Страницы

06.12.2017

5-ci nəsil ABŞ təyyarəsinin füzelyajı qırıldı

30 noyabr 2017-ci ildə Yaponiyadakı Kadena aviabazasından uçan ABŞ-ın F-35 təyyarəsinin füzelyajı qırılıb düşmüşdür. Yaponiyanın Nippon Nyus Netvork saytının verdiyi xəbərə görə, bu, son bir neçə ay ərzində F-35 təyyarələri ilə bağlı 4-cü nasazlıq halıdır.
ABŞ dövləti 5-ci nəsil qırıcı-bombardmançı F-35 təyyarəsinin istehsalına 1,5 trilyon dollar sərf etmişdir. Təyyarənin yaradılmasında ABŞ-dan başqa İngiltərə, Fransa, İtaliya, Kanada, Türkiyə, Avstraliya, Norveç, Niderland və Daniya iştirak etmiş və maliyyə yatırmışlar. Təyyarənin biri 150 milyon dollara başa gəlmişdir.
Stels texnologiyası əsasında hazırlanmış təyyarədən 2 min ədəd buraxmaq planlaşdırılmışdı. Lakin aviasiya mühəndisi və analitik Pyer Sprey proqnoz verdi ki, təyyarədən heç 500 ədəd də istehsal etmək mümkün olmayacaq və proqram bağlanacaq. Sınaqlar zamanı aydınlaşdı ki, təyyarədəki Qatlinq pulemyotundan düzgün atəş açmaq olmur. Sonra üzə çıxdı ki, təyyarə öz daşıdığı aviabomba və raketlərlə normal inteqrasiya olunmur. Bundan başqa, təyyarə gəmi göyərtəsinə heç cür qona bilmirdi.
The Naçional İnterest portalının ekspertlərinin fikrincə, F-35 təyyarələri ciddi rəqiblə döyüş üçün yaramır və o Rusiya təyyarələrinə yalnız o halda sinə gərə bilər ki, onlara çox yaxınlaşmasın və döyüşü kənardan aparsın. Rusiyanın Su-35 təyyarəsi 15 kilometr hündürlükdə saatda 1500 kilometr sürətlə uçaraq döyüş aparmaq qabiliyyətinə malik olsa da, ABŞ-ın F-35-i yalnız 10 kilometr hündürlükdə saatda 1000 kilometr sürətlə uçmaqla döyüşə bilir.
Nasazlıqların çoxluğuna görə, ABŞ ordu komandanlığı bu təyyarədən heç bir müharibədə istifadə edə bilməmişdir.

Комментариев нет:

Отправить комментарий