Страницы

15.11.2017

Tanınmış rusiyalı politoloq, beynəlxalq münasibətlər və konflikt nəzəriyyələri üzrə ekspert, Beynəlxalq Avrasiya Hərəkatı administrasiyasının rəhbəri Leonid Savin:

-Dünyanın əsas KİV-ləri, xüsusən Qərb mediası Ərbəin yürüşü kimi möhtəşəm hadisəni görməməzliyə vurur. Qərbi Avropa üçün bu cür mənəvi tədbirlər yox, pivə festivalları və gey-paradlar daha vacibdir. Nə katoliklər, nə də protestantlar ruh və qüdrət sarıdan şiələr qədər güclü ola bilməzlər. Roma Papası heç vaxt öz moizəsi ilə milyonları toplaya bilməz. Şiələrin təşkilatlanmaq bacarığı və sosial mobilizasiyası fenomendir. Şiələr güclü metafizik və mədəni-tarixi kontekstə malikdirlər. Onlar ədalətə can atırlar, zülmə qarşı mübarizə aparırlar və bu yolda canlarını da fəda etməyə hazırdılar. Şiə ezoterikasının dərinliyi onunla bağlıdır ki, şiələr qeyb olmuş 12-ci İmam Mehdinin zühurunu gözləyirlər. Kərbəla ziyarətçilərinin sayının kəskin artması şiələrin İmam Mehdi bayrağı altında Dəccala qarşı mübarizəyə hazır olmasının göstəricisidir. Nə amerikanlar, nə israillilər, nə də səudlar bu işdə heç bir maneçilik törədə bilməzlər. Qlobal KİV-lərin susqunluğu və terrorçu proksilərin yaradılması- onların əllərindən gələn budur. Elə bu özü də şiələrə düz yolda olduqlarına inam yaradır. İnam şiələrə Qərbin liberalizm, ateizm, kapitalizm, qlobalizm, neoimperializm, deqredasiya kimi şər və ədalətsizlik təzühürlərinə qarşı mübarizədə stimul verir.

Комментариев нет:

Отправить комментарий