера и министра образования Татарстана Энгеля Фаттахова.
Осудили языковой курс Владимира Путина и националисты в Башкирии. Глава исполкома Всемирного курултая башкир Амир Ишемгулов, встречаясь 16 октября с прокурором республики Андреем Назаровым, заявил: русскоязычному населению Башкирии было бы полезно изучать башкирский так, как русские дети изучают в соседнем регионе татарский язык. «Давно доказано медицинской наукой, что знание нескольких языков улучшает работу и развитие обоих полушарий мозга, — обосновал свою позицию Ишемгулов. — Людям, знающим башкирский язык, также легче освоить многие иностранные языки, например, английский и немецкий, так как в них есть общие буквы с башкирским языком, например, буква „h“, которую трудно произносить, не зная башкирского языка. Люди, которые с перспективой смотрят в будущее, прекрасно понимают значение башкирского языка, который относится к тюркской группе языков, для международных взаимоотношений».
Не остались в стороне националистические активисты из другого тюркского региона — Чувашии. 21 октября глава Чувашии Михаил Игнатьев получил грозное письмо от чувашской национальной организации «Иреклех» с требованием не допустить «дискриминации чувашского языка».
Национальные (точнее, националистические) чувашские объединения по языковому вопросу в регионе намерены идти тем же курсом, что и Всемирный конгресс татар и Всемирный курултай башкир. «Дискриминацию» чувашского языка в России будут обсуждать 28 октября в Чебоксарах, на заседании Чувашского национального конгресса.
Защитники «ущемляемых» нацязыков из Поволжья получают поддержку и из нетюркских регионов. О том, что языки регионов России должны быть обязательны для обучения наравне с русским, высказались осенью кумыкские и лезгинские активисты из Дагестана, представители черкесских общественных организаций Краснодарского края, общественные деятели из Якутии, Коми и т. д.
Одним словом, июльское заседание в Йошкар-Оле, где президент России Владимир Путин призвал положить конец антиконституционным и русофобским тенденциям в образовательной сфере нацрегионов, стало историческим. Против намерений Москвы выступают не только «отечественные» защитники региональных суверенитетов. Поднявшуюся на языковой теме антипутинскую националистическую волну более чем положительно оценили в научных и политических кругах Азербайджана.
В октябре на ресурсе азербайджанской партии Yeni Musavat Bastainfo вышла статья под более чем красноречивым заголовком «Путь к ослаблению России — развитие внутри нее пантуранистских идей».
Автор статьи, сотрудница Института философии Национальной академии наук Азербайджана (НАНА) Ясемен Гарагоюнлу, заявила, что выражает полную поддержку «языковым» выступлениям националистов в Татарстане и Башкирии. «Считаю, что независимые тюркские государства должны поддерживать эти митинги и требования, — пишет Гарагоюнлу. — У тюркских государств должны быть образовательные, языковые, культурные, и информационные программы для тюркских субъектов Российской Федерации. Турция и Азербайджан должны держать российских тюрок в своей культурной орбите».
Тут же ученая поясняет, зачем Баку и Анкаре надо оказывать благодеяния российским татарам, башкирам, карачаевцам и другим тюркам России: «Чтобы они не обрусели и не ассимилировались». Госпожа Гарагоюнлу, следуя шаблону классического наследия пантюркистов, называет исторический опыт мирного сосуществования русских и тюрок внутри России «геноцидом тюрок». По словам сотрудницы НАНА, в последние 300 лет на Северном и Южном Кавказе Россия только и делала, что проводила геноциды и этнические чистки среди тюркского населения.
«На тюркских землях на западе Азербайджана была создана Армения, а также была уничтожена тюркская полоса, проходящая с Кавказа до Черного моря и соединяющая Кавказ с Османской империей». Под «тюркским» коридором из Кавказа в Блистательную Порту Гарагоюнлу имеет в виду… нынешние Краснодарский край, Абхазию, Южную Осетию и Грузию. «Батум был центром выхода кавказских тюрок через Черное море в Европу, на этой полосе были Ахалкалаки, Месхетия (регион проживания турок-месхетинцев — EADaily). Россия разорвала эту этническо-географическо- культурную нить, сформировав на Кавказе христианскую доминанту в лице грузин и армян, предотвратила интеграцию османов на Кавказ и в регион Идель-Урал (Поволжье — EADaily)».
Посыпая щедрой рукой соль на раны российских пантюркистов, Гарагоюнлу рассказывает фантастические вещи: «Во время подготовки плана захвата Кавказа и Средней Азии Петр Первый спросил у панславянистских ученых, как можно захватить эти территории, с чего нужно начинать? Панславянисты ответили, что нужно разделить единый тюркский язык на отдельные говоры для того, чтобы создавать новые народы и расколоть тюркскую идентичность. И сегодня русские реализуют эту программу для того, чтобы обрусить, охристианить, ассимилировать тюркскую географию. Эта политика направлена на то, чтобы путем обрусения-охристианизации и размещения этнических христиан в тюркских географиях создавать демографический дисбаланс и в итоге уменьшать численность тюрок».
