Страницы

07.12.2017

“Rüstəm Behrudi nəsə çeynəyirdi, Nizaməddin isə…”

“Xalqın şairi” şeir müsabiqəsindən kənarlaşdırılan gənc yazar Firəngiz Sabirqızı yarışma ilə bağlı fikirlərini danışdı.

-“Xalqın şairi” şeir müsabiqəsindən narazılıq edənlərin içində siz də varsınız. Düşünürsünüz ki, sizə qarşı da dalətsizlik oldu?
-Bu bir faktdır. Məti Osmanoğlu kimlə rumka dostudursa ona 10 bal verir. Nizaməddin Şəmsizadə də kimin kitabına ön söz yazıbsa ona 10 bal verir. Yəni sözə yox, kiməsə və nəyəsə görə ballar verilirdi.

-Yəni istedad yox, dost-tanış yarışmasıdır?
-Orda sözə qiymət verən bircə Qulu Ağsəs idi. O da yarımfilanda gəlməmişdi. Düşünürəm ki, 100% işin nə yerdə olduğunu bilib gəlməmişdi. Bundan istifadə edən digər münsiflər də vicdanların unudub bal verirdilər. Etiraz edənlər də əcəb edirik- deyib susdururdular. 

-Kim deyirdi ki, əcəb edirik?
-Təsəvvür edirsiniz, Nizaməddin Şəmsizadə deyir ki, əcəb edirəm.

-Nizaməddin bəydən başqa münsiflər də var idi axı. Bəs onlar?..
-Məti Osmanoğlu adını unutduğum iştirakçının çıxışından sonra, rumka dostumdur, balını kəsə bilmərəm- dedi və ən yüksək balı qaldırdı.

-Demək istəyirsiniz ki, digər münsiflər Qulu Ağsəsin yarımfinaldakı yoxluğundan istifadə ediblər?..
-Məncə, hə. Çünki Qulu Ağsəs ədalətli adamdı. O, hadisələrə tamamilə obyektiv yanaşır.

-Yəqin ki, etiraz edənlərin içində siz də var idiniz…
-Rüstəm Behrudi və Məti Osmanoğlu Zərqələm adlı iştirakçıya yüksək bal verdiyinə görə Xəlil Adıgözəl ayağa qalxıb etiraz etdi. Elə ordaca dava düşdü. Hətta münsiflərin üstünə yeridi. Mən özümü pis hiss edirdim. Halım dəyişdiyi üçün çıxışımı yarımçıq saxladım. Bir az sonra aparıcı yenidən şeir oxumağımı xahiş etdi. Mən də yenidən şeir oxuyub tez səhnədən çıxdım. Ordan tez uzaqlaşmaq istəyirdim. Ordakı iyrəncliyi görməyə davam edə bilmirdim.

-Halınızın pisləşməyini yəqin ki, münsiflər nəzərə aldılar…
-Yox, mən şeir oxuyanda heç onlar mənə fikir vermirdilər. Hər kəs bir işlə məşğul idi. Nizaməddin yatırdı, Behrudi nəsə çeynəyirdi, Əvəzin də huşu getmişdi. Aparıcı onu dəfələrlə səsləyəndən sonra özünə gəlib heç fikir vermədən əlinə keçən rəqəmi qaldırdı. Deyəsən yeddi bal idi.

-Heç olmasa o yarışmanı bir dəfə də olsa yaxşı nəyləsə xatırlayacaqsınız?
-Sevinirəm ki, iki yaxşı şairlə tanış oldum. Özümə yaxşı oxucular qazandım. Mən yarışmadakı o evin həsrətini çəkmirəm. Qubadakı evim 100 elə evdən üstündür. İstəyirdim ki, 3-cü yerə çıxım, kitabımı çap etsinlər. Əgər yarışma ədalətli olsaydı, mənim şeirlərim 3-cü yerə çıxacaqdı. Çünki mən şeirlərimi tanıyram. 

Əntiqə Səməndər                            manevr.az

Комментариев нет:

Отправить комментарий