Страницы

17.11.2017

Ya Həbib

Aytən Eyvazon

Ya Həbib, qəm salmışıq qəlbinə, yox ğufranımız,
Peşmanıq ta qiyamət dinməz bizim əfğanımız.

Bizə sən qardaş dedin, tutdun səhabəndən uca,
Olmadıq kəmtər layiq, boşdur əməl bostanımız.

İstəməzdi Tanrı səndən İsmaillər bəlkə də,
Qövmü İbrahim qədər olsa idi imanımız.

Yoxdu üz Yövmülhesab səndən şəfaət istəyək,
Günbəgün artırmışıq dolub-daşır nöqsanımız.

Olmasaydıq səngidıl çəkməz idin bunca cəfa,
Gər şəfaət etməsən qalmaz daha gümanımız.

Xilqətindəndir olar nurunla zahir zərrələr,
Çün olar sənsiz dəmi zülmətlə yeksan canımız.

Gərçi ərbabi-qələm acizdi vəsfin eyləyə,
Bipayan eşqinlə başlar, həm bitər dastanımız.

Aytənin mövlasısan, adın həyatımda rədif,
Gec deyil qədrin bilək, dönməz geri zamanımız.

Комментариев нет:

Отправить комментарий