Этот образчик русофобского мифотворчества, рожденный сознанием представительницы гуманитарной академической сферы Баку, можно было бы счесть вариацией на тему любимого татарскими «национал-патриотами» мифа про то, как стрельцы Ивана Грозного под угрозой смерти заставляли казанских татар принимать крещение. Этот миф, как и другие вариации на его тему, теперь практически безобиден. У адекватных татар пантюркисткие легенды о взятии Казани вызывают в лучшем случае смех, в худшем раздражение. Но Ясемен Гарагоюнлу не берет пантюркистские нарративы в их голом виде, а задает им вектор актуального политического развития. «Нынешняя Российская Федерация симбиоз славянских и тюркских народов. В России собраны две альтернативные цивилизации и культуры: русско-славянская, христианская, православная и тюркско-мусульманская. Значит для того, чтобы развалить, ослабить Россию нужно воспользоваться линией разрыва этих двух культур. В Российской Федерации существует автономные тюркские государства — Татарстан, Башкортостан, Алтайская Республика, Тува, Карачаево-Черкесия, Хакасия, Кабардино-Балкария, Саха, Чувашия, Крым, Гагаузия, Каракалпакстан (так в тексте — EADaily). Россия знает, что существование тюркских автономий является линией разрыва, и Россия развалится именно из этой линии. Нынешняя Россия сформирована путем захвата Золотой Орды. Судьба, будущее, и вообще существование России, которая является хозяином огромных территорий Евразии, зависит от восстания и политической воли тюркских народов, которые живут под игом России». Тюрки России, по мнению Гарагоюнлу, сейчас переживают небывалый пассионарный подъем и хотят покинуть «тюрьму народов». Чтобы не распасться как СССР, Россия «осуществляет силовое насаждение русского языка и культуры в тюркских субъектах».
Материал госпожи Гарагоюнлу выглядит довольно грозно. Но в тексте бакинской ученой есть моменты, которые невозможно воспринимать без смеха. Описывая идущую с царских времен «геноциидальную» политику России по отношению к тюркам Поволжья и Кавказа, Гарагоюнлу называет ее «доктриной Ильминского-Толстова». Ильминский, скорее всего, это Николай Иванович Ильминский (1822−1891) — востоковед и просветитель народов Поволжья, переведший на кряшенский язык Евангелие и Псалтирь. В конце жизни Ильминский писал Константину Победоносцеву о том, что набирающие силу в Поволжье пантюркисты стремятся загнать никогда не знавших ислама кряшен в ислам, а оттуда — в татарскую нацию и «теплую» общетюркскую семью.
С Толстовым, который по словам Гарагоюнлу, осуществлял геноцид тюрок на Кавказе, получилось куда смешнее, чем с Ильминским. Сергей Павлович Толстов (1907−1976) — известный советский археолог, специалист по древним государствам Средней Азии. Но вполне возможно, что сотрудница азербайджанской Академии наук Гарагоюнлу записала в «архитекторы геноцида тюрок на Кавказе» не выдающегося советского историка, а его родню. Генерал от кавалерии Сергей Толстой, дед востоковеда, участвовал в русско-турецкой войне 1878−1879 годов, с 1900 по 1905 годы был наказным атаманом Терского казачьего войска. Одним словом, пример верной службы своему Отечеству и никаких признаков того, что Сергей Евлампиевич Толстов когда-то кого-то мог подвергать геноциду. Пантюркисты разве что могут зацепиться за то, что казачий сотник Сергей Толстов в 1873 году принимал участие во взятии Хивы. Но по словам Гарагоюнлу, Толстов «геноцидил» тюрок не в Средней Азии, а на Кавказе! Так и хочется спросить госпожу Гарагоюнлу: если она имела в виду Толстова-деда, не причислила ли она Хивинское ханство к «исторически разделенному» в XIX—XX вв.еках «Великому Азербайджану»? Хотя госпожа ученая могла иметь в виду не Толстова, а Толстого. Интересно, какого. Самый известный в мире представитель фамилии Толстых, он же автор «Войны и мира», в молодости воевал на Кавказе. Другое дело, что Лев Николаевич Толстой горцев не «геноцидил», а даже восхищался ими…
«Российский читатель может воспринять статью Гарагоюнлу как бред сумасшедшего, — сказал EADaily член Совета при президенте России по межнациональным отношениям Исмаил Шабанов, председатель общественной организации «Талышская диаспора России». — Но сумасшедших в Институте философии Академии наук Азербайджана не держат. Свой материал, направленный в поддержку идущих против Владимира Путина российских национал-сепаратистов, Гарагоюнлу писала в более чем здравом рассудке. Ясемен Гарагоюнлу пришла в науку с политической нивы — из молодежной организации партии Yeni Musavat. Четыре года назад Гарагоюнлу призывала международное сообщество обратить внимание на якобы осуществляемый режимом Исламской республики «геноцид» тюрок в Иране. Могу точно сказать, что эти опасные для мирных азербайджанско-иранских отношений деструктивные призывы были согласованы с бакинскими политическими кругами. Как и была согласована увидевшая свет в октябре антироссийская статья Гарагоюнлу, где эта молодая женщина называет «геноцидом тюрок» стремление Владимира Путина защитить русский язык.
Все публичные высказывания азербайджанских ученых проходят предварительную сверку с соответствующими курирующими органами. Институт философии Национальной академии наук Азербайджана курируется главой администрации президента Азербайджана Рамизом Мехтиевым, академиком НАНА. И обратите внимание на следующее. Большая часть принятых в Азербайджане историко-политологических идеологем, где Азербайджану отведено место «жертвы» сговора европейских держав, а азербайджанскому народу — роль разделенной нации, разработаны как раз Рамизом Мехтиевым".

