Страницы

20.11.2017

1960-cı ildə prezident Duayt Eyzanxauer ABŞ ordusunun sosialist Kubasına müdaxiləsinə göstəriş verdi. Bu məqsədlə Mərkəzi Kəşfiyyat İdarəsi kubalı miqrantlarından ibarət ordu düzəltdi və onlara təlim keçdi. 15 aprel 1961-ci ildə ABŞ təyyarələri Kuba aerodromlarını bombaladılar və ölkənin demək olar bütün təyyarələrini məhv etdikləri barədə komandanlığa məlumat verdilər. Amma məsələ burasındaydı ki, kubalılar bombardman barədə qabaqcadan məlumat alaraq aerodromlardakı təyyarələri başqa əraziyə aparmış, yerinə isə mulyajlarını qoymuşdular. Odur ki Kuba ordusunun 24 təyyarəsindən yalnız 2-si məhv olmuşdu. 17 aprel səhər tezdən Kuba sahillərinə ABŞ desantı çıxarıldı. 100-ə yaxın kubalı müdafiəçi 1000-ə yaxın ABŞ hərbçisinin qarşısını mətinliklə kəsdi. Kuba xalqı silaha sarılıb aqressorların üstünə yeridi. Artıq 18 apreldə kubalılar inisiativi öz əllərinə alaraq hücuma keçdilər və düşmənə ağır zərbələr endirdilər. Onlar amerikanların 4 gəmisini batırdılar və 5 təyyarəsini vurdular. Onlar aqressorları qovaraq dənizə tökdülər. Beləliklə, Mərkəzi Kəşfiyyat İdarəsinin hazırladığı Kuba əməliyyatı planı cəmi 3 gün ərzində iflasa uğradı. ABŞ-ın kubalı miqrantlardan ibarət ordusundan 82 nəfər öldürüldü, 1197 nəfər isə əsir düşdü. Bir müddət sonra ABŞ dövləti 62 milyon dollar verərək əsirləri geri aldı. (İbrahim Sel, “Amerikan ordusu haqqında mif”)

Комментариев нет:

Отправить комментарий