Страницы

19.11.2017

Vətəndaş müharibəsi dövründə (1917-1923) amerikan qoşunları Uzaq Şərq istiqamətindən Rusiyaya daxil oldular. Uzaq Şərqdə Qızıl Ordunun nizami hərbi hissələri olmasa da, rus qırmızı partizanları sözün həqiqi mənasında amerikanların başbəlasına çevrildilər. Partizanlar tez-tez amerikan hərbi hissələrinə hücum edir və əsgərlərin silahlarını əllərindən alırdılar. Amerikanlar onlara hücum etməmək müqabilində partizanlara pul ödəyirdilər. Qırmızı partizanlar özlərinin əsas rəqibləri kimi yaponları və ağqvardiyaçıları görsələr də, amerikanları əsgər saymırdılar və onlara yuxarıdan aşağı baxırdılar. Həmin hadisələr yazıçı Aleksandr Fadeyevin “Udegelərin sonuncusu” romanında geniş təsvir olunmuşdur. (İbrahim Sel, “Amerikan ordusu haqqında mif”)

Комментариев нет:

Отправить комментарий