Муса Ибрагимбеков   eadaily.com

21.10.2017

Onsuz da sən məni tapmayacaqsan

Əfrahim Hüseynli

ƏTƏK DEYİL DAŞIN YERİ...

Dərdi-səri duyan yazıq
Gülüb-sevinməyə yasaq...
Günahkarsan, baş açmasaq
Bu dünyanın kələyindən.

Günah olur təlaş, qorxu,
Günahlardan keçməz çoxu. 
Günahını su kimi yu,
Kəsən olsa çörəyindən.

Göz yaşına şahiddi üz,
Göz yaşıdı bu çay, dəniz.
Ölüm doğmadı üzbəüz,
Yaddır gəlsə kürəyindən.

Yerin üstündə vəlisən,
Ağıllısan, ya dəlisən.
Dərd sənindi, çəkməlisən
Dəlib keçsə ürəyindən.

Daş olmaqdan daşın, yeri! 
Ovuc deyil yaşın yeri,
Ətək deyil daşın yeri,
Gəl daşı tək ətəyindən.

ŞAIRLƏR DILINƏ YIYƏLIK ETMIR

Biri deyirdi: «Şairlər dilinə yiyəlik etmir.
Gərək zamanın nəbzini tutasan».

Gedirik, arzular, ümidlər sual,
Günaha, gümana bürünüb bu yol.
Ay günahı olan, ehtiyatlı ol,
Şairlər dilinə yiyəlik etmir.

Bilir günahları mələkdən qabaq,
Şairlər dərd yeyir çörəkdən qabaq
Duyan ürəkdisə, ürəkdən qabaq
Şairlər dilinə yiyəlik etmir.

Varsa bu dünyada hələ taxt acı,
Əyriyə şirindir, düzə taxt acı.
Mərdi axtaran yox, mərddən taxt qaçır, 
Şairlər dilinə yiyəlik etmir.

Diliylə özünə qurub tələ də,
Dərisi soyulub bir vaxt Hələbdə.
Özü öz qəbrini qazır hələ də,
Şairlər dilinə yiyəlik etmir.

Şair hami deyilsən, o dərdi uda,
Şair həkim deyil, o, nəbz tuta.
Yaddaşsız ha deyil, dərdi unuda... 
Şairlər dilinə yiyəlik etmir.

Nadanlar bilmədi yerini, qardaş,
Oxuma hər kəsə şerini, qardaş!
Sən dərdə salıbsan birini, qardaş,
«Şairlər dilinə yiyəlik etmir».

