Страницы

20.11.2017

4 noyabr 1979-cu ildə İranın dindar tələbələri Tehrandakı ABŞ səfirliyinə hücum edərək 53 amerikan diplomatını girov götürdülər. Tələbələr girovların qaytarılması müqabilində şah Məhəmməd Rza Pəhləvinin verilməsini və İran xalqına qarşı törətdikləri cinayətlərə görə “amerikan imperialistlərinin üzr istəməsini” tələb etdilər. Danışıqlar yolu ilə girovları azad etmək mümkün olmadığını görən prezident Cimmi Karter ABŞ-ın “Delta” speçnazına hərəkətə keçməyi əmr verdi. Girovların azad edilməsi ilə bağlı kəşfiyyat orqanlarının hazırladığı plan olduqca mürəkkəb idi. ABŞ-ın Fars körfəzindəki təyyarədaşıyan gəmisindən uçan vertolyotlar İranın mərkəzində səhraya enməli, buradan xüsusi təyinatlılar Mərkəzi Kəşfiyyat İdarəsinin İrandakı agentlərinin gətirdiyi yük maşınlarına minərək gecə ikən Tehrandakı Xarici İşlər Nazirliyinin və ABŞ səfirliyinin binasına hücum etməliydilər. Xüsusi təyinatlılar girovları azad etdikdən sonra onları yaxınlıqdakı Əmcədiyyə stadionuna gətirib burada vertolyotlara mindirərək ölkədən çıxarmalıydılar. Problemlərdən biri o idi ki, amerikan pilotları indiyə kimi dağlıq və səhra şəraitində vertolyot sürməmişdilər. 132 nəfərlik hərbi ekspedisiyaya rəhbərlik etmək “Delta” speçnazının yaradıcısı olan məşhur polkovnik Çarlz Bekvitə tapşırıldı. Bekvit Ağ Evdə, prezident Karterin qəbulunda oldu və girovları uğurla azad edəcəklərini bildirdi. Amma iş elə gətirdi ki, amerikanlar hələ yolda, qarşı tərəflə təmasa girməmiş 1 təyyarə, 7 vertolyot və 8 xüsusi təyinatlı itirib kor-peşman geri qayıtdılar. Fars körfəzindəki gəmidən uçaraq İran ərazisinə daxil olan 8 vertolyotdan 2-sinin naviqasiya cihazının işləmədiyi üzə çıxdı. Gəmidən aralanar-aralanmaz vertolyotlardan birinin qanadı çatladı və o aşıb dənizə düşdü. Qabaqda yankiləri daha böyük sürprizlər gözləyirdi. Vertolyotlar habub deyilən qum fırtınasına düşdülər. Bir neçə saat tozanağın içində uçan vertolyotdakıların hava çatışmazlığından halı pisləşdi, pilotlar qusmağa başladılar. Cihazlara toz dolduğundan vertolyotlardan biri geri, gəminin göyərtəsinə qayıtmalı oldu. Qalan vertolyotlar güc-bəla ilə onlara benzin vuracaq təyyarələrin səhrada qonduğu gizli bazaya çatdılar. Bazada üzə çıxdı ki, vertolyotlardan biri də xarab olub və uça bilməyəcək. Beləliklə, əməliyyatda iştirak etməli olan 8 vertolyotdan 3-ü bir gecənin içində döyüşə girməmiş sıradan çıxdı. “Herkules” transport təyyarəsi vertolyotlara benzin vurarkən onlardan biri ilə toqquşdu, güclü yanğın baş verdi, ardınca təyyarədəki mərmilər alışaraq detonasiya verdi və partlamağa başladı. 8 ABŞ hərbçisi yerindəcə həlak oldu. Partlayış zamanı qəlpələr ətrafa səpələnərək digər əsgərləri yaraladı və 4 vertolyotu dəlib deşərək yararsız hala saldı. Qorxuya düşmüş amerikanlar missiyanı yarımçılıq saxlayıb geri qayıtmalı oldular. Beləcə, ABŞ xüsusi təyinatları döyüşə girməmiş ağlaya-ağlaya İrandan qaçdılar. Qaçarkən vertolyotlardakı gizli sənədləri məhv etmədiklərindən həmin sənədlər iranlıların əlinə düşdü və bu əməliyyatın Tehrandakı koordinatorlarını müəyyənləşdirməyə imkan verdi. “Delta”nın yaradıcı olan Çarlz Bekvit ordudan qovuldu. Amerikanların dünyanın ən döyüşkən xalqı olması nağılı bir daha puça çıxdı. (İbrahim Sel, “Amerikan ordusu haqqında mif”)

Комментариев нет:

Отправить комментарий