Страницы

19.11.2017

Birinci Dünya Müharibəsi dövründə ABŞ ordusunun bivecliyi daha qabarıq şəkildə üzə çıxdı. Hiyləgər amerikanlar öz maneralarına xas olaraq Birinci Dünya Müharibəsinə də əvvəldən yox, bitməsinə 1 il qalmış- 1917-ci ildə qoşuldular. Həmin dövrdə artıq müharibənin taleyi həll olmuş, qaliblər müəyyənləşmişdi. Reallıqda isə ABŞ ordusu Avropaya 1918-ci ilin yazında- müharibənin qurtarmasına yarım il qalmış girdi. 1 milyondan ibarət ABŞ ordusu Avropaya gələrkən aydın oldu ki, ABŞ əsgərləri müharibəyə qətiyyən hazır deyillər. Amerikanların müasir artilleriyası və atıcı silahları olmadığı üzə çıxdı. Onlar ötən əsrin silahları ilə silahlanmışdılar. Fransız və ingilis zabitləri amerikanları döyüşə buraxmazdan qabaq yenidən silahlandırıb təlim keçməyə məcbur qaldılar. Fransızlar amerikanlara müasir top və pulemyotlar, ingilislər isə mundir və tüfənglər verdilər. Elə indinin özündə də ABŞ ordusunda fransızların Birinci Dünya Müharibəsi zamanı verdikləri 105 mm və 155 mm kalibrli toplar qalmaqdadır. 1942-ci ilə kimi ABŞ əsgərləri başlarına ingilislərin verdikləri həmin o kaska-“tarelka”ları geyirdilər. ABŞ əsgərlərini yarım il ərzində “qaydaya” saldıqdan sonra avropalılar nəhayət 1918-ci ilin avqustunda (müharibənin qurtarmasına 3 ay qalmış!) onları döyüşə buraxdılar. Lakin nəticə amerikanlarçün dəhşətli oldu. Cəmi 2 ay yarım ərzində gedən döyüşlər zamanı amerikanlar 200 min əsgər itirdilər! Əgər 600 min yaralını da bura əlavə etsək, Avropaya göndərilmiş 1 milyonluq ABŞ ordusu demək olar ki sıradan çıxaraq yararsız hala düşdü. Nəzərə almaq lazımdır ki, müharibənin axırı idi, onlarla vuruşan alman əsgər və zabitlərinin əsas və döyüşkən hissəsi tamamilə məhv edilmişdi. Amerikanların döyüşdükləri alman ordusunun sınıq-salxaq qalıqları idi. Birinci Dünya Müharibəsinin getdiyi 4 il ərzində Rusiya 700 min, İngiltərə 900 min, Fransa 1 milyon 300 min, Almaniya 500 min əsgər itkisi vermişdi. Amerikanlar isə cəmi 3 ay iştirak etdikləri döyüşlərdə ingilislərin 1 ildə itirdiklərinə bərabər əsgər itirmişdilər. O dövrün araşdırmaları göstərdi ki, artilleriya atəşinin idarə olunmasını və manevrini istənilən avropalı artilleriya zabiti bilsə də, amerikan zabitlərinin bu məsələlərdən qətiyyən anlayışı yoxdur. Amerikan zabitlərinin bacarıqsızlığı həm də onunla izah olunurdu ki, ABŞ-dakı vətəndaş təhsili olduqca aşağı səviyyədə idi: ABŞ-ın hətta ali məktəblərində belə artilleriyada gərək olan adi hesablama qaydalarını öyrətmirdilər. (İbrahim Sel, “Amerikan ordusu haqqında mif”)

Комментариев нет:

Отправить комментарий