Страницы

19.11.2017

Amerikan strateqlərinin hesablamalarına görə 1944-cü ilin iyununda ABŞ ordusunun Fransa sahillərinə çıxması əməliyyatı itkisiz keçməli idi. Alman qoşunlarının Fransadakı komandanı feldmarşal Rommel Hitlerə qarşı gizli koalisiyanın üzvü idi: o amerikan və ingilis qoşunlarının problemsiz Fransaya daxil olması üçün şərait yaratmalıydı. Mütəffiq qoşunlarının Fransa sahillərinə yan aldığı gündən bir gün əvvəl Rommel arvadının ad gününü bəhanə edib Berlinə getdi, həmin günə isə ordu komandirlərinin müşavirəsini təyin etdi. 6 iyun 1944-cü ildə müttəfiq qoşunlarının gəmiləri Fransanın Atlantik sahillərinə yan alarkən ərazini müdafiə edən alman qoşunları komandanlıqsız qalmışdı. Hərtərəfli hərbi üstünlüyə malik müttəfiqlər planlaşdırmışdılar ki, Parisə kimi 200 km məsafəni 3 günə qət edəcəklər, 6-7 günə isə Almaniya sərhədinə çatacaqlar. Lakin alman qoşunları başsız qalsa da, şiddətli müqavimət göstərdi. Sahilə çıxan amerikan və ingilis əsgərləri düz 10 gün irəliləyə bilməyərək yerlərində saydılar. Amerikan və ingilis generallarının bivecliyi, əsgər və zabitlərinin isə öz “qiymətli canlarını” riskə atmaq istəməmələri əməliyyatın uğurla keçməsinə imkan vermədi. Satqın Rommelin onların üzünə Qərb cəbhəsini açmasından bəhrələnə bilməyən ABŞ idarəçiləri Almaniya hakimiyyətindəki agentlərindən tələb etdilər ki, çevriliş törətsinlər və Hitleri devirsinlər. 20 iyun 1944-cü ildə Hitlerə sui-qəsd təşkil olundu, Amerikanın təsir agentləri olan generallar Paris və Venada çevriliş edərək Hitlerin yerli idarəçilərini həbs etdilər. Lakin Hitler yaxın silahdaşı Gebbelsin köməyi ilə çevrilişin qarşısını aldı və sui-qəsdçiləri darmadağın etdi. Alman qoşunlarının onların qarşısında diz çökəcəyini gözləyən müttəfiqlər qollarını çırmalayıb vuruşmalı oldular. Sahildən Parisə kimi 200 km məsafəni onlar planlaşdırdıqları kimi 3 günə yox, iki ay yarıma qət etdilər. Rəqib qarşısında hərtərəfli üstünlüyə baxmayaraq, onlar orta hesabla günə iki kilometr yarım irəlilədilər. Sahildən Almaniyaya kimi 600 km məsafəni hesabladıqları kimi bir həftəyə yox, 6 aya adladılar. Bu orta hesabla günə 3 km edir. Müqayisə üçün deyək ki, təxminən həmin vaxtda Sovet qoşunu alman ordusundan texnika və canlı qüvvə sarıdan qat-qat geri qalmasına baxmayaraq, Belorusiya cəbhəsində 600 km məsafəni günə 20 km olmaqla irəliləyirdi. Fransada gedən döyüşlər zamanı amerikan və ingilislərin 135 min, almanların isə 150 min əsgəri həlak oldu və yaralandı. Halbuki amerikan və ingilislərin gəmiləri bir neçə dəfə, aviasiyası 15 dəfə, tankları 5 dəfə, canlı qüvvəsi isə 3 dəfə almanlarınkından çox idi! (İbrahim Sel, “Amerikan ordusu haqqında mif”)

Комментариев нет:

Отправить комментарий