Страницы

19.11.2017

Sakit okeanda yaponlarla yaranan gərginlik zamanı amerikanlar Attu adasını tutmaq üçün hərəkətə keçdilər. Lakin düz 1 il onlar qorxularından adaya girə bilmədilər; adanı dənizdən ABŞ kreyser və esminesləri, havadan isə ABŞ və Kanada təyyarələri aylarla mütəmadi bombaladılar. 1943-cü ilin 11 mayında amerikan ordusu nəhayət ki adaya girsə də, ağlamalı duruma düşdü. Adada özlərindən qat-qat az olan və zəif silahlanmış yaponlarla döyüş zamanı amerikanlar tərəfdən 579 əsgər öldü, 1148 əsgər yaralandı, 2100 əsgər isə donvurmadan qırıldı. 3 həftə davam edən qızğın döyüşlərdən sonra amerikanlar güc-bəla ilə adanı tutdular; cəmi 28 yapon əsgəri əsir götürdülər ki, onların içində bircə nəfər də olsun zabit yox idi. Bir il ərzində hərtərəfli blokadaya alınmış, ətraf aləmlə əlaqəsi və təhcizatı tam kəsilmiş xırda bir adanın tutulması üçün bu qədər itki verilməsi hərb tarixində nadir hadisələrdən biridir. (İbrahim Sel, “Amerikan ordusu haqqında mif”)

Комментариев нет:

Отправить комментарий