Dünya, əgər haqsan, bu nahaqq nədir?
Günahkar qalıbdı, günahsız gedir.
Şairlər qəlbinə yiyəlik edir,
Şairlər dilinə yiyəlik etmir!

ONSUZ DA SƏN MƏNI TAPMAYACAQSAN

Mənə inanmırdın, mən deyən oldu,
Yollar duman döyən, çən döyən oldu.
Dönmədin, yollar da «dön» deyən oldu,
Onsuz da sən məni tapmayacaqsan.

Sənə yad kimidir doğma şəhər də,
Ürəyin sıxılır bu küçələrdə.
Məni gəzəcəksən axşam, səhər də,
Onsuz da sən məni tapmayacaqsan.

Baxan yox, neyləsin yazıq pəncərə,
Şaxtada, ayazda açıq pəncərə.
Sənə acıq verir, acıq pəncərə...
Onsuz da sən məni tapmayacaqsan. 

Xatirəm ömrünə yazılı qalıb,
Ürəyin gümandan asılı qalıb.
Çiçəklər kollara qısılı qalıb,
Onsuz da sən məni tapmayacaqsan.

Kimə deyəcəksən bu dərdi-səri?
Daha gəlin köçüb rəfiqələrin.
Beləcə oturub açsan səhəri,
Onsuz da sən məni tapmayacaqsan.

Bu necə taledi, bu necə yazı?
Çatıb ömrümüzün sarı payızı.
Döysən, qapımızı açacaq qızım,
Onsuz da sən məni tapmayacaqsan.
Tural Həmid:
-Bir ölkədə bir adam yaşayırmış. Bu adam əvvəlcə hakimiyyəti ələ keçirmək üçün öz vətəndaşını tanklarla üz-üzə qoyaraq siyasi arenaya gəlir. Siyasi səhnəyə gəlmək üçün insan həyatını önəmli hesab etmir. 2 il sonra həmin adam cəbhədəki hərbi uğursuzluğu bəhanə edib legitim prezidentə qarşı çevriliş edərək iqtidara gəlir. İqtidara gəldikdən sonra əmək təlimi, bədən tərbiyə müəllimindən tutmuş öz dost-tanışını yüksək postlara təyin edir. Bir müddət sonra ölkəsi ilə sərhədi olan bütün dövlətlərdən torpaq istəyir. Öz vətəndaşı olan etnik qrupdan birinin ölkədə yaşamaq haqqı olmamasını elan edir və qovulmasına haqq qazandırır. İfrat millətçiliyi ilə ölkədə digər etnik qruplara ayrıseçkilik edərək vətəndaş müharibəsi mühiti yaradır. Müdafiə naziri təyin etdiyi müəllim dostunun bacarıqsızlığı nəticəsində ölkənin 1 rayonunu düşmənə verir. Cəbhədəki uğursuzluq və ölkə paytaxtına gələn tankları gördükdən sonra vətəndaş müharibəsinə imkan verməmək adıyla öz kəndinə qaçır (Halbuki 3 il öncə paytaxtı olduğu ölkədə 137 nəfərin ölümünə səbəb olan çevrilişə cəhd etmişdi). Amma qaçdıqdan sonra onun postunu tutan adama düşmənçilik edir və hakimiyyəti qəsbdə ittiham edir (Halbuki özü 1 dəfə buna cəhd etmiş, ikincisində isə istədiyinə nail olmuşdu). Belə adam vətən xaini adı alması üçün 3-4 nailiyyəti olsa da, ölümündən sonra xalqın qəlbində hələ də yaşayır. Çünki xalqın inkişaf səviyyəsi ilə onun lideri arasında təfəkkür eynidir.

