Страницы

17.11.2017

Ayətullah Şeyx Qüdrətullah Lənkərani (1870-1960)

Ayətullah Şeyx Qüdrətullah Lənkərani talış xalqının İslam dünyasına bəxş etdiyi daha bir məhşur ruhanisi və ali məqamlı alimlərdən biri olub. O, 1870-ci ildə Masallı şəhərinin tabeçiliyində olan Ərkivan kəndində dünyaya göz açıb.
Mədrəsə dərslərini, o cümlədən Quran qiraəti, Gülüstan, Bustan, Nisabuş-sibyan və həmçinin hövzənin müqəddimə dərslərini məntəqənin ruhanilərindən bəhrələndi. Hələ cavan yaşlarında Ərdəbil elmi-dini hövzəsinə yola düşdü. Bir sıra ibtidai və ali səthli dini dərsləri Haci Mir Saleh Müctəhid Ənvari və Ağa Seyid Mürtəza Xəlxali və başqa alimlərdən öyrəndi. Sonra Nəcəfi-əşrəfə səfər etdi.
Orda Molla Məhəmməd Fazil Şərəbyani, Seyid Məhəmməd Kazim Təbatabai Yəzdi, Axund Molla Məhəmməd Kazim Xorasani və başqalarından bəhrələnərək, dini hövzə elmlərində müctəhidlik məqamıma yetişdi. Sonra öz doğma vətəninə qayıdaraq dini maarifləndirmə ilə məşqul oldu. Dinsiz bolşevik-trotskist təqibləri və əzab-əziyyəti onu şiddətli şəkildə incitməyə başladı. O 1930-cu ildə həbs edilərək zindana salındı.
Şeyx zindandan azad olunanda Cəlilabada gedərək orada qürbətdə yaşadı. Nəzarət altında olmasına baxmayaraq, məhdud şəkildə xalq üçün dini və məzhəbi xidmətlər göstərməklə məşğul oldu. İslam elmlərini gizli formada bir sıra şəxslərə, o cümlədən oğlu rəhmətlik Hacı Şeyx Məhəmmədə tədris etdi.
Dəyərli ilahi alim 1960-ci ildə vəfat etdi.
Müqəddəs ruhu nur içində yatsın!

https://www.facebook.com/permalink.php?story_fbid=340287406427732&id=100013394262067

Комментариев нет:

Отправить комментарий