Страницы

15.11.2017

Tanınmış rusiyalı politoloq, beynəlxalq münasibətlər və konflikt nəzəriyyələri üzrə ekspert, Beynəlxalq Avrasiya Hərəkatı administrasiyasının rəhbəri Leonid Savin:

-İraqda müharibə və iqtisadiyyatla əlaqədar çoxsaylı problemlərə baxmayaraq hər il İmam Hüseyn müsibəti ilə bağlı ağlasığmaz tədbir keçirilir. Əməvi və Abbasilərin zülmünə üsyan etmiş İmam Hüseynin xatirəsini yad etmək üçün şiələr Ərbəin yürüşünə çıxırlar. Kərbəla müsibəti xeyirlə şərin, haqq ilə batilin mübarizəsini əks etdirir. Kərbəla döyüşündə İmam Hüseyn və onun 72 tərəfdarı Yezidin təpədən dırnağa kimi silahlanmış qoşunu ilə döyüşdə şəhid olmuşlar. Düşmənlər onların başlarını kəsmiş və müqəddəs bədənlərini Kərbəla çölündə qoyub getmişlər. Həmin müsibəti yad etmək üçün hər il saysız-hesabsız şiə İmam Hüseynin atası İmam Əlinin dəfn olunduğu Nəcəf şəhərinə gəlir, oradan Kərbəlaya kimi olan 82 kilometr yolu piyada qət edirlər. Yol boyu onlar havayı ərzaq və yatacaq ilə təmin olunurlar. Yürüşdə dünyanın İraq, İran, Bəhreyn, Livan və Azərbaycan kimi şiələr yaşayan ölkələrindən gəlmiş insanlarla yanaşı, Rusiya, Gürcüstan, Almaniya, Cənub-Şərqi Asiya və Latın Amerikası ölkələrinin də bayraqlarına rast gəlinir.

Комментариев нет:

Отправить комментарий