Beş qardaşın bir bacısı

Rəfail Agah Xaçmazlı

İşimlə əlaqədar tez-tez Rusiya ilə sərhəddə olan Yalama kəndinə gedirəm. Bu yolun tən ortasında məftillər ilə toxunmuş hasarla qorunan Xan çinarları var. Hər bu yoldan keçən adamlar avtomabillərini saxlayaraq bu ağacları pir sanaraq beşdən-üçdən nəzir qoyurlar.
Pir demişkən. Pir sözünün mənası qoca deməkdir. Nurani ağsaqqalların, imanlı qocaların sözlərində hikmət, əllərində bərəkət olduğundan onlara sağlığında olduğu kimi dünyasını dəyişəndən sonra da hörmət olunub ziyarət edilmişdir.
Övliya Allahın dostu deməkdir. Peyğəmbərlərdən sonra  Allaha yaxın bəndələrdən sayılır.
Bu Xan çinarları Dədə Qorqud zamanında ətəyində qurban kəsilərək dua edilən ağaclardan idi. Basatın Xan çinara etdiyi müraciət Kitabi-Dədə Qorqudda açıq şəkildə yazılmışdır. Bu ağaclar və Dədə Qorqud haqqında alman səyyahı Adam və türk səyyahı Övliya Çələbi öz əsərlərində yazmışlar.
Babalarımız deyərdi ki, guya bu ağacların kökü kəsildikcə qorumaq məqsədilə onların ətrafını hasarlamışdilar. Adamların cahilliyindən zaman keçdikcə bu ağaclar bütə, övliyaya, pirə çevrilmişdir. Bu Xançinarı həmin pirlərdındir ki, ona "Beş qardaş" adını belə vermişlər.
Hər zaman yolum burdan düşdükdə ağacların yanında bir qadının oturduğunu görürdüm və yol boyu bir çox suallara cavab axtarırdım. Amma bir gün bu suallara qadının özü cavab versə gözəl olar deyib, avtomabili saxlayıb qadına yaxınlaşdım. Ona salam verdikdən sonra: "Anam, sizdən bir neçə söz soruşa bilərəm?"- deyib, söhbətin məqsədə gəlməsi üçün icazə istədim. Hər dayanan avtomabildən pul gözləyən bu qadın heç də sual-cavab marağında deyildi. Buna baxmayaraq "Buyurun"- dedi. Mən: "Bura pirdir?" Qadın: "Bəli".
Qadını söhbətə həvəsləndirmək və buranı pir hesab etdiyimə inandırmaq üçün ağacın dibindəki qutuya pul qoydum və "Siz baxırsınızmı bu qardaşlara?"- dedim. Qadın: "Yox. Onlar mənə baxır. Onlar məni qoruyur. Onlar məni saxlayır". 
Mən: "Necə yəni ? Onlar axı sadəcə ağacdırlar. Sizi necə saxlaya, qoruya bilər ki?" Qadın: "Gördüyün kimi"-deyib əllərini ovuşdurmağa başladı. Bəli, hava bir az soyuq idi. Mən də əllərimi ovuşdura-ovuşdura: "Sizin əriniz, oğlunuz, qardaşınız var?- deyərək əllərimi nəfəslə istiləndirməyə başladım. Qadın: " Əslində ərim də, oğlum da, qardaşlarım da var idi. Ərim rəhmətə getdikdən sonra oğlum Rusiyaya getdi, gəlmədi. Qardaşlarım isə arvadlarının sözünə, fitnəsinə uyub məndən aralaşdılar. Onlar yalnız bir ana bətnindən gəldikdə qardaş oldular mənimlə. Amma sonra yad insanlardan fərqləri olmadı. Əsil qardaşlarım bu ağaclardır. Onların hesabına çörəkpulum olur və bu "kişilər" ismətimi ləkələmək niyyətindən kənardırlar. İnsanlar pir inancı altında dustaqdırlar və bu pirə hörmət olaraq mənə də heç bir söz demirlər. İlk insan sizsiniz ki, mənə suallar verir, dərdimi təzələyir, əslində ürəyimi boşaltmağa vasitəçi olursunuz".
Qadın əllərini yenə də ovuşdurub nəfəsi ilə isindirməyə çalışdı. O söhbətinə davam edərək: "Siz elə bilirsiniz ki, hər kişi olan kəs bacısına qardaş ola bilirmi? Əsla yox! İndi zəmanə çox pisdir. Çox bacılara qardaş əvəzi belə ağaclar lazımdır" -deyib, gözlərinin yaşını soyuq əlləri ilə silməyə başladı.
Qadın başını astaca 4-5 dəfə tərpətərək daha danışmadı. Mən ona: "Allah razı olsun. Allah köməyin olsun"- deyib avtomabilimə əyləşdim. Hər sualıma cavab tapmış kimi ordan astaca uzaqlaşdım.
Yol boyu düşündükcə ancaq bunu deyirdim: "Bəli, çox bacıya belə qardaşlardan lazımdır".

