Страницы

01.10.2017

“ABŞ dünyanın ən güclü dövlətidir. Biz öz ordumuza başqalarından daha çox xərc çəkirik. Bizim qoşunlar dünya tarixinin ən yaxşı döyüşkən qüvvələridir. Heç bir xalq bizə və müttəfiqlərimizə hücum çəkməyə cəsarət etməz, çünki bilirlər ki bu ölümə gedən yoldur”. Barak Obama prezident postunu təhvil verərkən Konqress qarşısında öz axırıncı çıxışını edərkən planetin o biri başında amerikan əsgərləri iranlılar qarşısında diz çökmüşdülər. 12 yanvar 2016-cı ildə İran hərbçiləri ölkənin territorial sularına girməyə cəsarət etmiş ABŞ hərbi dəniz qüvvələrinin 2 katerini bircə güllə də atmadan ələ keçirdilər. Katerlərdəki 10 amerikan dəniz piyadası dizi üstə otuzduruldu, silah və texnika götürüldü və bu olayın foto və videosu bütün dünya mətbuatını dolaşdı. Amerikan hərbçiləri kamera qarşısında İran sularına qanunsuz daxil olduqlarına görə üzr istədilər. Təlaşa düşən Pentaqon bəyanat verdi ki, katerlərdən birinin naviqasiya cihazı xarab olmuş, o biri kater isə ona köməyə gələrkən İran territorial sularına adlamışlar. Yalnız ABŞ hökuməti bu hadisəyə görə İrandan üzr istəyəndən sonra iranlılar amerikan əsgərlərini azad etdilər. Katerlərdə olan noutbuklardakı ABŞ Hərbi Dəniz Flotuna məxsus 13 min səhifə gizli sənəd isə İran kəşfiyyatının əlinə keçdi. ABŞ bütün dünyada biabır oldu.

Комментариев нет:

Отправить комментарий