Страницы

17.11.2017

“Əliyevi təhqir etdiyi üçün Sərdar Cəlaloğlunun başına vedrə keçirib döydürmüşəm”

Araşdırmaçı-jurnalist Eynulla Fətullayev sensasional sayıla biləcək yazılarla çıxış edib. O,  özünün Facebookdakı səhifəsində belə bir yazı paylaşıb: “Tərbiyəsiz və əxlaqsız “Quska” ləqəbli biznesmen, kəmsavad, bivec və nadan Hüseyn Abdullayev adlı küçə uşağı prezidentliyə namizədliyini verib və “Azadlıq” qəzetinin səhifələrində məni təhqir edib. Yazır ki, Hüseyn Abdullayevin cinayətlərini sübut etməsəm… Ardınca isə özünə və Əli Kərimliyə xas jarqonda əxlaqsız cümlələr işlədib. Mən bunları yazmaq istəmirdim. Quska özü vadar etdi. Mən, haqqin.az saytından da Quskaya cavab yazmayacam, çünkü bu küçə uşağı haqqin.az kimi mötəbər və hörmətli KİV-in səhifələrinə layiq deyil. Mən, Quskanın cinayətlərini, elə onun öz dilindən eşitdiklərimi Sizə nəql edəcəm!!! Hər gün bir tarixçə. Artıq birinci tarixçənin anonsunu verirəm – Hüseyn Abdullayevin cinayətkar dəstəsi ADP həmsədri Sərdar Cəlaloğluna necə hücum təşkil etmişdi… Bir azdan”.
Doğrudan da aradan bir qədər keçəndən sonra E. Fətullayev Hüseyn Abdullayevin müxalifətə qarşı etdiyi hərəkətlər haqda bir etirafını ictimailəşdirib: “2005-ci ildə Hüseyn Abdullayev deputat seçiləndən sonra var gücü ilə “Azərenerji” prezidenti vəzifəsinə təyinat almaq istəyirdi. “Mən öz xahişimi prezidentdən edə bilmərəm. Amma mənim xahişimi heç kim etmir” deyə “Quska” artıq daha böyük iştaha düşmüşdü. “Quska”həm də Fövqəladə Hallar Nazirinin müavinliyinə də iddialı idi. Bunu açıq dilə gətirirdi. Günlərin bir günü mən ona açıq sual verdim: “Axı bu vəzifələr sənin nəyinə lazım? Böyük biznesin, sərmayələr, əmlakın… Həm də dövlət işində kifayət qədər təcrübən də yoxdur”… “Quska” öz komplekslərinin qurbanına çevrilmişdi və hər vəchlə hansısa vəzifəni ələ keçirmək istəyirdi. Sanki özünü təsdiq etmək üçün ona hansısa bir status lazım idi. Axı sifarişli kriminal didişmələrdən savayı, onun həyatda heç bir nailiyyəti yox idi. Bir gün Nardaran tərəfə gedərkən yol üstü mənə bir hadisəni nəql etdi: “Bilirsənmi, mənim bu hakimiyyət qarşısında böyük xidmətlərim var. 1998-ci ildə Sərdar Cəlaloğlu mətbuatda rəhmətlik Heydər Əliyevi bərk təhqir edirdi. Bu hamıya pis təsir edirdi. Və mən uşaqlara göstəriş verdim ki, evə qayıdan zaman, yaşadığı evin blokunda Sərdar Cəlaloğluna basqın etsinlər. Uşaqlar gecə vaxtı evə qayıdan Cəlaloğlunun başına vedrə salıb taxta ilə o qədər başına vurdular ki… Yaxşı ki, ölmədi”… “Quska”nın etirafları əzablı daxili sızıltının bir ifadəsi idi. Bəs, mənə niyə vəzifə vermirlər?..
Hazırda prezidenliyə namizəd, Milli Şuranı və Əli Kərimlini dəstəkləyən, hətta siyasi mühacir statusuna yiyələnmiş Hüseyn Abdullayev daha hansı cinayətlərə imza atmışdı??? Ardı gəlir…”

azerbaycan24.com

Комментариев нет:

Отправить комментарий