Putinin Netanyahuya İranla bağlı cavabı

Rusiyanın “Pravda” qəzeti yazı dərc edib. Məlumata görə, Rusiyaya son rəsmi səfəri çərçivəsində İsrail baş naziri Benyamin Netanyahu həyəcanlı tərzdə Vladimir Putinə deyib: “İranın İnqilab Keşikçiləri Korpusu qüvvələri və “Hizbullah” əsgərləri Suriyadan İsrailə hücum etməyə hazırlaşırlar”.
O, İranın qarşısının alınmayacağı təqdirdə dünyanın sonu olacağını bildirməyə çalışıb.
Rəsmi Moskvanın buna reaksiyası necə olub? Netanyahunun həyəcan və sıxıntı içində Rusiya prezidenti üçün bu şeytani ssenarini danışdığı bir zamanda, Vladimir Putin əsniyərək, sanki Netanyahuya “Təəssüflər, bu barədə sizə kömək edə bilmərik” cavabını verib.
Netanyahunun narahatçılığına baxmayaraq, Putin çox aram vəziyyətdə olub.
Putin hətta Netanyahuya cavab olaraq bildirib: “İran Rusiyanın Orta Şərqdə stratejik müttəfiqidir”. /sizinyol.com/

20.10.2017

FIRILDAQÇI BANK OF BAKU

Bank sisteminin fırıldaqlar üzərində bərqarar olması barədə yazmışam, həmin yazıda söz vermişdim ki, əhalinin qanını sovuran banklardan biri – “Bank of Baku”nun fırıldaqları haqqında geniş bir yazı yazacam. Bu yazının nə qədər geniş olacağını bilmirəm, amma onu bilirəm ki, yazını təkzibedilməz faktlar daha da zəngin edib. Keçid alım mətləbə.
“Bank of Baku”ya kredit borcu olan vətəndaş bu borcunu, respublikadakı bankların birgə layihəsi olan iki devolvasiya-maxinasiyalarından sonra ödəmək iqtidarında deyil. O 2016-cı ilin ilk günlərində “Bank of Baku”ya “güzəştlərin edilməsi xahişi ilə (borcun manata çevrilərək, uzunmüddətli ödəniş qrafikinə salınması və s.)” yazılı müraciət edir. Sağ olsun bank rəhbərliyi, bankın İdarə Heyyətinin sədri Abbas M. İbrahimov tərəfindən imzalanmış, 08.02.2016-cı il tarixli 815 N-li, müştəri məmnuniyyətindən uzun-uzadı bəhs edən cavabında müştəriyə mədəni sürətdə başa salır ki, bank sizlərin qanını son damlasınacan sovurmaqda israrlıdır, canınız çıxacaq, ödənişləri edəcəksiniz. Təbii ki, bankın İdarə Heyyəti sədrinin aldığı maaşın 10/1-ni də ala bilməyən müştəri, acından ölməmək üçün krediti ödəməyi saxlayır, lakin bankın “bol kart” tələsinin bütün ödənişlərini edir. 2016-cı ilin 1 sentyabrında “Bank of Baku” müştəriyə zəng edərək, bol kartın vaxtının bitdiyini və yeni müqavilə bağlamaq üçün müştərinin banka gəlməli olduğunu bildirir. Müştəri 03 sentyabrda işdən icazə alıb “Bank of Baku”ya gəlir, uzun müddət növbə gözləyən müştəriyə, digər şəxslərə xidmət etdikləri halda, “sistemimiz işləmir, gedin sonra gələrsiniz” deyirlər. Təbii ki, hər gün işdən icazə almaq imkanında olmayan müştəri elə həmin gün öz yoldaşına “bank əməliyyatları keçirtmək üçün” Baş etibarnamə verir. Lakin bank həmin etibarnaməni qəbul etmir və müştərinin özünün yenə də banka gəlməli olduğunu bildirir. Növbəti həftə müştəri yenə də işdən icazə alır, yenə də bankda uzun növbə və yenə də hamıya xidmət edən bankın sistemi, müştərinin növbəsi çatan kimi dayanır. Bu hadisə 3-cü həftə də təkrar olunur, lakin bu dəfə bankın sistemi nədənsə işlək olur və müştəriyə bildirirlər ki, onun 953 manat borcu bu 3 həftə ərzində artıq 1300 manatı keçib (?) və müştəri müqaviləni yeniləmək istəyirsə, minimum 400 manat ödəniş etməlidir ki, 3 həftəyə yığılmış cərimələr silinsin. Bu “sistem dayanmalarının” cərimənin məbləğini artırmaq üçün düşünülmüş bir fırıldaq olduğunu anlayan müştəri ödəniş etməkdən imtina edir.
Və müştərinin iştirakı və xəbəri olmadan 14 aprel 2017-ci ildə məhkəmə keçirilir və məhkəmə heç bir araşdırma aparmadan “Bank of Baku”nun xeyrinə 953 manat əsas borc və 968 manat faiz borcu olmaqla, 1921 manat pul vəsaitinin cavabdeh qismində müştəridən tutularaq banka ödənilməsi barədə əmr verir.
