Страницы

01.10.2017

Yersiz gəldi, yerli qaç!

Rauf Qubadov

Əgər azərbaycanlı başqa ölkə vətəndaşıdırsa, Azərbaycanda ona məhdudiyyətlər qoyulur.
Torpaq almaq hüququ yoxdur. Bələdiyyə, deputat, prezident seckilərində iştirak edə bilməz. Hətta adi telefon danışığı üçün kart da ala bilməz.
Azərbaycana, doğma vətəninə gələrkən qeydiyyata düşməyibsə, 5 ilə qədər deportasiya olunurlar.
Hansı ki, indiki Azərbaycanın ərazisində bu adamlar ən azından 7-8 nəsil yaşayıblar.
İnsanlarımızın bir çoxu respublikada vəziyyətin yaxşı olmamasına görə Rusiyaya, Belarusiyaya, Ukraynaya, Qazaxıstana və s. gedib özlərinə orda yaradılan şəraitə gorə yaşayış qurublar.
Maraqlısı budur ki, həmin əndrabadi qanunları çıxardanlar və çıxartdıranlar cəmi bir, ya iki nəsildir Azərbaycanda yaşayırlar.
Azərbaycanlı hələ Rusiyada qazandığı pulla burda bir iş quranda həmin gəlmələrin yazılmamış qanunlarının maneəçilikləri ilə də rastlaşırlar.
Bir müddət əvvəl eşitdim ki, 7 min indusa Azərbaycan vətəndaşlığı verilib. Belə çıxır ki, indusların da malik olduqları huquqlardan zavallı azərbaycanlılar məhrumdular.
Söhbət milli ayrı-seçkilikdən getmir.
Rusiyada yaşayan azərbaycanlıların Azərbaycan vətəndaşı olmasalar da Azərbaycanda- öz  dogma ata-baba yerlərində bütün hüquqlara malik olmasına şərait yaradılması vacibdir.
Rusiyada azərbaycanlılar üçün öz bacarıqlarını göstərmək üçün  geniş şərait yaradılıb. Hansı ki, bu şərait Azərbaycanda nəinki sıfıra bərabərdir, hətta aborigen azərbaycanlılar üçün böyük maneəçiliklər vardır.
ÜmumRusiya Azərbaycanlıları Konqresi ləğv olundu. Məncə onun yerində ÜmumAzərbaycan Azərbaycanlıları Konqresi yaradılmalıdir. Doğma vətənimizdə bizim hüquqlarımız pozulursa, Rusiya vətəndaşı olduğumuzdan məhdudiyyətlər qoyulursa, başqa ölkələrdən hansı haqla nəsə tələb edirik?!
Respublikanın ictimai-siyasi həyatında aktiv olub, ilk növbədə burda oz hüquqlarımızı bərpa edib, dünyaya nümunəvi Respublika kimi təbliğ edilməliyik. Rusiyada yaşayan azərbaycanlıların buna potensial imkanları var.
Azərbaycanı sevənlər elə burdan da başlamalıdırlar.
Deyə bilərsiz ki, dünya praktikasında belə qanun yoxdur. Dünya praktikasinda bu qədər adamın yaşayış şəraitinin çətinliyinə və dözülməzliyinə görə vətəndən getməsi də yoxdur.

Комментариев нет:

Отправить комментарий