Bütün bunlardan xəbərsiz müştəri 31 avqust 2017-ci ildə Məhkəmə qərarlarının icrası idarəsinə dəvət edilir və müştəriyə “İcraata başlamaq haqqında Qərar”ın sürəti təqdim edilir. Müvafiq Qanunvericilik Aktlarından anlayışı olan müştəri cavabdeh-iddiaçı qismində məhkəməyə müraciət edir və işin onun iştirakı ilə araşdırılmasını tələb edir. 12 oktyabra təyin edilmiş məhkəmə baxışına “Bank of Baku” “iddiaya düzəlişlə” gəlir və əvvəlki, şişirdib kosmik həddə gətirdikləri iddianın “faiz” hissəsinə “düzəliş” edilməsini xahiş edir. Sən demə “Bank of Baku” ilk iddiasında “öz xeyrinə” 750 manatdan çox “çaşıbmış” və “vicdanının səsinə” qulaq asan “Bank of Baku” bu səhvi düzəltmək qərarına gəlib. Təbii ki, “bəs əvvəl niyə vicdanlarının səsinə qulaq asmayıblar?” sualı yersizdir, “Bank of Baku” yetkililərində vicdanın səsi olsa idi, elə müştərinin ilk imdad müraciətindəcə ona güzəşt edib kreditin müddətini uzadardılar. Sadəcə olaraq “Bank of Baku” arxayın idi ki, vətəndaş çox kasıb yaşadığı üçün vəkil tuta bilməz və məhkəmə əmri elə bu cür də icra ediləcək. Hardan biləydilər ki, müştərinin həyat yoldaşı onların bütün hüquqşunaslarına hüquq dərsi keçmək iqtidarındadır!
İşin yenidən Məhkəməyə döndüyünü görən “Bank of Baku” Azərbaycan Respublikasının mövcud Qanunvericilik Aktlarının pozduğunun üstünün açılacağından qorxaraq birdən-birə iddiasını 750 manatdan çox azaldaraq məsuliyyətdən yayınmaq qərarına gəlsə də, artıq gecdir, çünki elə bu “xəta” “Bank of Baku”ya qarşı Beynalxalq Banklar Assosasiyasının xətti ilə beynalxalq arbitraj məhkəməsinin qurulmasına kifayət edir!
Bəli, məhz Azərbaycan Respublikasının mövcud Qanunvericilik Aktlarını pozduğunun üstünün açılmasından qorxan “Bank of Baku” bu düzəlişi etməyə məcbur idi. İndi sual yaranır: birdən müştəri məhkəməyə müraciət etməsəydi, necə olacaqdı? Təbii ki, müştəri bankın kəllə-çarx məbləğini ödəməli idi. Gördünüzmü “Bank of Baku”nun “vicdanının səsini” Görə də bilməzdiz, olmayan şeyi necə görmək olar ki?
Sizcə “Bank of Baku” Azərbaycan Qanunlarını bircə bu halda pozub? “Hə” deməyə tələsməyin, indi sizə daha bir fakt verəcəm. Azərbaycan Respublikasının mövcud Qanunvericilik Aktlarına görə kreditorun ödəniş tarixi şənbə, bazar və digər qeyri-iş günlərinə təsadüf etdikdə ödəniş tarixi növbəti iş gününə keçirilir. Amma “Bank of Baku” belə demir. “Bank of Baku”, ödəniş tarixi şənbə, bazar və digər qeyri-iş günlərinə təsadüf etdikdə həmin ödəniş tarixini əvvəlki iş gününə gətirir! Bu da bir daha sübut edir ki, “Bank of Baku” Azərbaycanın mövcud Qanunlarını saya salmır!
“Müştəri məmnuniyyətindən” ağız dolusu danışan “Bank of Baku” müştərini hər addmda aldatmaq barədə yeni-yeni planlar cızır. Bu planlardan biri də “Dostlar Klubu” adlı maxinasiya labirintidir. Gəlin baxaq “Dostlar Klubu” deyilən ödəniş sisteminə. Demək müştəriyə 200 (iki yüz) manatlıq kart verilir, bu kartdakı pulun istifadəsinə görə müştəri “Bank of Baku”ya hər ay, əgər pulu bir dəfəyə çıxardıbsa, yeddi manat, iki dəfəyə (məsələn 100-100 və ya 190-10 və s.) çıxardıbsa səkkiz manat ödəməlidir. İndi gəlin hesablayaq görək “Bank of Baku” bu iki yüz manatı müştəriyə neçə faizlə verir. Minumum ödəniş olan yeddi manatı götürək: 7*12=84 84/200=42 faiz! Görəsən dünyanın hansı bankı bu faizlə müştərisini məmnun edir, bilən var?
Hələ bu “Bank of Baku”nun üstü açılmış bəzi fırıldaqlarıdır, araşdırmam davam edir və sizləri növbəti yazımda yeni-yeni faktlarla tanış edəcəyəm.
“Bank of Baku” ilə davamızı isə Beynalxalq Arbitraj Məhkəməsinədək daşıyacağam!

Rafiq Cəlilov       rafiqcelilovblog.wordpress.com

19.10.2017

Səudiyyə hökuməti ölkədəki şiələri genosid edir

Səudiyyə Ərəbistanı ordusu şiələrin yaşadığı Avamiyyə şəhərində hərbi əməliyyatlara başlayıb.
Avamiyyə- Səudiyyə Ərəbistanında şiələrin şıx yaşadığı şəhərdir. Şəhərdə 30 min əhali yaşayır. Şəhərə daxil olan Səudiyyə hərbçiləri şiələri zorla başqa ərazilərə köçürməyə çalışırlar. Tarixi Əl-Mosavara rayonunda ev və torpaq sahələrini zorla əhalinin əlindən alırlar. Yurd-yuvasından olmuş insanlara ölkənin Milli Antiterror Komandanlığının möhürü vurulmuş kağızlar verilir.
Şəhərin onlarla şiə aktivisti terrorçuluqda, 15 nəfər "İrana cəsus işləməkdə" günahlandırılaraq ölüm hökmünə məhkum edilmiş, 25 nəfər isə 6 aydan tutmuş 25 ilə kimi həbs cəzası almışlar. Yüzlərlə sakin qorxusundan şəhərdən qaçmalı olmuşdur.
Səudiyyə ordusu Avamiyyəni 78 gün blokadada saxladıqdan sonra 25 iyul 2017-ci ildə şəhərə ağır texnika və əsgər yeritmişdir. Yerli sakinlər orduya müqavimət göstərmiş, bir neçə saat davam edən qızğın döyüşlərdən sonra Səudiyyə əsgərləri İmam Əli küçəsini, eləcə də Rif məhəlləsini zəbt edərək burdakı evləri xaraba qoymuşlar.
Ordu xarici jurnalistləri məntəqəyə buraxmır. Sosial şəbəkələrdə yazılanlara görə, damların üstündəki snayperlər hərəkət edən insanlara atəş açırlar. Əhali qorxusundan küçələrdəki meyidlərə yaxın gedə bilmir. Küçələri zirehli maşınlar patrul edirlər.
10 mayda buldozerlər Əl-Mosavara rayonunda 500-ə yaxın tarixi binanı xaraba qoymuşdur. 20 min adam ev-eşiyini itirərək çöllərdə qalmışdır.
Avamiyyə məntəqəsi ölkənin ən neftlə zəngin əyaləti olsa da, yerli şiələr ölkənin ən kasıb sakinləridir. Səudiyyə hökuməti şiələri 2-ci növ vətəndaşlar sayır. Şiələrə təhsil verilmir, onları işlərə yaxın buraxmırlar və imtiyazlar onlara aid edilmir. Səudiyyə hökuməti tez-tez şiə məscidlərini və tarixi-mədəni binalarını sökür. Şiə şəhərləri ən xırda etiraza görə artilleriya atəşinə tutulur. Avamiyyə şəhərində küçələrdən keçən tanklar ev və mağazalara atəş açırlar. Səudiyyə əsgərləri telefonlara çəkərək internetə yerləşdirdikləri videolarda bütün şiələrin kökünü kəsəcəkləri ilə hədələyirlər.
Xatırladaq ki, 2016-cı ildə Səudiyyə hökuməti tərəfindən qətlə yetirilmiş ölkənin tanınmış şiə ruhanisi Nimr Əl-Nimri də Avamiyyədə yaşayırdı.